Şriftin ölçüsü :

Saytın rəngi :

“Ümummilli lider Heydər Əliyev - Gənclər Siyasətinin uğurları” mövzusunda seminar-müşavirə keçirildi

24 aprel 2014 | 15:00

23 aprel 2014-cü il tarixində saat 11:00 –da İsmayıllı İsmayıllı Peşə Tədris Mərkəzinin akt zalında İsmayıllı rayon Gənclər və İdman idarəsinin, YAP İsmayıllı rayon təşkilatının, İsmayıllı Peşə Tədris Mərkəzinin və İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin iştirakı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə əlaqədar “Ümummilli lider Heydər Əliyev - Gənclər Siyasətinin uğurları” mövzusunda seminar-müşavirə keçirildi.

Tədbiri giriş sözü ilə Peşə Tədris Mərkəzinin direktoru Z.Muradov açaraq qonaqları salamladı. Sonra YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova geniş çıxış edərək Ümummilli lider Heydər Əliyevin irsindən, onun uğurlu siyasətindən, gənclərin həyatına təsirindən bəhs etdi.

İsmayıllı rayon Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov Ümummilli lider Heydər Əliyevin məqsədyönlü siyasətindən irəli gələn peşəkar gənc kadrların hazırlanmasından, gənclərimizin və idmançılarımızın ölkə və beynəlxalq səviyyədəki nailiyyətlərindən danışdı.

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktoru Rəsul Balayev seminar-müşavirənin iştirakçılarına öz minnətdarlığını bildirdi. Ulu öndərin layiqli davamçısı cənab prezident İlham Əliyev Ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirdiyini vurğuladı.

Keçidlər