Şriftin ölçüsü :

Saytın rəngi :

Böyük Vətən müharibəsi veteranı ilə görüş keçirildi

09 may 2014 | 15:00

8  may 2014-cü il tarixdə İsmayıllı rayon Hacıhətəmli kənd tam orta məktəbin bir qrup müəllim və şagirdi Böyük Vətən müharibəsi veteranları ilə görüşə gedərək, onları Qələbə bayramı münasibəti ilə təbrik etdilər. Çox səmimi  qarşılanan  müəllimlər və  şagirdlər veteranların müharibə illərinə aid xatirələrini  dinlədilər. Görüşdə məktəbin direktoru Nazim Ağakişiyev, müəllimlər iştirak edirdilər. N.Ağakişiyev məktəbimizdə aparılan hərbi vətənpərvərlik işlərindən söhbət açdı. O, bugünkü nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin  vacibliyini qeyd etdi.
    1941-ci ildə   alman  faşist işgalçıları qəflətən,  xaincəsinə vətənimizə hücum edərkən SSRİ məkanında yaşayan bütün xalqlar öz igid ogul və qızlarını cəbhəyə göndərdilər. Xalqın bir devizi var idi: “Hər şey vətən üçün, hər şey qələbə üçün”. Alman faşizmi üzərində qələbəmizdən artıq 69 il keçir. Həmin illərin xatirələrini özündə yaşadan veteran döyüşçülərimizdən bu gün həyatda olanlar vardır. Biz onları həmişə sevməli, görüşlərinə getməliyik. Bu bizim mənəvi  borcumuzdur. Çünki o böyük qələbənin iştirakçıları yenə ürəklərində vətən eşqi, xalq məhəbbəti  daşıyırlar. Veteranlar onlara göstərilən dövlət qayğısından, hörmətli Prezidentimiz cənab İlham Əliyevin bu sahədə apardığı işlərdən çox razı qaldıqlarını bildirdilər.

Keçidlər