Şriftin ölçüsü :

Saytın rəngi :

Elmi-praktik konfrans keçiriib

08 may 2014 | 15:00

7 may 2014-cü il tarixində İsmayıllı Rayon Təhsil Şöbəsinin akt zalında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Ulu Öndərin anadan olmasının 91-ci ildönümü ilə bağlı keçirilən elmi-praktik konfransda İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, Rayon Təhsil şöbəsinin müdiri Rasim Orucov, Rayon Təhsil şöbəsinin əməkdaşları, ümumtəhsil məktəblərin direktorları, müəllimləri, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş inşa və rəsm müsabiqəsinin qalibi olan şagirdlər iştirak ediblər. Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş sözü ilə Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov açmışdır. Konfransda "Heydər Əliyev və Azərbaycanda dövlət qadın siyasəti" mövzusunda İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, "Heydər Əliyev və Azərbaycan dövlətçiliyi", mövzusunda RTŞ-nin aparıcı məsləhətçisi Ramiz Baloğlanov, "Heydər Əliyev və Azərbaycan gənclər strategiyası" mövzusunda Talış kənd ümumi orta məktəbin direktoru Seymur Abbasov çıxış ediblər.
Konfransın sonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş inşa və rəsm müsabiqəsinin qalibi olan şagirdlər Fəxri fərman və hədiyyələrlə təltif olundu.

Keçidlər