Şriftin ölçüsü :

Saytın rəngi :

18 may Beynəlxalq Muzeylər günüdür

17 may 2014 | 15:00

Beynəlxalq Muzeylər Günü - Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildən etibarən 18 may tarixində qeyd edilir. Bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək devizi ilə keçirilir. Muzeylər maddi-mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən müəssisələrdir. Respublika muzeylərində bu baxımdan çox böyük iş aparılır.
Mayın 16-da  İsmayıllı rayon Tarix-Diyarşünaslıq Muzeyində də 18 may Beynəlxalq  muzeylər günü münasibəti ilə ənənəvi “Açıq qapı” günü keçirilmişdir.  Rayonun bir çox ümumtəhsil məktəbləri və bir sira dövlət idarələri müzeyə dəvət olunmuş, onlar  üçün ekskursiyalar təşkil olunmuşdur. Muzeyimiz və orada saxlanılan eksponatlar haqqında  geniş məlumat verilmişdir. İsmayıllının tarixinin qədimliyi qonaqların diqqətinə çatdırılmış və bu baxımdan muzeyin əhəmiyyətindən danışılmışdır.

Keçidlər