Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı Dövlət Rəsm Qalareyasında sərgi təşkil olunmuşdur

23 may 2014 | 15:00

Azərbaycan Respublikasının Mədəniyyət və turizm nazirinin  24 aprel 2014-cü il tarixli əmrinə əsasən   Regionlarda incəsənətin inkişaf etdirilməsi, gənclərin rəssamlıq sənətinə marağının artırılması məqsədilə İsmayıllı Dövlət Rəsm Qalareyasının fondunun yeni təsviri sənət əsərləri ilə zənginləşdirilməsi məqsədilə Azərbaycan Dövlət Rəsm Qalareyası tərəfindən 22 may 2014-cü il tarixində İsmayıllı Dövlət Rəsm Qalareyasında rəsm əsərlərindən ibarət sərgi təşkil olunmuşdur. Tədbirdə Rayon İcra Hakimiyyətinin müavini Sevil Əhmədova və Azərbaycan Dövlət Rəsm Qalareyasının direktoru Elnur Hüseynov çıxış edərək tamaşaçılara qalareyada nümayiş etdirilən əsərlər barədə məlumat vermişdilər. Tədbir sərgi ilə davam etdirilmişdir.

Keçidlər