Şriftin ölçüsü :

Saytın rəngi :

ADA Universitetinin əməkdaşları İsmayıllıda

23 may 2014 | 15:00

Azərbaycan Diplomatik Akademiyası (ADA) Respublika Prezidentinin  15 dekabr 2006-cı il tarixli, 488 nömrəli fərmanı ilə təsis edilmiş,   ölkə Prezidentinin 13 yanvar 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Diplomatik Akademiyası və İnformasiya Texnologiyaları Universitetinin  əsasında  xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən ADA Universiteti yaradılmışdır.
May ayının 22-də Universitetin Tələbə Qəbulu şöbəsinin müdir müavini Firuzə Əliyeva və digər əməkdaşlar rayonda I, II, III ixtisas qrupları üzrə hazırlaşan və təhsildə yüksək nəticələri olan X-XI sinif şagirdləri ilə görüşmüş, ADA-nın təhsil sisteminə dair təqdimat  mərasimi keçirmişdir.
120 nəfərdən çox ümumtəhsil məktəbinin yuxarı sinif şagird və müəllimlərin toplaşdığı, təqdimat mərasimi Rayon Təhsil şöbəsinin iclas zalında  RTŞ-nin müdiri R.Orucov açdı, rayonun təhsil uğurları barədə məlumat verdi. RİH-nin nümayəndəsi M.Məhərrəmov RİH başçısı adından qonaqları salamladı və ADA Universitetinin fəaliyyətinə uğurlar arzuladı.
Sonra F.Əliyeva ADA Universiteti, onun qəbul qaydaları haqqında şagirdlərə geniş məlumat verdi, tədrisin yalnız ingilis dilində aparıldığını, universitetin elmi kitabxanasında 40.000 çap və 800000 min  elektron kitab olduğunu, qısa vaxtda ilk “yaşıl” və “ağıllı” tələbə şəhərciyinin salındığını, bu ali təhsil ocağının yüksək texnologiya ilə təchiz edildiyini diqqətə çatdırdı. Universitetdə Azərbaycanın məşhur professorları və diplomatlarının, həm də               20-dən çox Amerika və Avropa universitetlərindən zəngin praktiki təcrübəsi olan xarici mütəxəssislərin  çalışdığını ,qəbul imtahanlarından 700 bal toplamış abituriyentlərin birinci il, 640 və daha çox bal toplayanların isə birinci semestr ödənişsiz təhsil aldığını bildirdi. Həmçinin tələbələrin təhsil kreditlərindən də yararlana biləcəyini diqqətə çatdırdı.
Toplantı iştirakçılarına məlumat kitabçaları paylandı.
Təqdimat ADA Universiteti haqqında qısametrajlı filmin nümayişi ilə başa çatdı.

Keçidlər