Şriftin ölçüsü :

Saytın rəngi :

28 may- Respublika günü məktəblərdə

28 may 2014 | 15:00

M. Piriyev adına Tircan kənd tam orta məktəbində 28 may-Respublika gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib.
Tədbirdə bütün məktəb kollektivi iştirak edib. Əvvəlcə  şagirdlərə söz verilib. Onlar vətənə və müstəqilliyə aid serlər səsləndirilib. Daha sonra Azərbaycan bayrağı səhnəyə gətirilib.
Sonra isə məktəbin tarix müəlliməsi Gülyanaq müəllimə “28 may” tarixi haqqında ətraflı məlumat verib.
***
İsmayıllı rayonunun Soltankənd kənd tam orta  məktəbində Respublika günü böyük tədbirlə qed olunub Dövlət Himni ilə başlanan  tədbirdə çıxış edənlər bu tarixi gün və bu günün əhəmiyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Məktəbin direktoru Sabir Məhərrəmov həmin illərdə baş vermiş hadisələrdən danışmış və bildirmişdir ki, Azərbaycan  ikinci dəfə müstəqillik qazandıqdan sonra Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti və bu siyasi kursun davamçısı Möhtərəm prezidentimiz İlham Əliyevin  uğurlu siyasəti nəticəsində müstəqilliyimiz qorunub saxlanmış  və ölkəmiz inkişaf edərək  öz müstəqilliyini möhkəmləndirmişdir. Tədbir şagirdlərin ifasında vətənə və müstəqilliyə  aid şerlərlə sona çatıb
***
İsmayıllı rayonunun Macaxı kənd ibtidai məktəbində təntənəli şəkildə 28 may Respublika Günü qeyd edilib. Tədbir Dövlət Himni ilə başlanılıb. Şagirdlərin ifasında müxtəlif xalq mahnıları və şerlər səsləndirilib, səhnəciklər təqdim edilib. Tircan kənd məktəbindən gələn IV sinif şagirdləri, müəllim heyəti və Macaxı kənd camaatı tədbirə rəng qatıb. Tədbirdə  yarışlar təşkil olunub, qalib gələn şagirdlər mükafatlandırılıb. Sonda şagirdlər Bayrağımızın müxtəlif formada rəsmlərini çəkib təqdim ediblər. Tədbir gəzinti ilə sona çatıb.

***

Təzəkənd kənd tam orta mektebində  "Respublika günü" ilə bağlı tədbir keçirilib. Məktəbin tarix müəllimi Hacalı müəllim şagirdlərə bu haqda geniş məlumat verib.
***

26 may 2014 - cü il tarixdə İsmayıllı rayon Ruşan kənd Q. Məmmədov adına tam orta məktəbdə 28 may-Respublika gününə həsr olunmuş bayram tədbiri keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunmuş, sonra şagirdlərin ifasında vətənpərvər mahnı və şerlər səsləndirilmişdir.  Məktəbin tərbiyə işləri üzrə direktor müavini Sevinc Şıxəliyeva öz çıxışında bu günün tarixindən, Şərqdə yaranmış ilk Respublikadan, Azərbaycanımızın bu günkü inkişafından və müasir, çiçəklənən ölkəmizdə Ulu Öndər Heydər  Əliyevin layiqli davamçısı cənab İlham Əliyevin müstəsna rolundan danışdı.

***

İsmayilli şəhər A.Aslanov adına 2 saylı tam orta məktəbində Respublika günü münasibəti ilə tədbir keçirildi.Tədbirdə məktəbin tarix müəllimi F.Vəliyeva “ Azərbaycan Demokratik Respublikası tariximizin şanlı səhifəsidir” mövzusunda məruzə ilə çıxış etdi, şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şerlər və mahnılar səsləndirildi. Tədbirin sonunda məktəbin direktoru Ramil Dadaşov Azərbaycan Demokratik Respublikasının yarandığı tarixi şəraitdən, bugünkü müstəqilliyimizdə oynadığı mühüm roldan, müstəqillik yolunda qazandığımız uğurlardan, bu gün dünya ölkələri içərisində Azərbaycan dövlətinin tutduğu yüksək mövqedən bəhs etdi. O qeyd etdi ki, ADR cəmi 23 ay yaşasa da, müstəqilliyimiz üçün möhkəm bünövrə yaratdı. Ulu öndərimiz Heydər Əliyevin uzaqgörən siyasəti, qətiyyəti nəticəsində ölkəmiz artıq 23 ildir ki, müstəqillik yolunda inamla irəliləyir. Onun ideyalarını və işini uğurla davam etdirən hörmətli Prezidentimiz İlham Əliyev genişmiqyaslı fəaliyyəti ilə ölkəmizi region və dünyada aparıcı dövlətlərdən birinə çevirmişdir. Xalqımız fəxr edir ki, belə inkişaf etmiş, müstəqillik yolunda inamla irəliləyən bir dövlətin vətəndaşlarıdır. Biz müstəqilliyimizin əbədi və dönməz olacağına inanırıq.

Keçidlər