Şriftin ölçüsü :

Saytın rəngi :

Futbol üzrə rayon çempionatı başa çatdı

07 iyun 2014 | 15:00

Rayon gənclər və idman idarəsinin və yeni yaradılmış futbolun inkişafına dəstək şurasının sədri Nizami Qocayevin  təşkilatçılığı, İsmayıllı bələdiyyəsinin  sponsorluğu ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş rayon üzrə futbol çempionatı keçirilmişdir.
Çempionat 27 aprel 2014-cü il tarixdən başlayıb 6 iyun 2014-cü il tarixdə Olimpiya idman kompleksinin stadionunda final oyunu ilə başa çatmışdır. Finalda Hacıhətəmli  və İsmayıllı bələdiyyələrinin komandaları qarşılaşmışdır. Oyun 2-0 hesabı ilə İsmayıllı şəhər komandasının xeyrinə qurtarmışdır.  Rayon İcra Hakimiyyətinin başçısı, idmançıların yüksək nailiyyətlərini bir qayda olaraq mükafatlandıran Mirdaməd Sadıqov qalib komandaya böyük kubok, ikinci yer tutana kubok və hər iki komandaya pul mükafatını təqdim etmişdir.
Bu çempionat göstərdi ki, digər idman sahələrində olduğu kimi futbolda  da canlanma yaranır, Olimpiya İdman Kompleksi bütün növ yarışlar üçün ev sahibliyi etməyə hazırdır.

Keçidlər