Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər 3 saylı tam orta məktəbdə görüş

12 iyun 2014 | 15:00

İyun ayının 11-də dərs ilinin başa çatması və buraxılış imtahanları  ərəfəsində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqov şəhər 3 saylı tam orta məktəbdə pedaqoji kollektivlə görüş keçirdi.
             İlk öncə M.Sadıqov dərs ilinin başa çatması və qarşıdan gələn Milli Qurtuluş Günü münasibətilə müəllimləri rəbrik etdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. Rayon rəhbəri təhsilimizin qarşısında duran vacib məsələlər, rayonda təhsilin inkişafı istiqamətində görüləcək işlər, yaranmış problemlər barədə məlumat verdi.
        Rayon İcra Hakimiyyəti başçısı yay tətili müddətində ümumtəhsil müəssisələri tərəfindən “Yay məktəbi”nin təşkili və yay istirahəti dövründə uşaqlara xarici dillərin öyrədilməsini tövsiyə etdi. Şəhər 3 saylı məktəbin direktoru Əhmədağa Ələkbərov, müəllimləri Kainat Xəlilova, Mövlud Ağayev, Çingiz Muradov, Vasif Cabbarov səmimi və işgüzar görüşə görə RİH-nin başçısı cənab Mirdaməd Sadıqova öz minnətdarlıqlarını bildirdilər və növbəti dərs ilinə daha da ciddi hazırlaşacaqlarını diqqətə çatdırdılar.

Keçidlər