Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində nigah mərasimi

22 iyun 2014 | 15:00

İyun ayının 21-i Heydər Əliyev Mərkəzində 4 cütlüyün təntənəli nigah mərasimi keçirildi. İlk öncə gənc cütlüklər ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoydular. Mərasim daha sonra Heydər Əliyev mərkəzində davam etdi. Mərasimdə gənclərin ailə üzvləri, qohumları və dostları iştirak edirdi. Rayon Qeydiyyat şöbəsinin müdiri Hüsniyyə Osmanova cütlüklərin nigahını kəsdi, onlara qədəm qoyduqları yeni həyatda xoşbəxtlik arzuladı. Rayon İcra Hakimiyyəti başçısının müavinləri Sevil Əhmədova və Mahmud Süleymanov da gəncləri təbrik etdilər, onlara birgə uzun ömür sürməyi, can sağlığı, və ailə səadəti arzuladılar. Gənc ailələrə  Rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim edildi.

Keçidlər