Şriftin ölçüsü :

Saytın rəngi :

26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibəti ilə veloyürüş

27 iyun 2014 | 15:00

İyunun 26-da  Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə İsmayıllı rayon Gənclər və İdman idarəsi  rayonun gənc velosipedçiləri ilə birgə veloyürüş təşkil etmişdir. İsmayıllı şəhər Mərkəzi Meydanından Şəhidlər Xiyabanına kimi yürüş edən velosipedçilər əks istiqamətdə də öz bacarıqlarını sınamışlar. Yürüş Mərkəzi Meydandan başlamış, orada da yekunlaşmışdır.  Qaliblərə Rayon Gİİ-nin diplom və hədiyyələri verilmişdir. 
Artıq rayonda gənclər arasında velosiped idman növünə maraq artmaqdadır. Qeyd edək ki,       ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci idönümü və 28 May - Respublika günü münasibəti ilə də rayon ərazisində veloyürüş təşkil edilmişdi.

Keçidlər