Şriftin ölçüsü :

Saytın rəngi :

Nağıllaşan həyat – Aydın Səlimzadə ömrü

03 iyul 2014 | 15:00

2 iyul 2014-cü il tarixdə Rayon Gənclər Mərkəzində  İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  şair, yazıçı-publisist, tarixçi-alim Aydın Səlimzadənin xatirə gecəsi keçirildi. Mərasimdə Aydın Səlimzadə haqqında xatirələr, həyatının müxtəlif mərhələsini əks etdirən yazılar, şeirlərindən nümunələr, dostları və yaxınlarının ürək sözləri dinlənildi. Gecədə Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqov çıxış edərək Aydın Səlimzadə haqqında xoş xatirələrini danışdı və bildirdi ki, bu qəbildən olan tədbirlərin yetişən gənclik üçün böyük əhəmiyyəti vardır.

Keçidlər