Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti görüş-qəbulun ünvanı Gəndo kəndi oldu

10 iyul 2014 | 15:00

Rayonun elə bir yaşayış məntəqəsi yoxdur ki, rayon icra hakimiyyətinin  başçısı Mirdaməd Sadıqov orada təkrar qəbul-görüşlər keçirməsin. 09 iyul 2014-cü il tarixdə Gəndo kəndinə də belə təkrar gediş oldu. Rayon ərazisində görülən işlərin, həyata keçirilən yeni-yeni layihələrin şahidi olan gəndolular Mirdaməd müəllimin qəbuluna böyük inam və ümidlə gəlmişdilər.
               Arzu, təklif və şikayətlərdən öncə Baləmi Mikayılov və Baloğlan Mikayılov çıxış edərək, bu günkü  həyatları üçün, sosial-iqtisadi inkişafda daim İsmayıllıya  yardımçı olduğu üçün cənab Prezident İlham Əliyevə minnətdarlıq etdilər. Onlar çıxışları ilə göstərdilər ki, Gəndoda yaşasalar da, ölkədə, İsmayıllıda gedən proseslərdən məlumatlıdırlar, bir  vətəndaş olaraq görülən işlərə çox böyük qiymət verirlər. Yaxşını, yaxşı işləri  yaxşı görüb, yaxşı da dəyərləndirməyi bacarırlar.
              Ə. Mürsəlova rayon icra hakimiyyəti  başçısından  xahiş  etdi ki, vəfat etmiş ərinin evinin onun adına sənədləşdirilməsinə köməklik göstərsin. Ümumilikdə daşınmaz  əmlakın reyestr xidməti ilə bağlı şikayət və suallar üstünlük təşkil etdi. RİH-nin başçısı kənd sakinlərinin  hüquqi maarifləndirilməsi, qaldırılan məsələlərin  həllində onlara qanuni əsasda köməklik göstərilməsi barədə aid strukturlara tapşırıqlar verdi.
         Ünvanlı sosial yardım, enerji təchizatı və məktəb tikintisi ilə bağlı suallara da cavabdeh  təşkilat rəhbərlərinin iştirakı ilə obyektiv cavablar verildi, tədbirlər müəyyənləşdirildi.
Qərara alındı ki, bir aydan sonra qəbul zamanı qaldırılan məsələlərin həlli nəticələri barədə  kənd sakinlərinə məlumat verilsin.
             Gəndolular bir daha yəqin etdilər ki, dövlət onlar üçündür.
Qəbuldan sonra RİH-nin başçısı Mirdaməd Sadıqov dindarların təşkil etdiyi iftar axşamında iştirak etmək üçün Lahıca getdi.

Keçidlər