Şriftin ölçüsü :

Saytın rəngi :

12 Avqust Beynəlxalq Gənclər günü

13 avqust 2014 | 15:00

12 Avqust Beynəlxalq Gənclər günü münasibətilə İsmayılıı rayon Gənclər və İdman İdarəsi rayonun ictimai siyasi həyatinda fəal istirak edən gənclərlə birlikdə Heydər Əliyev adına istirahət parkında açıq hava şəraitində toplaşaraq tədbir keçirmişdir. Tədbiri giriş sozü ilə Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov açdı. Son günlərdə erməni silahlılarının atəşkəsi pozaraq yaşayış məntəqələrimizə basqın zamanı həlak olmuş hərbiçilərin və eləcə də ərazi bütövlüyü uğrunda şəhid olmuş gənclərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. T.Salehov tədbir iştirakçılarını bayram münasibətilə təbrik etmiş, 12 avqust Beynəlxalq Gənclər günü eləcə də 02 fevral Azərbaycan gəncləri gününün təsis edilməsi barədə məlumat vermiş, Ulu Öndər Heydər Əliyevin Azərbaycana ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra Azərbaycanda Gənclər və İdman Nazirliyinin yaradılması, Dövlət Gənclər siyasəti konsepsiyasının qəbul edilməsi kimi mühüm addımların atılmasını Azərbaycan Gəncliyinə diqqət və qayğının təzahürü kimi dəyərləndirmiş, Ulu Öndərin siyasi varisi cənab İlham Əliyevin də gənclərə böyük önəm verməsi, etimad və qayğı göstərməsini, bunun nəticəsində ölkə gənclərinin beynəlxalq idman yarışlarında, müsabiqə və festifallarda ölkəmizi layiqincə təmsil etdiklərini, vurğuladı. Rayon İcra hakimiyyətinin məsul işçisi Nəsimi Teymurov, fəal gənclər Şövqi Əhmədov, Sübhi Mikayılzadə, Zeynəb Mehdiyeva, çıxış edərək 12 avqust Beynəlxalq Gənclər günü münasibətilə rayon gənclərini təbrik etdilər, Azərbaycan gəncliyinə göstərilən yüksək qayğı və etimad, gənclərimizin müxtəlif sahələrdə qazandıqları uğurlar barədə söhbət açdılar.  Rayon İcra Hakimiyyəti rəhbərliyinin, bilavasitə RİH başçısı Mirdaməd Sadıqovun İsmayıllı gənclərini fəal mövqeyə gətirməsini, gəncləri qarşıya qoyulmuş vəzifələrin icrasına səfərbər etməsini xüsusi vurğuladılar. Yeniyetmə və gənclərin intellektual inkişafı üçün geniş imkanlar açılmasından razılıqla danışdılar.

Keçidlər