Şriftin ölçüsü :

Saytın rəngi :

Tarix-Diyarşünaslıq muzeyində seminar keçirilmişdir.

30 avqust 2014 | 15:00

“Gənclərin Elmi İnkişafına Dəstək” İctimai birliyi “Gənclərin elmi fəaliyyətinin təşviq edilməsi” istiqaməti üzrə “Müasir tədris prosesində innovasiyalar” başlığı altında layihənin icrasına başlayıb. Coğrafi region kimi İsmayıllı rayonu götrülmüşdür. Bu proqramla bağlı olaraq 29  avqust 2014-cü il tarixində Tarix Diyarşünaslıq muzeyində seminar keçirilmişdir.
     Tədbiri RİH-nin İctimai siyasi və humanitar şöbənin baş məsləhətçisi Nəsimi Teymurov açdı və qonaqları salamladıqdan sonra İsmayıllı rayonunda gedən sosial-iqtisadi inkişaf , quruculuq işləri haqqında  məlumat verdi.Gənclər və idman idarəsinin rəisi Taleh Salehov belə bir layihənin rayonumuzda keçrilməsinə görə  gənclər adından təşşəkürünü bildirdi.Sonra birliyin nümayəndəsi Aydın Əliyev danışdı və təsisçi Nailə İsmayılova layihə haqqında geniş məruzə etdi.Tədbir iştirakıçıları layihə ətrafında öz fikir və təkliflərini irəli sürdülər.Tədbirin sonunda qonaqlar yaradılan şəraitə görə Rayon İcra Hakimiyyətinə minnətdarlıq etdilər

Keçidlər