Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində silsilə tədbirlər

17 oktyabr 2014 | 15:00

Kürdmaşı kəndində 18 oktyabr - Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 23 illiyi münasibətilə tədbir keçirilmişdir. Tədbirdə kənd ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Tədbirdə Rövşən Əliyev, Hafis Mehtiyev, Yunis Məmmədov və Arif Qəmbərov çıxış edərək Azərbaycanın sözün həqiqi mənasında müstəqil dövlət kimi möhkəmlənməsinin əsasını ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsinin məqsədyönlü və ən əsası dövlətin və xalqın maraqlarına söykənən siyasət nəticəsində reallaşdığını xüsusi vurğulayıblar. Bu gün ölkə müstəqilliyinin gerçək təminatçısı olan Prezident İlham Əliyevin yorulmaz fəaliyyətini qeyd ediblər.

******
Basqal qəsəbə tam orta məktəbində 18 oktyabr - Müstəqillik günü münasibətilə tədbir keçirilmişdir. Tədbiri tədris işləri üzrə müavin Yeganə Ağayeva açaraq şagirdləri və müəllimləri təbrik etmiş,  dövlət müstəqilliyinin bərpa olunmasından, bu yolda ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətindən danışmışdır. Azərbaycanın daha da inkişaf etməsində ulu öndərin miras qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsini bildirmişdir. Sonra şagirdlərin təqdimatında maraqlı və zəngin bədii hissə təqdim edilmişdir.

******
İsmayıllı rayonu H.Abbasov adına Qaraqaya kənd ümumi orta məktəbində 17 oktyabr 2014-cü il tarixdə Dövlət Müstəqilliyi gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə çıxış edən məktəbin direktoru Asif Soltanov, məktəbin tarix müəlliməsi Aytəkin Əhmədova Azərbaycan ərazisində mövcud olmuş tarixi dövlətlərdən, Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından, bu yolda dahi öndər Heydər Əliyevin misilsiz xidmətlərindən və onun layiqli davamçısı Prezident İlham Əliyevin yorulmaz fəaliyyətindən danışmışlar.
Sonra uşaqların ifasında Azərbaycanmızın müstəqilliyinə aid şeirlər dinlənildi. Tədbirimiz bununla da sona çatdı.

Keçidlər