Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbin 10 illik yubiley tədbiri

06 dekabr 2014 | 16:00

Dekabrın 6-da İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbin 10 illik yubiley tədbiri keçirildi.
Tədbirdə Rayon İcra Hakimiyyətinin müavinləri, şəhər məktəblərinin direktorları, məktəbin müəllim və şagird kollektivləri iştirak etdilər.
Məktəbin foyesində 10 il ərzində qazanılan diplom, Fəxri fərman, tərifnamə və kuboklardan ibarət guşə və əl işlərindən ibarət sərgi təşkil olunmuşdur.
İlk öncə  dünyasını dəyişən müəllimlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən məktəbin direktoru Elçin Məmmədov gənc nəslin həyata hazırlanmasında, vətənin layiqli övladı kimi yetişməsində elmin, təhsilin rolundan və təhsilə göstərilən dövlət qayğısından  danışdı.  Ömrünü İsmayıllı təhsilinə həsr edən, 5 saylı məktəbin ilk direktoru olmuş Fərman Bəşirov məktəbin əldə etdiyi nailiyyətlərdən danışaraq müəllim və kollektivi yubiley münasibəti ilə təbrik etdi.
RİH başçısının müavini Sevil Əhmədova məktəb kollektivini salamladı və İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının təbrik məktubunu oxudu, kollektivə gələcək fəaliyyətlərində uğurlar arzuladı. 10 illik yubiley münasibət ilə məktəbin bir qrup pedaqoji və texniki işçilərinin qüsursuz fəaliyyətlərini nəzərə alaraq RİH başçısının Fəxri Fərman və hədiyyələrini təqdim etdi.
Tədbir məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam etdirildi.

Keçidlər