Şriftin ölçüsü :

Saytın rəngi :

Sahibkarlar üçün treninq

09 dekabr 2014 | 16:00

09 dekabr 2014-cü il tarixdə Rayon Təhsil şöbəsinin akt zalında “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın Tədbirlər Planına və Bakı Biznes Tədris Mərkəzinin iş planına uyğun olaraq rayonda fəaliyyət göstərən kiçik və orta sahibkarlar üçün “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması”, “Sənayedə brendləşmə” və “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzusunda maarifləndirici treninq keçirildi.  Tədbirdə RİHB-nın müavinləri M.Süleymanov, H.Həsənov, Bakı Biznes Tədris Mərkəzinin nümayəndələri A.Abbasov və R.Abbasov  mövzular ətrafında çıxış etdilər. Tədbirdə 90 nəfər kiçik və orta sahibkar iştirak edirdi.

Keçidlər