Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli liderin xatirəsinə həsr olunmuş futbol turniri başa çatdı

11 dekabr 2014 | 16:00

İsmayıllı Rayon Gənclər və İdman idarəsinin Rayon Futbol və Futzal Federasiyası filiallarının birgə təşkilatçılığı ilə gənclər və kişilər arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş futbol turniri keçirilmişdir. 24 komandanın  iştirakı ilə keçirilən oyunlar iki gün davam etmişdir.
Final yarışı 11 dekabr 2014-cü il tarixdə günün ikinci yarısında olmuşdur. İsmayıllı şəhər bələdiyyəsinin komandası ilə Kürdmaşı bələdiyyəsinin komandası finalda görüşmüşdür. Görüşdən əvvəl Rayon Polis şöbəsinin rəisi, Rayon Futzal Federasiyası filialının sədri Nizami Qocayev ümummilli lider Heydər Əliyevin  nəsillərə örnək olan həyatından, ölkəyə rəhbərlik fəaliyyətindən, idman sahəsində həyata keçirdiyi səmərəli tədbirlərdən, hüquqi və müstəqil dövlət yaradıcılığından ətraflı danışmışdır. Qeyd etmişdir ki, Rayon İcra Hakimiyyətinin rəhbərliyi                       tikinti-abadlıq-quruculuq işlərini sürətlə aparmaqla yanaşı, gənclər və idman siyasətinin həyata keçirilməsində də uğurları artırır.
Gərgin keçən yarışda  İsmayıllı bələdiyyəsinin komandası 6-3 hesabı ilə qələbə qazanmışdır.
İsmayıllı bələdiyyəsinin komandası birinci, Kürdmaşı bələdiyyəsinin komandası ikinci və Qalınçaq bələdiyyəsinin komandası üçüncü yeri tutmuşdur. Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov qalib komandalara kubok və diplomları, Rayon Futbol və Futzal Federasiyası filiallarının sədri Nizami Qocayev və Fəqan Məmmədov pul mükafatlarını təqdim etdilər.
Rayon İcra Hakimiyyətinin rəhbərliyi final yarışını izləyib, qalibləri təbrik edib.

Keçidlər