Şriftin ölçüsü :

Saytın rəngi :

Bağça fidanlarının yeni il tədbiri

30 dekabr 2014 | 16:00

30 dekabr 2014-cü il tarixdə İsmayıllı rayon Uşaq Kitabxanasında məktəbəqədər təhsil müəssisələrində təhsil alan uşaqlarla birgə Yeni il şənliyi təşkil olunmuşdur. Əvvəlcə uşaqlar Mərkəzi Meydanda qurulmuş yolka ətrafında şerlər söylədilər. Daha sonra isə tədbir uşaq kitabxanasında davam etdi.Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısının müavini Sevil Əhmədova, Rayon Təhsil şöbəsinin müdiri Rasim Orucov və rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Azər Abbasov öz çıxışlarında balaca fidanları təbrik etdilər. Uşaqlar rəngarəng çıxışları ilə tədbir iştirakçılarını heyran etdilər. Sonda Şaxta baba uşaqlara bayram hədiyyəsini payladı.

Keçidlər