Şriftin ölçüsü :

Saytın rəngi :

Milli birliyimiz möhkəmləndi

16 yanvar 2015 | 16:00

16 yanvar 2015-ci il tarixdə İsmayıllı rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində 20 Yanvar Ümumxalq Hüzn Günü ilə bağlı tədbir keçirilib. 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Faciə haqqında geniş məlumat verən Poliklinika şöbəsinin müdiri Fuad Cəbrayılov yalnız Azərbaycan müstəqillik qazandıqdan və ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Qanlı Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildiyini bildirib.
Akif Yusifov, Səmayə Bağırova, İlqar Osmanov, Nüşabə Salehova və digər həkimlər çıxış edərək 1990-cı il 20 yanvar tarixində  sovet silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi və öz qəddarlığı, amansızlığı ilə seçilən təcavüzdən bəhs edərək, müstəqilliyi uğrunda mübarizə aparan silahsız vətən övladlarının, dinc əhalinin vəhşicəsinə gülləboran edilməsindən danışıblar. Qeyd ediblər ki, qanlar bahasına olsa da milli birliyimiz faciədən sonra daha da möhkəmləndi.

Keçidlər