Şriftin ölçüsü :

Saytın rəngi :

“Basqal və basqallılar” kitabının təqdimatı

03 mart 2015 | 16:00

Azərbaycan tarixinin Basqal səhifələrini vərəqləmək, Basqalın  şərəfli keçmişini bu günə gətirməklə onu bir daha tanıtmaq, mənəvi quruculuq sahəsində daha əhəmiyyətli addımlar atmaq üçün Azərbaycan Yazıçılar və Jurnalistlər  birliklərinin üzvü, publisist Miryavər Hüseynovun  “Basqal və Basqallılar ” kitabının təqdimat mərasimi keçirildi. M.Hüseynova bütün yaradıcılıq illərində dəstək olan, bir ziyalı kimi ona həmişə böyük dəyər verən rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov məclisi böyük dost məhəbbəti ilə təşkil etmişdi. Qonaqların timsalında Azərbaycan coğrafiyası  təqdimat mərasimində əksini tapmışdı.
    İlk olaraq RİH-nin başçısı professor, əməkdar elm xadimi Mirdaməd Sadıqov müəllifin ziyalı böyüklüyündən, elinə-obasına bağlılığından,  cəfakeşlik səviyyəsində mənsub olduğu  diyarı təmsil  etmək  bacarığından, Basqalın yetirmələrini  bugünkü nəslə tanıtmaq üçün  çəkdiyi zəhmətdən hərarətlə danışdı. “Basqal və Basqallılar” kitabının elmi, publisistik, tarixi, etnoqrafik, bədii, informatik baxımdan çox dəyərli olduğunu qeyd etdi.
     Millət Vəkili, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov  öz qələmi və bədii-elmi düşüncəsinin məhsulu olaraq “Basqal və basqallılar” kitabını yazdığına  görə Miryavər Hüseynova təşəkkür etdi. Razılığını bildirdi ki, RİH-nin başçısı Mirdaməd Sadıqov  mənəvi quruculuq işləri ideya-siyasi tərbiyə ilə müntəzəm məşğul olur. İnsanların sosial həyatına  zənginlik gətirən tədbirlərə daha çox üstünlük verir.
        Kitab barədə jurnalist Lətifə Əliyeva, müəllim Hacıməmməd Məmmədov, 3 saylı tam orta  məktəbin direktoru Əhmədağa Ələkbərov, Basqal tam orta məktəbinin  direktor müavini Yeganə Ağayeva səmimiyyətlə zəngin, hərarətli çıxış etdilər.
     Basqal kəlağayısını beynəlxalq miqyasda  təmsil edən rəssam, professor Cəlil Tarverdiyev dəyərli kitaba görə M.Hüseynovu təbrik etdi və “Kələğayı”  rəsmini ərməğan olaraq müəllifə verdi.
     ATİAHİ rayon komitəsinin sədri çıxış edib, bir müəllim kimi Miryavər Hüseynovun  pedaqoji  ustalığından danışdı və Respublika komitəsinin diplomunu təqdim etdi.
      Əslən basqaldan olan “Turan”  TV-nin prezidenti Nadir Şəfiyev və “Space” TV-nin  əməkdaşı  Elvin Basqallı çıxışlarında  Miryavər Hüseynova yeni yaradıcılıq uğurları arzuladılar. RİH-nin başçısı Mirdaməd Sadıqova ürəkdən  təşəkkür etdilər ki, İsmayıllıda belə gözəl bir ənənənin əsasını qoyub və davam etdirir.
   M.Hüseynov sonda diqqət və qayğıya görə hamıya  minnətdarlıq etdi, yaradıcılıq planlarından  danışdı. Mədəniyyət və turizm şöbəsinin  musiqi kollektivi məclisə əsil  bədii-estetik bəzək vurdu.
   “Çıraqban” turizm istirahət mərkəzində keçirilən görüş başa, çatdıqdan sonra qonaqlar od çərşənbəsi münasibətilə qalanmış tonqalın ətrafına toplaşdılar.

Keçidlər