Şriftin ölçüsü :

Saytın rəngi :

"5 mart -Bədən Tərbiyəsi və İdman günü"-nə həsr olunmuş tədbirlər keçirilmişdir.

04 mart 2015 | 16:00

İsmayıllı rayon Gənclər və İdman idarəsi "5 mart -Bədən Tərbiyəsi və İdman günü"-nə həsr olunmuş məktəblilər və tələbələr arasında bir neçə idman növü üzrə yarışlar keçirmişdir.


VOLEYBOL
04 mart 2015-ci il tarixdə İsmayıllı rayon Gənclər və İdman idarəsi
E.Məmmədov adına İsmayıllı şəhər 3 saylı tam orta məktəbində "5 mart -Bədən
Tərbiyəsi və İdman günü"-nə həsr olunmuş məktəblilər və tələbələr arasında
"Voleybol" idman növü üzrə yarış keçirmişdir.Yarışda 8 komanda iştirak
etmişdir. l yerə şəhər 3 saylı tam orta məktəb, ll yerə İsmayıllı Dövlət
Humanitar və Texnologiya Kolleci, lll yerə isə İsmayıllı Peşə Tədris
Mərkəzinin komandaları layiq görülmüşdür.

STOLÜSTÜ TENİS
03 mart 2015-ci il tarixdə İsmayıllı rayon Gənclər və İdman idarəsi
İsmayıllı Uşaq Gənclər İdman Məktəbində "5 mart -Bədən Tərbiyəsi və İdman
günü"-nə həsr olunmuş məktəblilər arasında stolüstü tenis idman növü üzrə
yarış keçirmişdir.Yarışda 38 şagird iştirak etmişdir.

YÜNGÜL ATLETİKA
02 mart 2015-ci il tarixdə İsmayıllı rayon Gənclər və İdman idarəsi
İsmayıllı Peşə Tədris Mərkəzinin idman bazasında "5 mart- Bədən Tərbiyəsi
və İdman günü"-nə həsr olunmuş Atletika idman növünün 100 metr məsafəyə
qaçış üzrə yarış keçirmişdir.Yarışda 30 tələbə iştirak etmişdir.

Yarış qalibləri "5 mart- Bədən Tərbiyəsi və İdman günü"-də İsmayıllı rayon
Gənclər və İdman idarəsi tərəfindən təltif ediləcək.

Keçidlər