Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı şəhərində Novruz Bayramı münasibətilə kənd təsərrüfatı məhsullarının satış yarmarkalarına start verildi

14 mart 2015 | 16:00

Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” 16.01.2014-cü il tarixli 221 nömrəli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar, eləcə də Novruz bayramının gəlişi münasibətilə Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə 14 mart 2015-ci il tarixdən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarına başlanıldı.
Yarmarka İsmayıllı şəhərində “Qala divarları”nın önündə təşkil olundu.
Sahibkarlar tərəfindən satışa çıxarılan meyvə-tərəvəz, ət, süd, yağ, pendir, xama, arpa, buğda və digər məhsulların bazar qiymətlərindən 20-25% aşağıdır.
Yarmarka 20 mart 2015-ci il tarixə kimi davam etdiriləcəkdir.

Keçidlər