Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan Olimpiadada, Olimpiada Azərbaycanda” adlı təlim keçirilmişdir

21 aprel 2015 | 15:00

21 aprel 2015-ci il tarixdə Rayon Təhsil Şöbəsinin akt zalında “Region Gənclərinin İnkişafına Töhvə” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Azərbaycan Olimpiadada, Olimpiada Azərbaycanda” adlı layihə çərçivəsində təlim keçirmişdir. Tədbirdə RİH-nin əməkdaşı Nəsimi Teymurov, Rayon Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov, İctimai Birliyin icraçı direktoru Nicat Rəhimov, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbələri, rayonun ictimai həyatında fəal olan gənclər, məktəblərin yuxarı sinif şagirdləri iştirak etmişdir.
Tədbirdə çıxış edən N.Teymurov İsmayıllı rayonunda gənclərin maarifləndirilməsi sahəsində aparılan işlərdən, birinci Avropa oyunlarının Azərbaycanda keçirilməsinin əhəmiyyətindən, qazanılan uğurlardan danışmışdır. İctimai Birliyin icraçı direktoru N.Rəhimov layihənin gənclər üçün önəmindən danışmış, olimpia oyunları zamanı ölkəmizə gələn xarici qonaqlarla ictimai davranış qaydalarından, Azərbaycanın olimpia tarixndən, ölkə idmanının keçdiyi uğurlu yollardan söz açmışdır. Rayon Gənclər və İdman idarəsinin rəisi T.Salehov İsmayıllı gənclərinin fəallığından, idman sahəsində qazandıqları Respublika və beynəlxalq miqyaslı qələbələrdən, “Gənclər paytaxtı” olaraq rayonda keçirilən tədbirlərdən bəhs etmişdir.
Sonda təlimdə  iştirak edən gənclərə bukletlər, köynək və papaqlar paylanılmış,  xatirə şəkli çəkilmişdir.

Keçidlər