Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli liderin anadan olmasının 92 illiyinə həsr olunmuş rayon spartakiadası yekunlaşdı

09 may 2015 | 15:00

13 aprel-9 may 2015-ci il tarixlərdə İsmayıllı rayon Gənclər və İdman idarəsi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş Yeniyetmələrin VII Ümumrayon Spartakiadasını keçirmişdir. Mini futbol, həndbol, atletika, şahmat, dama, stolüstü tennis  idman növləri üzrə məktəblilər yarışlarda iştirak etmişdir.
Tədbiri rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov açaraq Ulu Öndər Heydər Əliyevin yürütdüyü uğurlu siyasətdən bəhs etdi, gənclərə və idmançılara göstərdiyi diqqət və qayğıdan, onlara, verdiyi dəyərdən danışdı. Bu siyasətin indi də Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini diqqətə çatdırdı. Qalib şagirdləri təbrik etdi.
Sonra rayon İcra hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov qalibləri təbrik etdi və uğurlar arzuladı.
Yeniyetmələrin VII Ümumrayon Spartakiadasına daxil olan  bütün idman növlərində iştirak edərək ən çox xal topamış şəhər 5 saylı tam orta məktəbi Spartakiadanın qalibi olmuşdur. II yerə Təzəkənd kənd tam orta məktəbin komandası, III yerə isə Talıstan kənd tam orta məktəbin komandası layiq görülmüşdür.
Komanda və şəxsi birinciliklərdə hər bir növ üzrə yer tutan şagirdlər və komandalar İsmayıllı rayon Gənclər və İdman idarəsi tərəfindən 9 may 2015-ci il tarixdə Gənclər Mərkəzində keçirilən Yeniyetmələrin VII Ümumrayon Spartakiadasının yekun tədbirində diplom və qiymətli hədiyyələrlə təltif edilmişlər.

Keçidlər