Şriftin ölçüsü :

Saytın rəngi :

Yollar yeniləşir, insanlar razı qalır

12 aprel 2013 | 15:00

Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun yerlərdə ardıcıl keçirdiyi qəbul-görüşlər zamanı sakinlər onları narahat edən bütün məsələlər barədə öz fikirlərini deyirlər. Heç bir yerdə vaxt məhdudiyyəti qoyulmur. Kimsəni danışmağa, çıxış etməyə hazırlamırlar. Ürəklərdə yığılıb qalan arzu, təklif, giley və şikayətlər çəkinmədən dilə gətirilir. Mirdaməd müəllim də onları səmimiyyətlə qəbul edib, adi strukturlara ciddi tapşırıq formasında yönəldir.
Tapşırıqların icrasına 10 saylı Yol İstismar idarəsinin göstərdiyi operativlikdən razı qalmaq olar. 3 kilometrlik Qubaxəlilli-Keşxurd yolu çınqıl örtüklə yenidən işlənmiş, nəqliyyatın gediş-gəlişi üçün rahat şərait yaradılmışdır. Keşxurdun əsasən məcburi köçkünlərdən ibarət olan əhalisi RİH başçısının ünvanına təşəkkür göndərmişlər.
4 kilometrlik Tircan-Maçaxı yoluna da çınqıl döşənmiş, yol yararlı hala gətirilmişdir. Sərdahar əhalisi maçaxılarla birgə işin nəticəsində razı qalmışlar. O səbəbdən ki, Girdiman sellənəndə Maçaxını keçərək bütün növ maşınlar Sərdahara gedə bilir.
Təzəkənddə keçirilən görüş-qəbul zamanı Mirdaməd müəllimdən xahiş edildi ki, bir kilometr uzunluğunda olan küçə çınqıl örtüklə düzəldilsin. Xahişə müsbət savab vermək sonraya saxlanmadı. 10 Saylı Yol istismar idarəsi bu tapşırığın da öhdəsindən vaxtında gəldi. Bu bir idarənin ilkin işlərdir.
Sevinərək, qəlbən razı qalaraq daha firavan həyat yaşamaqda davam edəcəyik. Bu haqqı bizə ümummilli liderimiz Heydər Əliyev verib. Bütün xalqımızın haqqa çatmasına möhtərəm cənab Prezident İlham Əliyev imkanlar yaradır.

Keçidlər