Şriftin ölçüsü :

Saytın rəngi :

Portuqaliya və Xorvatiya velosipedçiləri İsmayıllıda

09 iyun 2015 | 15:00

Birinci Avropa Oyunlarına dəstək məqsədilə Azərbaycana gələn Portuqaliya və Xorvatiya velosipedçiləri Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə ölkənin Şimal-Qərb bölgəsinə səfər etmişlər. 09 iyun 2015-ci il tarixdə velosipedçilər İsmayıllıya gəlmişlər.
Qəbələ-İsmayıllı sərhədindən başlayaraq 20 nəfər yerli velosipedçi onların müşaiyət etmiş, Avropa Oyunları Məşəlinin qəbulu zamanı yaranmış ənənəyə müvafiq olaraq idmançıların üzərinə qızıl gül ləçəkləri səpilmişdir. İsmayıllılar Ağsu sərhədinə qədər böyük coşqu ilə velosipedçiləri qarşılamış və yola salmışlar.
Velosipedçilərin Balakəndən başlayan yürüşü Bakıda başa çatacaqdır.

Keçidlər