Şriftin ölçüsü :

Saytın rəngi :

Futbol turniri başa çatdı

26 iyun 2015 | 15:00

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş rayon futbol turniri final yarışı ilə başa çatdı. Dövri sistemdə gedən  oyunlara aprel ayının ikinci yarısından başlanmışdı və ardıcıl olaraq davam edirdi.
10 komandanın iştirakı ilə keçirilən turnir hər ilki rayon  çempionatlarından daha maraqlı, daha fəal və daha geniş miqyaslı oldu. Rayon İcra Hakimiyyəti rəhbərliyinin bu sahəyə diqqəti, rayon futbol federasiyasının, rayon gənclər və idman idarəsinin təşkilatçılığı belə müsbət nəticələrə gətirib çıxardı.
 Finala Hacıhətəmli və Kürdmaşı bələdiyyələrinin komandaları çıxmışdı. Daha fəal oynayan, kənd bələdiyyəsindən, tam orta məktəbindən və icra  nümayəndəliyindən dəstək görən Hacıhətəmli komandası 5-1 hesabı ilə qalib gələrək birinci yeri tutdu. Kürdmaşı komandası ikinci, “Tikinti-27” ASC-nin komandası isə üçüncü yerə çıxdı.
Qaliblərə tutduqları yerə müvafiq  pul mükafatları, hədiyyələr, diplom və kubokları rayon futbol federasiyasının sədri, rayon polis şöbəsinin rəisi Nizami Qocayev və rayon Gİİ-nin rəisi Taleh Salehov təqdim etdi.
Turnirdən bir daha yəqin edildi ki, bütün strukturlar birgə qüvvə ilə idmanın inkişafına yardımçı olduqda nəticələr yüksəlir . Hacıhətəmli kəndində olduğu kimi. Çox arzu olunardı ki, İsmayıllı bələdiyyəsi də bundan sonra idmana, xüsusilə futbola diqqətli olsun.

Keçidlər