Şriftin ölçüsü :

Saytın rəngi :

Onlayn ifadə azadlığı mədəniyyəti üzrə seminar keçirildi

04 avqust 2015 | 15:00

4 avqust 2015-ci il tarixdə Heydər Əliyev Mərkəzində “Orta Asiya və Güney Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi İsmayıllı Rayon İcra Hakimiyyəti ilə birgə “Müəllimlər üçün onlayn ifadə azadlığı mədəniyyəti üzrə seminarlar” adlı layihə çərçivəsində tədbir keçirdi.
     Seminarda layihənin sədri, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət və “Azərbaycan Atatürk Mərkəzi”nin şöbə müdiri Əkbər Qoşalı, RİH-nin və RTŞ-nin əməkdaşları, fəal müəllimlər iştirak etdilər.
     Tədbirin əsas mahiyyəti  müəllimlər arasında virtual aləmdə söz azadlığının və etik normaların gözlənilməsinin təbliğindən ibarət idi. Seminar ifadə azadlığı mədəniyyəti mövzusu ətrafında maraqlı diskusiya şəraitində başa çatdı.

Keçidlər