Şriftin ölçüsü :

Saytın rəngi :

“2015-ci ilin 9 ayında rayonun sosial-iqtisadi inkişafının təhlili və qarşıda duran vəzifələrə” həsr olunmuş hesabat yığıncağı keçirildi.

22 oktyabr 2015 | 15:00

22  oktyabr 2015-ci il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının “2015-ci ilin 9 ayında rayonun sosial-iqtisadi inkişafının təhlili və qarşıda duran vəzifələrə”  həsr olunmuş hesabat yığıncağı keçirildi.
     Hesabat yığıncağında  hüquq-mühafizə orqanları,  idarə, müəssisə və təşkilat rəhbərləri, icra nümayədələri, bələdiyyə sədrləri, təhsil işçiləri və içtimaiyətin nümyədələri iştirak edirdilər.
      Rayon İcra Hakimiyyəti başçısı  Mirdaməd Sadıqov  9 ayda rayonda görülən işlər barədə  hesabat məruzəsi ilə çixiş etdi. Məruzə ətrafında rayon maliyyə idarəsinin rəisi Radim Müslümov, “Nikitin” adına kolxozun müvəqqəti şurasının sədri Prokofyev İvan Pavloviç, fermer Vahid İsayev, Qalacıq bələdiyyəsinin sədri Zöhrə Şalbuzova çıxış etdilər.
      Hesabat yığıncağında görülmüş işlər və qarşıda duran vəzifələr geniş şəkildə təhlil olundu, qərar layihəsi əlavə və dəyişikliklərlə qəbul olundu.
      Yığıncağın  gedişi canlı olaraq rayon mərkəzində yeni quraşdırılmış monitor vasitəsi ilə rayon əhalisinə çatdırıldı.

 

Keçidlər