Şriftin ölçüsü :

Saytın rəngi :

Aşıqbayramlı kəndi

Aşıqbayramlı  kəndi

  Aşıqbayramlı  kəndi   İsmayıllı – Qərəməryəm  yolunun  üstündə   Burnovuldağ  silsiləsinin  ətəyində  Dəvəbatan  çayının  sahilində  yerləşir.
Kəndin  ilk  adı Dəvəbatan  olmuşdur.
  XIX əsrin ikinci yarsında, 1859-1864 ci illərdə   Bakı  quberniyasının  Şamaxı  qəzasında   yaşamış,  mənşəcə  indiki  Quba  rayonundakı  Hapıt  kəndindən  çıxmış  ailələrin  Dəvəbatan  kəndində  məskunlaşması  nəticəsində  yaranmışdır.
Aşıq  Bayram  adlı  bir  şəxsə  mənsub  olan  ailələr  onun  adı  ilə  Aşıqbayramlı  adlanmış, sonralar  bu  ad  kəndə  verilmişdir.  1886- cı ildə  çar Rusiyasi  tərəfindən  qeydə  alınan  41 ailədə 354  nəfər əhali yaşamışdir.
Hal hazırda əhali  885 nəfər olmaqla  222 təsərrüfatdan  ibarətdir.
Aşıqbayramlı  kəndində  yaşayan  əhali  kənd təsərrüfatı, əkinçılık və  heyvandarlıqla məşğul  olurlar. 
     XX-əsrin  birinci  yarsında  kənddə  tikilən  məktəb  binası  1981-ci  ildə  baş  vermiş  zəlzələ  nəticəsində  uçduğundan  1981-83-cü   illərdə  yeni  birtipli,  müasir  məktəb  binası  tikilmişdir. 
    Alman  faşizmi  üzərində  qələbənin  40  illiyi münasibətilə  1985- ci ildə  qurulmuş  abidə  və  şəhid  Qəşəm  Məmmədovun  büstü   məktəbin ərazisində ucaldılmışdır.
   Kəndin  adı  ilə  adlandırılan  Aşıqbayramlı  su  anbarı  74  ha  sahədə  1900  ha  sahənin  suvarılıması  məqsədi  ilə  1952  ci  ildə  tikilib  istifadəyə  verilmişdir.
     1962-ci  ildə  tikilən  kənd  klubu  2013-cü  ildə  əsaslı  təmir  olunaraq  tam  yararlı  hala  salınmış,  mebel  və  texniki  avadanlıqlarla  təmin  olunmuşdur.
     2009-cu  ildən  kənd  qaz  yanacağı  ilə  təmin  olunmuşdur.        
İstehsal  müəssisələri:    - Pendir sexi  (Talış pendir) gündəlik  600 kq  pendir  istehsal olunur , 2017-ci ildə sexin  gündəlik  istehsal gücünün, sahibkar  Nizami Bağırov  tərəfindən  artırılaraq  1500 kq-a çatdırılması  nəzərdə  tutulur.    – 2010-cu  ildən  ərazimizdə  fəaliyyət  göstərən  inkubator  sexindən  hər il  əhaliyə  75000  baş   cücə   satılır.                                                     
-Üzüm  sortlarının çoxluğu, əlverişli  iqlim  şəraiti  imkan  verir ki, əhali  kişmişi və  üzüm qurusu istehsalı  ilə məşğul olsun.  İstesala  başlamaq üçün  ASPİLAND  MMC  və  Kənd  MMC-nin  rəhbərliyi ilə danışıqlar apararaq  razılıq əldə  olunacaq.
  Aşıqbayramlı kəndi İnzibati Ərazi vahidinin  mərkəzi olmaqla , əraziyə  Talış, Qarakolluq, Hapıtlı kəndləri daxildir.
   Aşıqbayramlı İƏD üzrə  nümayəndəliyə daxil olan kəndlər  dörd şəhid vermişdir.
 Tanınmış şəxsiyyətlər:
- Səməd  Mehdi  oğlu Səmədov   - ədliyyə  polkovniki;
- Tofiq Xəlil oğlu Əliyev - “Əməkdar həkim”;
- Koroğlu Vəzir oğlu Babayev  - “Əməkdar mühəndis”;
- Həmid  İbrahim oğlu  Osmanov   -fizika-riyaziyyat elmləri doktoru;
- Rəna Fikrət qızı Babayeva   fizika-riyaziyyat elmləri doktoru;
- Sabir Soltan oğlu Soltanov  - polis  polkovniki;
- Azər Feyruz oğlu Muradov -  polis polkovniki;
- Fuad  Rafiq  oğlu  Əliyev - polkovnik;
- Vəfa Keser ( Səlimova) -  Kanada  McGill Universiti.Elmlər doktoru.
                                                                                                                                     

                                                                         Talış kəndi
Talış ( Quba, İsmayıllı, Ağdərə, Hacıqabul, Şəmkir  rayonları), Talışlar  (Ağdam rayonu),  Talışnuru (Qobustan  rayonu) yaşayiş məntəqələrin  adı talış etnonimi  ilə  əlaqədardır. Kəndin qədim  yerli əhalisi olan  talışların adıyla adlandırılmışdır. Qızılbaş  tayfa  ittifaqında  yeganə fars dilli tayfa olan talışlar  Səfəvilərin hakimyyətə  gəlməsində  müəyyən  rol  oynamışlar.  Bu xidmətlərinə  görə  Səfəvi hökümdarları sonralar  onlara  Azərbaycanın ayrı-ayrı yerlərində  müəyyən ərazilər vermişlər. Talış  kəndi  İsmayıllı- Qaraməryəm  yolunda  dağətəyi  ərazidə  Dəvəbatan  çayı  sahilində  yerləşir.
      Əhalisi:    335 nəfər olmaqla  76  təsərrüfatdan ibarətdir.
                                         

                                                                        Qarakolluq kəndi
Burada qara sözü  sıx  qalın, kecilməz  mənasındadır. Yəni  oykonim  sıx  kol, böyük, böyük kollu sahə, kecilməz kol  mənasında  işlənmişdir. Kənd   Dəvəbatan  çayının sol sahilində  yerləşir.
    Əhalisi:   249 nəfər olmaqla  74 təsərrüfatdan ibarətdir.
                                                     

                                                                          Hapıtlı kəndi
Kənd  XIX əsrin  ortalarında Şamaxı  qəzasında  yaşamış,  mənşəcə  indiki  Quba rayonundakı  Hapıt kəndindən  çıxmış  ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Dağətəyi  ərazidə  Dəvəbatan  çaynın  sağ  sahilində  yerləşir.
    Əhalisi:   195 nəfər  olmaqla  38 təsərrüfatdan  ibarətdir.

 

Keçidlər