Həftəsov kəndi
Həftəsov
Barəsində- Kənd təsərrüfatının,xüsusən də heyvandarlığın inkişafına görə rayon üzrə tanınan Həftəsov kəndi dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşməklə yanaşı,rayon mərkəzindən 43 km uzaqlıqda yerləşir. Odur ki,ərazi rayonun dağ kəndlərindən hesab olunur. Kəndin adı “Həft” və “Sov” sözlərinin birləşməsindən yaranmışdır ki, bu da yeddi nov anlamına gəlməkdədir. Burdan belə başa düşülür ki, vaxtı ilə kənddə yeddi dəyirman olmuşdur. Yeddi dəyirmanı olan bir kənddə II Dünya müharibəsinə qədər 360 təsərrüfatı olmuşdur ki, hal-hazırda ondan cəmi 18 təsərrüfat qalmışdır. Bir kəndin əhalisinin 60-70 il ərzində öz doğma kəndlərindən köçüb getməsi həqiqətən də çox acınacaqlı bir haldır. Həftəsovluların əksəriyyəti Bakının-Keşlə, Bibiheybət, Qaradağ, Çermet, Qızıldaş, Bülbülə kənd və qəsəbələrində məskunlaşmışlar.
Ümumi sahəsi-1140 ha
Əhalisi- 63 nəfər
Əhalinin məşğuliyyəti- Əhalinin əsas məşğuliyyəti heyvandarlıqdır,xüsusən,qoyunçuluq, lakin, taxılçılıq və kartofçuluq üçün də əlverişli şəraiti vardır.
Tarixi abidələri- Yeraltı hamam, Məscid, Kanalızasiya sistemi, Su dəyirmanı,Yanar dağ
Görkəmli şəxsləri: Salmanov Hacı Seyfi oğlu-“Qırmızı Ulduz”, “Almaniya üzərində qələbə”, “Şərəf nişanı”, “Böyük Vətən Müharibəsi”, “Budapeşt şəhərinin azad olunması” ordenləri.
Əlimuradov Şahmurad Yadigar o- Geologiya-minerelogiya elmləri namizədi,alim.
Mərdanov İlham İldırım oğlu- Kənd təsərrüfatı elmləri namizədi, “torpaqşünaslıq” ixtisası üzrə dosent
Mərdanov İldırım Eldar oğlu- Coğrafiya elmləri namizədi,alim, “geomorfologiya” ixtisası üzrə böyük elmi işçi diplomu.
Əsədov Bağır Həbib o -Tərəqqi” medalı, “Əməkdar hüquqşünas” fəxri adı
Mursalov Xanmurad-Ehtiyyatda olan polkovnik,DQ-ın ağsaqqallar şurasının sədri
Abbasov Bayram-BDU-nin mədəniyyətşünaslıq kafedrasının müdrü