Diyallı kəndi
Diyallı kəndi
Diyallı kəndi rayon mərkəzindən 7 km şərqdə Əyriçayın sahilindən 4 km aralı İsmayıllı-Şamaxı şosse yolu kənarında, Niyaldağ silsiləsinin ətəyində yerləşir. Dəniz səviyyəsindən 200 m yüksəklikdə, ərazisi 4022 ha-dır.
“Diyallı” sözünün mənası müxtəlif mənbələrdə müxtəlif cür yazılsa da, akademik Budaq Budaqovun fikri həqiqətə daha yaxındır. Onun ehtimalına görə, kəndin adı qədim zamanlarda cənubi Azərbaycandakı eyni adlı yerdən bura köçmüş düyar(düyarlı, diyarlı) türk tayfaları ilə bağlıdır. Kənd sakinlərinin özlərinə məxsus ləhcəsi vardır ki, bu da tayfaların ləhcəsi ilə eynidir. Diyallı ərazisindəki içərisində insanların dəfn edildiyi küp qəbirlər burada yaşayışın ən azı 2 min il əvvəldən başlandığını sübut edir.
Diyallı İƏD-si üç kəndi, Diyallı, Sədiyan və Güyüm kəndlərini əhatə edir. Əhalinin sayı 2149 , kəndlər üzrə Diyallı-1692, Sədiyan-297, Güyüm-160 nəfərdir. Kənddə evlərin sayı-545 ədəddir, ondan Diyallı 417 ev, Sədiyan 86, Güyüm-42 ədəddir. Hal hazırda kənddə 398 ev mavi yanacaqla təmin olunmuşdur. Ərazidə A.Məmmədov adına Diyallı tam orta məktəb, Sədiyan və Güyüm kənd ibtidai məktəbləri, Kənd yaradıcılıq evi, kitabxana, tibb məntəqəsi, Poçt şöbəsi və ATS fəaliyyət göstərir. Əhalisi taxılçılıq, bağçılıq və heyvandarlıqla məşgul olur.Ərazidə vətəndaşlara məxsus 690 ha pay torpaq sahəsi, 45 ha həyətyanı torpaq sahəsi var. Bundan əlavə bir ədəd “Qızıl Qaya” turizm mərkəzi fəaliyyət göstərir.Ərazimiz fasiləsiz olaraq mavi qaz və elektrik enerjisi ilə təmin olunur.Ərazimizdə 2016-cı ilin avqust ayında “Velosiped zavodu” istifadəyə verilmişdir.
Böyük vətən müharibəsində (1941-1945) kəndin 120 övladı iştirak etmiş, onların 61 nəfəri həlak olmuşdur.
Diyallı İƏD üzrə nümayəndəliyə daxil olan kəndlər 6 şəhid vermişdir.
Kəndin tanınmış şəxsiyyətləri:
Şövqi Süleyman oğlu Ağayev (1926-1975)– Azərbaycanda ilk psixalogiya elmlər doktoru, professor, APU-nin sabiq rektoru
Sənan Məhəmmədəli oğlu Mustafayev(1928-2015) – texnika elmlər doktoru, professor, AMİU-nin sabiq rektoru
Bəxtiyar Əjdər oğlu Məmmədov(1951)- Azərbaycan MEA-nın müxbir üzvü, kimya elmlər doktoru.
Dilşad Ziyad qızı Əliyeva –İqtisad elmləri namizədi, dossent
Mirabbas Salam oğlu Məmmədov(1938)- İqtisad elmləri namizədi, dossent
Mehriban Nazim qızı Ömərova(1981)- Riyaziyyat üzrə Fəlsəfə doktoru
Zabit Teymur oğlu Məmmədov-Filologiya elmlər namizədi, dossent
Azad Ziyad oğlu Əliyev- İqtisad elmləri namizədi, dossent
Gülputa Gülbaba qızı Şəfaqətova- Kimya elmləri namizədi, dossent
Kənd əfəndilər kəndi olmaqla aşağıdakı dini alimlər olmuşdur.
Hacı Məcid Əfəndi-İstanbulda Dini Universiteti bitirib Əfəndi titulu, Albaniyanın Tirana şəhərində İlahiyyət Universitetini bitirib Şəriyyət alimi titulunu alıb.
Oğlu Mustafa əfəndi (1860-1930)-Məscidlər tikdirmiş, Şamaxı quberniya qazisi və s dini vəzifələrdə işləmişdir.
Oğlu Həbib Əfəndi –İstanbulda şəriyyət üzrə dini alim titulu alıb.Nuru Paşanın şəxsi məsləhətçisi bələdçisi və alay imamı olub.
Sədiyan kəndi:
Sədiyan kəndinin mənası (Səd yanı) sözündən götürülmüş mənası müdafiə divarları deməkdir. Sədiyan kəndinin əhalisi 297 nəfər, 88 təsərrüfatdan ibarətdir. Kənddə bir ibtidai məktəb vardır.
Güyüm kəndi:
Güyüm sözünün mənası Göyüm sözündən götürülmüş “göy torpaq” mənasındadır. Güyüm kəndinin əhalisi 160 nəfər, 49 təsərrüfatdan ibarətdir. Kənddə bir ibtidai məktəb və kitabxana vardır. Kənddə müalicəvi əhəmiyyətli “Bədo” suyu çıxır.