Çayların qovuşduğu məkan – İstisu,Çayqovuşan,Elabad kəndləri
İstisu kəndi
İstisu kəndi İsmayıllı rayonundan 25 km uzaqlıqda olub şimal-qərb istiqamətində yerləşir. Kəndin girəcəyindəki Gədik adlanan dağ arası keçid yolu kəndin yeganə giriş qapısıdır.İlk dəfə bu torpağa axşam vaxtı qədəm basan hər bir kəs gədiyi keçən an bu nağıla bənzər, əsrarəngiz mənzərənin şahidi olur. Bu səbəbdəndir ki, son zamanlar kəndimizi , onun axar-baxarlı yerlərini ziyarət edən yüzlərlə qonağa rast gəlinir. Kəndimizi öndən salamlayan “Canalı” dağının bədi əsərlərin diqət mərkəzinə düşməsi,əzəmətli “Sanğalan” dağının gələn qonaqlara etdiyi təbəssümü də,”Şur-Şur “şəlaləsinin bənzərsiz gözəliyi “Cinar bucağı”adlanan bulağın qonaqlara göstərdiyi ehtiram heç vaxt unudulmayan təsuratlarla hər bir şəxsi özünə vurğun edir.Kənd ərazisində gəzməli.görməli yerlər coxdur.”Green House”istirahət mərkəzi “Bağı ucalığı” ”Canğudərə”bulağı.və. s. Yaşadığımız İstisu kəndi İsmayıllı rayonun ucqar dağ kəndlərindəndir. Təbiəti qədər gözəl olan, qonaqpərvər ,dövlətə, dövlətçiliyə sədaqətli insanları vardır. Kəndin böyük əksəriyyəti ləzgilərdir. Kəndin qədim adı isə “Canğu”olmuşdur. Deyilənlərə görə bu ad ləzgicə tərcümədə “Can Allah”mənasını verir. Kəndimiz Qalacıq çayının sağ, İstisu çayının sol sahilində yerləşir.Kənmdimizin ilk sakinləri Qalacıq kəndindən köçənlərdir. Camaat öz qədim adət-ənənələrini hələ də qoruyub saxlamışdır. Kənd ərazisində “Zakir axusu”,”Pirsultan ucalığı”,”Bağı ucalığı”,”Əli düzü”adlandırılan onlarla yer adları vardır ki,bu torpağın qədim yaşayış ərazisi olduğunu sübut edir. Kəndin adının İstisu adlandırılması (keçən əsrin otuzuncu illərində adı dəyişdirilib) heç də təsadüfü deyildir. Burada olan kükürdlü sudan istifadə etməklə müxtəlif xəstəliklər müalicə olunmuşdur.Hər il ətraf rayonlardan yüzlərlə adam bura gəlib şəfa tapırdılar. İsmayıllı rayonun İstisu kəndinin əhalisi hazırda 1225 nəfərdir. Əhali əsasən əkincilik, maldarlıq və meyvəçiliklə məşğuldur.
Çayqovuşan kəndi
Bu kənd adından məlum olduğu kimi üç çayın- İstisu, Qalacıq və Pəşnov çaylarının qovuşduğu yerdə yerləşir. Kəndin ilk sakinləri Dağıstandan gəlmiş ləzgilər olmuş sonradan Bığır kəndinin dağılması nəticəsində oranın əhalisi buraya köçüb. Hal-hazırda kənd sakinləri ləzgi və lahıclardan ibarətdir. Əhalinin məşğulyyəti əkinçilik və maldarlıqdır.
Elabad kəndi
Əhalisi ləzgilərdən ibarətdir. Məşğulyyəti əsasən əkinçilik və heyvandarlıqdır.Kəndin adı el arasında Bozavənd olmuş 2009-cu ildə Elabad adı verilmişdir.Elabad kəndi rayon mərkəzindən 50 km uzaqlıqda Göyçay çayının sağ sahilində yerləşir.