Şriftin ölçüsü :

Saytın rəngi :

Təzəkənd, Yeniyol, Qaraqaya, Gəndov, II Yeniyol, Köhnədaxar və Qərsələ kəndləri

 Təzəkənd kənd İƏD üzrə nümayəndəliyin əhatə etdiyi kəndlər  haqqında ümumi

                                              M ə l u m a t.

         Təzəkənd kənd İƏD-si yeddi kəndi- Təzəkənd, Yeniyol, Qaraqaya, Gəndov, II Yeniyol, Köhnədaxar və Qərsələ kəndlərini əhatə edir. Ərazisi 2547 ha, əhalisi 3034 nəfərdir. Dəniz səviyyəsindən 690 metr yüksəklikdədir.

          Ərazidə beş ümumtəhsil məktəbi, o cümlədən Təzəkənd, Yeniyol kənd tam orta, Qaraqaya, Gəndov ümumi orta, II Yeniyol kənd ibtidai məktəbi, bir körpələr evi-uşaq bağçası, iki tibb məntəqəsi, kitabxana, klub, ATS, poçt şöbəsi fəaliyyət göstərir.

          Təzəkənd kənd İƏD üzrə nümayəndəliyin sakinlərindən 14 nəfər Qarabağ torpaqlarının azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuşdur.

            Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.

                                       Təzəkənd kəndi.

        Adından məlum olduğu kənd Təzəkənd yaşayış məntəqəsi yeni yaranmışdır.

Əldə olunan məlumata görə Təzəkənd kəndi 1928-1929 cu illərdə əsasən dağ kəndləri olan Müdrü və Müdrüsə kəndlərindən köçən əhali tərəfindən yaradılmışdır. Əvvəllər kəndin adı “Musakənd” olmuşdur. Kənddə ilk məktəb 1937-ci ildə tikilmiş, içməli su 1943-cü ildə çəkilmiş, ilk dəfə elektrik enerjisi 1961-ci ildən etibarən verilməyə başlanmışdır. Kənddə məscid 2006-cı ildə xeyriyyəçi, kənd sakini Hacı Tapdıq tərəfindən inşa edilərək kənd əhalisinin istifadəsinə verilmişdir. Kəndin əhalisinin sayı 1688 nəfər, təsərrüfatların sayı 560, evlərin sayı isə 327 ədəddir. Təzəkənd kəndində bir tam orta məktəb, klub, kitabxana, körpələr evi-uşaq bağçası, poçt şöbəsi və ATS fəaliyyət göstərir.

                                           Yeniyol kəndi.

      Kəndin əvvəlki qədim adı Nügədi (tatca “Yeni kənd”) olmuşdur. Sovet hökuməti Qafqaza gələnədək kəndə Nügədi deyilirdi. Kənd qədim tarixə malikdir. Kəndin ərazisində qazıntı işləri aparılarkən tapılmış pul sikkəsinin eramızdan əvvəl Yunanıstanda kəsilməsi və hazırda Sankt Peterburq Ermitajında saxlanılması kəndin qədim tarixi keçmişindən xəbər verir. Əhalisi əsasən vaxtı ilə Quba bölgəsindən gələnlərin nəslindəndir. Kənddə bir tam orta məktəb və bələdiyyə kitabxanası fəaliyyət göstərir. Kənddə əhalinin sayı 444 nəfər, təsərrüfatların sayı 150, evlərin sayı 108 ədəddir.

                                            Qaraqaya kəndi.

       Türk dilində Qara böyük mənasında işlənir. Bu toponim relyeflə əlaqədar formalaşmışdır və məskunlaşan əhali tərəfində Böyük qaya- Qaraqay adlandırılmışdır. Ərazidə bir ümumi orta məktəb fəaliyyət göstərir. Kəndi əhalisi 399 nəfər, təsərrüfatların sayı 111, evlərin sayı isə 78 ədəddir. Kəndin ərazisində üç  ailəvi istirahət mərkəzi əhaliyə xidmət edir.

                                              Gəndov kəndi.

          Əvəllər söz Gendo kimi səslənmişdir. Sonradan e- saiti ə-saiti ilə əvəz olunmuş və sözün sonuna da v-samiti əlavə edilmiş və kəndin adı Gəndov kimi formalaşmışdır. Ərazi çoxlu içməli suya məlikdir. Geniş suls əraziyə malik olduğu üçün-boyük ərazi, dov (çox güman ki fars sözüdür) su mənasında işlənmişdir. Ona görə də kəndin adı hidrotoponimik vahid kimi formalaşmışdır. Kənddə bir ümumi orta məktəb və tibb məntəqəsi fəaliyyət göstərir. Kənin əhalisi 240 nəfər, təsərrüfatların sayı 65, evlərin sayı isə 47 ədəddir.

                                                 II Yeniyol kəndi.

         II Yeniyol kəndi Yeniyol kəndindən köçmüş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Yeniyol kəndibdən fərqləndirmək üçün kəndin adının əvvəlinə ikinci sözü əlavə edilmişdir. Kənddə bir ibtidai məktəb fəaliyyət göstərir. Əhalisi 128 nəfər, təsərrüfatların sayı 42, evlərin sayı 29 ədəddir.

                                                Köhnədaxar kəndi.

          Adından məlum olduğu kimi yaşayış məntəqəsi qədim tarixə malikdir. Kəndin adı köhnə (qədim) və dahar (qaya) sözlərindən  ibarət olub “Qədim dahar” kəndi mənasındadır. əndin əhalisi 97 nəfər, təsərrüfatların sayı 20, evlərin sayı 19 ədəddir.

                                               Qərsələ kəndi.

               Dağətəyi ərazidə yerləşir. Toponim tat dilindəki qərs (əkin yeri) sözündən və lə- şəkilçisindən ibarət olub “kiçik əkin yeri” mənasını daşıyır. Kəndin əhalisi 38 nəfər, təsərrüfatların sayı 12, evlərin sayı isə 9 ədəddir.

Kəndin tanınmış şəxsiyyətləri.

Cəfərov Nizami Nəcəf oğlu- Elmlər doktoru, Moskva Beynəlxalq Münasibətlər Akademiyasının həqiqi üzvü.

Cəfərov Fizuli Nəcəf oğlu- Geologiya elmlər namizədi, Beynəlxalq dərəcəli ekspert-geoloq.

İslamov İslam Zalı oğlu- Texnika elmləri namizədi, fəlsəfə doktoru.

Bağırov Eynulla Cahan oğlu- Qarabağ uğrunda göstərdiyi şücaətlərə görə “Azərbaycan Bayrağı” odeni ilə təltif edilmişdir.

                                      

Keçidlər