Şriftin ölçüsü :

Saytın rəngi :

Hesabat 2022

2022-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2023-cü ildə qarşıda duran

vəzifələrlə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı  N.R.Bağırovun

h e s a  b a t ı

 Yola saldığımız 2022-ci il bütövlükdə ölkəmiz üçün uğurlu il olmuşdur. İlin əvvəlində qarşıya qoyulmuş bütün vəzifələr icra edilmiş, ölkənin dayanıqlı inkişafı təmin edilmişdir. Azərbaycan sabitlik şəraitində yaşamış, öz sosial-iqtisadi inkişafını təmin etmiş, xalqımız təhlükəsiz şəraitdə qurub-yaratmışdır. Bu gün dünyada qanlı toqquşmalar, müharibələr, kütləvi etiraz aksiyaları, polis zorakılığı, insan haqlarının kobud şəkildə pozulması, demokratik dəyərlərin taptanması baş alıb gedir. Sayənizdə isə Azərbaycan sabitlik məkanı kimi inkişaf edir.

Cənab Prezidentin apardığı uğurlu siyasətin nəticəsi olaraq keçən il bizim beynəlxalq mövqelərimiz daha da möhkəmləndi. Azərbaycan bir neçə mötəbər beynəlxalq tədbirə ev sahibliyi etdi.

2022-ci il tarixdə dərin islahatlar ili kimi qalacaq. Aparılan siyasi, sosial, kadr  islahatları idarəçilik prinsiplərini, yeniləşmə imkanlarını gücləndirmiş, yaşlıların təcrübəsinə, gənclərin potensial imkanlarına yönəldilmişdir.

           

2022-ci ildə İsmayıllı rayonu ərazisində dövlət sifarişi əsasında, eləcə də fiziki və hüquqi şəxslər tərəfindən bir neçə layihələr icra edilmiş, İsmayıllı şəhərində abadlaşdırılma işləri davam etdirilmişdir. Sumağallı kəndində tam orta məktəb binasının, Talıstan kəndində H.Əliyev Fondunun sifarişi ilə 1300 şagird yerik tam orta məktəb binasının tikintisi davam etdirilir. İvanovka kəndində 80 yerlik uşaq bağçasında tikinti işləri yekunlaşdırılmış, hazırda bağça binası açılışa hazır vəziyyətdədir. Rayonun Zeyvə kəndində “DOST” evinin inşasına başlanılmış, Tircan kəndində çaxır zavodunun və İvanovka kəndində karamel zavodunun tikintisi başa çatmışdır.

2022-ci ildə rayon ərazisində vətəndaşlar tərəfindən məlumatlandırma icraatı qaydasında 144 yaşayış evinin tikintisi rəsmləşdirilmiş, 9 yeni obyektin tikintisinə, 6 obyektin isə istismarına icazə verilmişdir. Digər sosial obyektlərin, otel va mehmanxana tipli binaların tikintisi davam etdirilmiş, istirahət və turizm mərkəzlərində təmir abadlıq işlərinə başlanılmışdır. Rayonun Topçu kəndində tikintisi nəzərdə tutulmuş Koka-Kola zavodunun tikinti işlərinə icazənin verilməsi prosedurunun icraatı çərçivəsində birinci mərhələ həllini tapmış, zavodun inşa ediləcəyi ərazinin torpaqayırma sənədləri hazırlanmış, layihələndirmə mərhələsindən keçmişdir. 

Bu il ötən illərdə inşa edilmiş bir neçə sosial obyektin, 6 saylı tam orta məktəbin, Basqal kənd orta məktəbinin va istehsalat yönümlü obyektlərin, İvanovka toxum emalı zavodunun sənədləşməsi aparılmış, istismara verilməsi istiqamətində müvafiq tədbirlər görülmüşdür.

Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin sifarişi əsasında İsmayıllı rayonunun Basqal qəsəbəsi yaxınlığında 19.5 hektar ərazidə inşa edilən turizm istirahət kompleksi regionda ən iri həcmli layihələrdən olmaqla tikintisi başa çatdırılmışdır.

2022-ci il rayonumuz üçün xüsusi əhəmiyyət kəsb edən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında İsmayıllı şəhərinin Baş plan layihəsinin hazırlanmasına başlanılmışdır.

2022-ci ilin ilk rübündən etibarən büdcə vəsaiti hesabına şəhər daxili küçələrin abadlaşdırılması, yollara asfalt örtük vurulması istiqamətində müvafiq tədbirlər həyata keçirilmiş, qüsur aktları tərtib edilərək layihələndirmə üçün tenderə təqdim edilmişdir. 2022-ci ildə İsmayıllı şəhəri ərazisində Tofiq İsmayılov küçəsinə 4250 m2, Həzrə yolunda 2425 m2, Şirvan küçəsinə 3715 m2, Ramazan Ədilov küçəsinə 1750 m2, Şirvanşahlar küçəsinə 3000 m2, Cəlil Məmmədquluzadə küçəsinə  2125 m2, Cavad Xan küçəsinə 3050 m2, N.Səmədov, Babadağ və Nizami küçəsini birləşdirən yola 1460 m2, Məhəmməd Hüseyn Şəhriyar küçəsinə 3580 m2, Mübariz Orucov küçəsinə 1000 m2, Zəfər Mirzəyev küçəsinə 3250 m2, Dostluq küçəsinə paralel adsız küçəyə 1555 m2, Oğuz küçəsinə 2000 m2, Qafqaz küçəsinə 9250 m2 asfalt örtük vurulmuş və 2350 m2 cari təmir işləri aparılmışdır. Hesabat ilində Şəhidlər Xiyabanının əsaslı təmiri, uşaq əyləncə parkında cari təmir, İ.Kazımov küçəsində mövcud olan su kanalı üzərində körpünün tikilişi, H.Əliyev prospektində və Nizami küçəsində qala divarlarında cari təmir işləri aparılmışdır.

Rayonu qaz və elektrik enerjisi təchizatı ilə təmin etməkdən ötrü yeni xətlərin çəkilməsi ötən illərdə olduğu kimi davam etdirilmişdir. Bir neçə yaşayış məntəqəsinə (Ruşan, Vəng, Enişdibi, Qoşakənd, Tubukənd, Maçaxı kəndləri) çəkiləcək qaz xəttinin marşurutları prosedura uyğun olaraq razılaşdırılmışdır. Layihə üzrə iki yaşayış məntəqəsində Maçaxı və Qoşakənd kəndlərində qaz çəkilişi yekunlaşmışdır.

2022-ci ili İsmayıllı rayonu da yüksək sosial-iqtisadi nəticələr, fərqli nailiyyətlərlə başa vurmuşdur.

Hər ilin müzakirə olunan vacib tərəflərindən biri və ən əsası sosial-iqtisadi nəticələrdir. 2022-ci ilin də bu baxımdan ciddi təhlilə, əsaslı müzakirələrə ehtiyacı vardır. Geridə qoyduğumuz 2022-ci il bütövlükdə respublika, eyni zamanda bölgələr üçün əhəmiyyətli xarakter daşımış, yüksək nəticələr əldə olunmuşdur. Prezident cənab İlham Əliyevin düşünülmüş sosial-iqtisadi siyasəti, aparılan islahatlar, həyata keçirilən iri tutumlu layihələr nəticəsində Azərbaycan özünün uzunmüddətli dayanıqlı inkişafını təmin etmişdir.

Rayonun iqtisadiyyatını, sənaye və kənd təsərrüfatını gücləndirmək, tikinti, abadlıq və quruculuq işlərini davam etdirmək, yeni layihələrin icrasını təmin etmək, işsizliyi minimuma endirmək, yeni iş yerlərinin açılmasında, əhalinin məşğulluğunun təmin edilməsində təşəbbüsləri reallaşdırmaq əsas vəzifələrimizdən olmaqla, fəaliyyətimizi Fərman və Sərəncamlarınızın, tövsiyə və tapşırıqlarınızın icrasına yönəltmiş, müsbət nəticələr, əsaslı irəliləyişlər əldə etmişik. Mövcud imkanlardan səmərəli istifadə etməklə rayonda tikinti-abadlıq və quruculuq işlərini davam etdirmiş, iqtisadiyyatın inkişafına təkan verəcək infrastruktur və sosial layihələrin icrasına nail olmuşuq. Əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması, dayanıqlı inkişaf və sabitliyin qorunması məqsədilə ardıcıl tədbirlər həyata keçirmişik.

2022-ci il ərzində əsas iqtisadi göstəricilər aşağıdakı kimi olmuşdur. Belə ki, əsas kapitala 41 milyon 208 min manat investisiya qoyulmuşdur ki, bunun 23 milyon 475 min manatı (57,0 faizi) dövlət sektoru, 17 milyon 733 min manatı (43,0 faizi) isə özəl sektor tərəfindən həyata keçirilmişdir. Vəsaitin 33 milyon 641 min manatı (81,6 faizi) tikinti-quraşdırma işlərinə sərf olunmuşdur.

Hesabat dövründə rayonda faktiki qiymətlərlə 283 milyon 688 min manat məbləğində ümumi məhsul istehsal olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 27 milyon 15 min manat çoxdur. İqtisadiyyatın əsas sahələri üzrə real ifadədə 2021-ci illə müqayisədə ümumi məhsul buraxılışı üzrə 0,7 faiz artım qeydə alınmışdır. Ondan  sənayedə 16,0 faiz, kənd təsərrüfatında 1,0 faiz,  informasiya və rabitədə 15,4 faiz, nəqliyyat və anbar təsərrüfatında 29,1 faiz, ticarətdə 1,8 faiz artım qeydə alınmış, tikinti-quraşdırma işlərində 13,9  faiz geriləmə müşahidə olunmuşdur. Tikinti sektorunda geriləmə əsasən dövlət sektorunda yaranmışdır. Qeyri-dövlət sektorunda tikinti-quraşdırma işlərində 5,0 dəfə çox artım yaranmışdır. Dünyada və ölkəmizdə baş vermiş pandemiya ilə əlaqədar iqtisadiyyatın bəzi sahələrində geriləmə aradan qalxmağa başlamış və artıq əksər sahələrdə artım tempi müşahidə olunmuşdur.

Hesabat dövründə əhaliyə göstərilən pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,8 faiz yüksələrək 265 milyon 40 min manata çatmış, keçən illə müqayisədə nominal qiymətlərlə 37 milyon 681 min manat  artmışdır. Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 28 milyon 380 min manat təşkil etmişdir. 2021-ci illə müqayisədə əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi real ifadədə 7,5 faiz artmışdır.

2022-ci il ərzində faktiki qiymətlərlə 17 milyon 738 min manatlıq sənaye məhsulu istehsal olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə nominal ifadədə 2889,1 min manat azdır. Real ifadədə isə sənaye məhsulu istehsalında 16,0 faiz artım qeydə alınmışdır.

Rayonumuzda iqtisadiyyatın əsasını kənd təsərrüfatı məhsulları istehsalı təşkil edir. Kənd təsərrüfatı əsasən bitkiçilik və heyvandarlıq sahələrindən: bitkiçilik sahəsi taxılçılıq, kartof istehsalı, tərəvəz, meyvə, üzüm, yem bitkiləri sahələrindən, heyvandarlıq sahəsi isə iribuynuzlu maldarlıq, qoyunçuluq, quşçuluq və arıçılıq sahələrindən təşkil olunmuşdur.     

2022-ci ilin məhsulu üçün 2021-ci ilin payızında 22495 hektarda buğda, 8269 hektarda dən üçün arpa olmaqla 30764 hektar sahədə payızlıq taxıl səpini aparılmışdır.

Səpin zamanı yüksək reproduksiyalı və rayonlaşdırılmış toxum sortlarından istifadə edilmiş və şum altına və səpinlə birlikdə 2 min tondan çox mineral gübrələr tətbiq edilmişdir. Bol məhsul əldə etmək üçün əkin sahələrində monitorinqlər aparılmış, mövcud vəziyyətlə bağlı fermerlər məlumatlandırılmış, zərərvericilərə qarşı 7673 hektar sahədə kimyəvi mübarizə işləri həyata keçirilmişdir. 26400 ha əkin sahəsinə 3000 ton yemləmə gübrəsi verilmiş, 27555 ha sahədə isə alaq otlarına, eləcə də yabanı vələmirə qarşı mübarizə tədbirləri aparılmışdır.

Taxıl istehsalçıları tərəfindən aparılan aqrotexniki tədbirlər nəticəsində rayonun tarixində rekord miqdarda - yəni  hər hektardan orta hesabla 35.8  sentner olmaqla  111424 ton  məhsulu istesal olunmuşdur ki, bu da ötən illə müqayisə də 5842 ton çoxdur.

2022-ci ilin məhsulu üçün 100 ha qarğıdalı, 53 hektar vələmir, 42 ha noxud, 30 ha lobya, 138 hektar yemlik paxla, 138 ha yemlik paxla, 242 hektar günəbaxan, 15 hektar tütün, 726 hektar kartof, 745 hektar tərəvəz, 0.8 ha bostan bitkiləri, 108 hektar yonca, 1 hektar xaşa olmaqla cəmi 2200,8 hektar yazlıq bitkilər əkilmişdir.

Hesabat ilində 15 ha sahədə tütün  əkilməsi nəzərdə tutulmuş və tütün əkini ilə  bağlı  bütün lazımi tədbirlər görülmüşdür və istehsal olunmuş 33.1 ton məhsulun 32.5 tonu alıcı şirkətə təhvil verilmişdir.

Rayonda mövcud olan 3937 ha meyvə və giləmeyvə barlarının 963 hektarı barverəndir. Hesabat  ilində  30 sahədə yeni meyvə bağı salınmış, hər hektardan 101.6 sentner olmaqla 9782 ton meyvə, 1096.3 ha üzüm bağlarından isə 2628 ton üzüm istehsal olunmuşdur.

Hesabat ilində kənd təsərrüfatı texnikalarının istismarına nəzarətlə bağlı müvafiq tədbirlər görülmüş və 657 kənd təsərrüfatı texnikası texniki baxışdan keçirilmiş, 9855 manat vəsait dövlət büdcəsinə köçürülmüşdür. Müəyyən edilmiş vaxtda texnikasını texniki baxışdan keçirməyən 11 nəfərə  inzibati  protokol tərtib edilmişdir.

35 hüquqi və fiziki şəxslərə məxsus 350 hektar torpaq sahəsindən 650 torpaq analizi götürülərək aqrokimyəvi analiz üçün laboratoriyaya göndərilmişdir. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində 5158 baş iri buynuzlu heyvanda süni mayalanma aparılmış və 2488 baş cins buzov alınmışdır. Alınmış cins buzova görə fermerə subsidiya ödənilməsi üçün müvafiq sənədlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil edilmişdir.

Rayonun epizootik vəziyyətinin sağlam qalması üçün 50708 baş iri buynuzlu, 133269 baş xırda buynuzlu heyvanda dabaq, 39848 baş iri buynuzlu, 64966 baş xırda buynuzlu, 15777 baş təkdırnaqlı heyvanda isə qarayara xəstəliyinə qarşı peyvəndləmə tədbirləri aparılmışdır. 2022-ci il ərzində rayonda 5445 ton diri çəkidə ət, 36558 ton süd, 10676 min ədəd yumurta, 391 ton yun istehsal olunmuşdur.

2022-ci ildə 17274 arı ailəsindən 112,2 ton məhsul istehsal olunmuşdur ki, bu da əvvəlki illə müqaisədə 2,2 ton çoxdur.

Hesabat ilində rayona 90 qutu barama qurdu gətirilərək 54 kümçüyə paylanmış,  700.45 kq barama təhvil verilmişdir.

2022-ci il üçün İsmayıllı Rayonunun yenidən baxılmış yerli gəlir və xərcləri 7519000 manat təsdiq edilmişdir ki, bu da 2021-ci il ilə müqayisədə 1588000 manat çoxdur. Son beş ildə (2017-ci ildən etibarən) olduğu kimi 2022-ci ildə də İsmayıllı rayonunun yerli xərcləri yerli gəlirlərin hesabına (dotasiyasız) formalaşdırılmışdır.

2022-ci ilin 4-cü rübü ərzində (artan yekunla) yerli gəlirlər rayon üzrə ümimilikdə 7519000 manat proqnoza qarşı 8677663 manat 115,4% və ya 1158663 manat artıq icra olunmuşdur.

Məlumat üçün bildiririk ki, daxilolmaların gəlir növləri üzrə icrası aşağdakı kimi olmuşdur:

Belə ki, fiziki şəxslərin gəlir vergisi üzrə 1568037 manat proqnoza qarşı 2741602 manat, 175% və ya 1173565 manat artıq, hüquqi şəxslərin mənfəət (gəlir) vergisi üzrə 881602 manat proqnoza qarşı 322227 manat, 36,5% və ya 559375 manat az, hüquqi şəxslərdən torpaq vergisi 92993 manat proqnoza qarşı 48667 manat, 52,3% və ya 44326 manat az, hüquqi şəxslərdən əmlak vergisi 193940 manat proqnoza qarşı 150849 manat, 77,8% və ya 43091 manat az, əlavə dəyər vergisi üzrə 23548429 manat proqnoza qarşı 3979320 manat, 112% və ya 430891 manat çox, sadələşdirilmiş vergi üzrə 261239 manat proqnoza qarşı 173293 manat, 66,3% və ya 87946 manat az, aksiz vergisi üzrə 600903 manat proqnoza qarşı 688642 manat, 114,6% və ya 87739 manat çox, dövlət torpaqlarının icarəyə verilməsindən daxilolmalar 112236 manat proqnoza qarşı 14086 manat, 115% və ya 1850 manat çox, dövlət rüsumu üzrə 257568 manat proqnoza qarşı 353334 manat, 137,2% və ya 95766 manat artıq, digər gəlirlərdən daxilolmalar 96053 manat proqnoza qarşı 169053 manat, 176% və ya 73000 manat çox icra olunmuşdur.

Qeyd etmək lazımdır ki, 2022-ci il üzrə rayonun ümumi gəlirləri (artan yekunla) 12300000 manat proqnozlaşdırılmışdır ki, bundan 7519000 manatı yеrli gəlirlərə, 4771000 manat mərkəzləşdirilmiş gəlirlərə, 10000 mаnаt vəsait isə «Аvtоmоbil Yоllаrı» Məqsədli Büdcə Fоndunа аid оlаn məbləğ kimi müəyyən еdilmişdir. Rayon üzrə vergilərdən daxilolmalar 12300000 manat plana qarşı 14194348 manat mədaxil olmaqla gəlirlərin illik proqnozu 115,4 faiz yerinə yetirilmiş və ya 1894348 manat artıq vəsait daxil olmuşdur.

2022-ci il ərzində Mərkəzləşdirilmiş gəlirlərin hesabına köçürülməsi nəzərdə tutulmuş vəsait 4771000 manat proqnoza qarşı 5509163 manat, 115,5% və ya 738163 manat artıq icra edilərək Respublika büdcəsinə köçürülmüşdür.

O cümlədən “Avtomobil Yolları” məqsədli büdcə fonduna aid olan məbləğ 10000 manat proqnoza qarşı 7522 manat, yəni 75,2% və ya 2478 manat az vəsait daxil olmuş və Respublika büdcəsinə müvafiq qaydada köçürülməsi təmin edilmişdir.

Bundan əlavə sair cərimə və inzibati qaydada xətalara görə 7540 manat daxilolma vergi tədiyyə növü planına daxil olmadığına görə, həmin vəsait “Dövlət rüsumu haqqında Qanun”a əsasən ərazi vergilər idarəsinin üzləşmə aktına daxil edilməmiş, qanunamüvafiq olaraq birbaşa mərkəzləşmiş gəlirlərə daxil edilmişdir.

Məlumat üçün bildiririk ki, yerli xərclərin ayrı-ayrı bölmələr üzrə icrası aşağıdakı kimi olmuşdur:

Belə ki, qanunvericilik, İcra Hakimiyyəti və Özünüidarəetmə orqanlarının saxlanılması xərcləri üzrə 3800190 manat  proqnoza qarşı 3360298 manat, 88,4% və ya 439892 manat az, elm (arxiv idarəsi) xərcləri üzrə 23835 manat proqnoza qarşı 19956 manat, 83,7% və ya 3879 manat az, Hüquqi yardım (Məhkəmə prosesi ilə bağlı digər xidmətlər maddəsi) üzrə 200 manat proqnoza qarşı 200 manat, 100%; təhsil xərcləri (Məktəbəqədər təhsil və Təhsil sahəsində digər müəssisə və tədbirlər paraqrafları) üzrə 1182618 manat proqnoza qarşı 1069689 manat, 90,4% və ya 112929 manat az, Bədən Tərbiyəsi və Gənclər siyasəti xərcləri 45117 manat, 93,7% və ya 3037 manat az, Mənzil Kommunal Təsərrüfatı xərcləri 513542 manat proqnoza qarşı 481729 manat, 93,8% və ya 31813 manat az, ətraf mühitin mühafizəsi xərcləri üzrə 1027141 manat proqnoza qarşı 1000706 manat, 97,4% və ya 26435 manat az, qurğuların (tikintilərin) əsaslı təmiri xərcləri üzrə 700000 manat proqnoza qarşı 697534 manat, 99,6% və ya 2466 manat az, əsas bölmələrə aid edilməyən sair xərclər üzrə (bu xərclərə kirayə haqqı, vəkillərə verilən vəsait və əhali sayına görə ayrılan sosial-iqtisadi və digər təyinatlı xərclər daxildir) 223320 manat proqnoza qarşı 211415 manat, 94,7% və ya 11905 manat az icra olunmuşdur.

Dövr ərzində bütün proqnoz rəqəmləri təhlil edilmiş, xərc maddələrinin icrasına nəzarət artırılmışdır

“9 №-li Yol İstismarı” MMC tərəfindən 2022-ci ildə rayonda infrastrukturun inkişafı diqqət mərkəzində olmuşdur. İl ərzində Muğanlı-İsmayıllı, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yollarında və yerli əhəmiyyətli yollarda cari təmir işləri aparılmışdır. Belə ki, Muğanlı-İsmayıllı, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yollarının hərəkət hissələrində, eləcə də çiyinlərində çala təmiri işləri aparılmış, yolun çiyinləri hamarlanmışdır. Muğanlı-İsmayıllı avtomobil yolunun 0-40 km hissəsində, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 0-46 km hissəsində nahamarlıqlar aradan qaldırılmışdır. Asfalt-beton örtükdə əmələ gəlmiş dağılmalar, nahamarlıqlar kəsilərək çıxarılmış, həmin ərazilərə yeni asfalt-beton örtük qoyularaq nəqliyyatın təhlükəsiz hərəkəti təmin olunmuşdur.

Muğanlı-İsmayıllı avtomobil yolunun 0-10-cu km hissələrində yolun çiyinlərinə toplanmış torpaq kütlələri yoldan kənarlaşdırılmış, yolun daralmış hissələri tamamilə genişləndirilmişdir. Yolların çiyin hissələrinə çınqıl materialı tökülərək yayılmış və avtoqreyderlə hamarlanmışdır. Xidməti əraziyə aid avtomobil yollarında istismar müddəti ötmüş yol nişanlarının bir qismi təmir olunmuş, bir hissəsi yeniləri ilə əvəz olunmuşdur. Muğanlı-İsmayıllı avtomobil yolunun 0-40 hissəsində hərəkətin təhlükəsizliyini təmin etmək üçün üfiqi xətlənmə işləri aparılmışdır. Respublika əhəmiyyətli avtomobil yollarının  kənarları mütəmadi olaraq tullantılardan təmizlənmişdir. 

Yerli əhəmiyyətli avtomobil yollarından İvanovka-Hacıhətəmli-Mollaisaqlı, Ruşan-Vəng, Tircan-Maçaxı, Sumağallı-Qalacıq, Cülyan-Buynuz, Qalınçaq-Topçu avtomobil yollarında cari təmir işləri aparılmışdır. Ruşan-Vəng avtomobil yolunun 0-8 km hissəsində, İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunda asfalt-beton örtükdə əmələ gəlmiş dağılmalar, nahamarlıqlar kəsilərək çıxarılmış, həmin ərazilərə yeni asfalt-beton örtük qoyulmuşdur. Ruşan-Vəng avtomobil yolunun 8-15 km hissəsi avtoqreyderlə hamarlanmışdır. Cülyan avtomobil yolunda çınqıl örtük  təmir olunmuşdur.  

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun tikintisi ilə əlaqədar həmin yolda körpülərin dayaqları və sunizamlayıcı bəndlərinin tikintisi davam etdirilmiş, körpülərin aşırım tirlərinin quraşdırılması işləri aparılmış, yolun Ağsuçay hissəsində inşa ediləcək nəhəng körpünün dayaqlarının və tunelin giriş hissəsinin tikintisi davam etdirilmişdir.

İsmayıllı Sukanal sahəsi 7911 aktiv əhali, 271 büdcə və kommersiya abonentinə xidmət göstərir. İsmayıllı şəhərinin içməli su təchizatı və kanalizasiya sisteminin başa çatdırılması nəticəsində şəhərdə əhali fasiləsiz olaraq içməli su ilə təmin olunur.

Sukanal sahəsinə daxil olan ərizələrə əsasən 228 abonentin mənzilinə yeni su sayğacı quraşdırılmış və 99 ədəd sayğacda problem olduğu üçün dəyişdirilmişdir. Texniki şərt əsasında 192 abonentin torpaq sahəsinə, tender layihə əsasında isə 275 abonentin torpaq sahəsinə su və kanalizasiya xətti çəkilmişdir.

2022-ci il ərzində də yaşayış evlərinə yeni kanalizasiya xəttinə qoşulmalar davam etmişdir. Ümumilikdə 4551 abonent tullantı sularının axıdılması üçün yeni kanalizasiya sisteminə qoşulmuşdur.

İsmayıllı rayonunun Xanagah kəndində magistral su xəttində d-700 və d-355 mm-lik borularda baş verən qəzalar aradan qaldırılmış, həmçinin məhəllədaxili su xətlərində baş verən 238, kanalizasiya xətlərində isə 223 qəza aradan qaldırılmışdır.

İsmayıllı Sukanal sahəsi üzrə 2022-ci il ərzində əhali və qeyri-əhali abonentlərinə su satışı və kanalizasiya xidmətlərinin dəyəri 921206 manat, ödəniş isə 922379 manat olmuş, illik plan 100% yerinə yetirilmişdir.

2022-ci ildə İsmayıllı Suvarma Sistemləri İdarəsi tərəfindən 1100 m3 magistral beton kanal əl ilə lildən təmizlənmiş, 23 ədəd hidrotexniki qurğu, 11 ədəd hidrotexniki post cari təmir olunmuş, 581000 m3 çay məcraları daşqın və selə qarşı təmizlənmişdir ki, bunun da 172000 m3 ekskovatorla, 412000 m3 isə buldozerlə aparılmışdır.

İl ərzində 314000 m3 eskalatorla, 89000 m3 isə buldozerlə - cəmi 403000 m3 kanal lildən təmizlənmiş, 560 m3 daş-beton bənd quraşdırılmışdır. 35 ədəd subartezian quyusu, Aşağı Zərnava kəndində 19/30 reper nömrəli subarteziyan quyusu, 2 km beton kanal, 1 km istismar yolları cari təmir olunmuş, Göyçay çay - İsmayıllı magistral beton kanalda baş su qəbuledici əsaslı təmir edilmişdir, Torpaq məcralı Qəzli arxının 452 m hissəsi beton üzlüyə alınmışdır.

Elektrik şəbəkəsi tərəfindən 2022-ci il ərzində Bizlan kəndi ərazisində Basqal qəsəbəsinin və ətraf kəndlərin elektrik təchizatını yaxşılaşdırılması məqsədi ilə müasir tipli 35/10 kV-luq yarımstansiyanın tikintisinə başlanılmış və 2 ədəd 6.3 mVA gücündə transformator quraşdırılaraq istismara verilmişdir. Basqal qəsəbəsi ərazisində yenidənqurma işləri çərçivəsində 2.5 km SİP kabel xətti çəkilmişdir.

Rayonun əsas qida mənbəyi olan 110 kV-luq "İsmayıllı" hava xəttinin 9.8 km, 35 kV-luq h/x-də 7.6  km  meşə ərazisindən keçən  hissəsi yaşıl kütlədən təmizlənmişdir.

10 kV-luq EVX-lərdə 24.5 km məsafədə təmir-bərpa və yenidənqurma işləri aparılmışdır. Aparılan təmir işləri zamanı 10 kV-luq 110 ədəd yeni, 50 ədəd söküntüdən əldə olunmuş istismara yararlı dayaq quraşdırılmış, yol kənarında yerləşən 142 ədəd 10 kV-luq, 185 ədəd 0.4 kV-luq dayaq rənglənmiş və 165 km məsafədə xəttin mühafizə zonası yaşıl kütlədən təmizlənmişdir. 1.5 km yeni 10 kV-luq elektrik veriliş xətti çəkilmişdir.

0.4 kV-luq EVX-lərdə 430 ədəd ÖİN dayaq basdırılmış, şəhərin 30 A məhəlləsində    3.2 km, Quşencə  kəndində 1.0 km, Qalacıq kəndində 1.2 km, Diyallı kəndində 1.8 km kabel xətti çəkilmişdir. 6.5 km məsafədə təmir-bərpa işləri aparılmış, 48.5 km məsafədə xəttin mühafizə zonası yaşıl kütlədən təmizlənmişdir.

Həyətlərdən keçən 0.4 kV-luq EVX-nin çölə çıxarılması məqsədi ilə 34 ədəd dayaq basdırılmış, 2.5 km SİP kabel xətti çəkilmiş, 110 ədəd sayğac çölə çıxarılmışdır.

İstehlakçıların enerji təchizatını yaxşıladırmaq məqsədi ilə şəhərin 30 A məhəlləsində  1 ədəd 400 kVA, 1 ədəd 250 kVA gücündə yeni transformatorlar quraşdırılmışdır.

Rayon ərazisində 32 ədəd  transformator əsaslı təmir edilmiş, 8 ədəd transformatorun ətrafı çəpərlənmiş, ayırıcılar quraşdırılmış və rənglənmişdir. 115 ədəd transformator məntəqəsində cari təmir və təmizlik işləri aparılmışdır.

“ASAN xidmət”dən daxil olan müraciətlər əsasında 302 abonentə yeni elektrik sayğacı quraşdırılmışdr.

2022-ci ildə şəbəkəyə 85483100 kvts elektrik enerjisi daxil olmuş, istehlakçılara  82034900 kvt/saat faydalı enerji ötürülmüş, 6807100 AZN vəsait yığılmış, illik yığım faizi 94.00 % olmuşdur.

Ağsu Regional Qaz İstismarı İdarəsi İsmayıllı Xidmət Sahəsi üzrə il ərzində 41213795 m3 qaz qəbul edilmişdir. Abonentlərə 38501399 m3 qaz satılmışdır. Satılan qazın məbləği 6557865,22 manat təşkil etmişdir. Abonentlər tərəfindən 6417116,09 manat ödəniş olmuşdur. İlin əvvəlindən xidmət sahəsi tərəfindən 20217 abonentə xidmət edildiyi halda 12 ay ərzində abonentlərin sayı 364 nəfər artaraq 20581-ə çatmışdır.

2022-ci il payız-qış mövsümünə hazırlıqla bağlı qaz xəttlərinin üzərində 14 ədəd ŞQTM tipli qaz tənzimləyici şkaf, 6 ədəd RDUK və 1 ədəd RDQ tipli qaz tənzimləyici, 20 dəst isə müxtəlif diametrli siyirtmə quraşdırılmışdır. “Təmiz qaz” QSC tərəfindən aşkar edilmiş 5450 ədəd sızmadan 5211 ədədi ləğv edilmişdir. Bu isə 95,61 % təşkil edir. Daxili imkanlar hesabına təxminən 1200 metr qaz xətti təmir edilmiş, 481 fərdi ev qazlaşdırılmışdır. Rayon ərazisində istismar müddətini bitirmiş 2645 sayğac yenisi ilə əvəz edilmişdir. 1500 p/m uzunluğunda qaz xəttlərinin üzəri kol-kosdan təmizlənmişdir.

Ağbulaq, Qoşakənd, Enişdibi, Maçaxı və Güyüm kəndlərində “Azəriqaz” İB tərəfindən qazlaşdırma işlərinə başlanılmışdır.

“Aztelekom” MMC-nin İsmayıllı filialı tərəfindən 2022-ci il ərzində 2141 ədəd GPON, 490 ədəd yeni çəkiliş (fiziki xətt üzərindən), 1824 ədəd ADSL internet çəkilişi olmuşdur. İsmayıllı rayonu Lahıc qəsəbəsi, İvanovka, Aşıqbayram kəndlərində OLT avadanlığı quraşdırılmış və GPON qoşulmaları həyata keçirilir. Balik, Göytəpə, Enişdibi kəndləri GPON-a qoşulmuş və  abunəçilər  sürətli internet və telefonla təmin olunmuşlar. Talış, Qarakolluq, Hapıtlı kəndlərində GPON layihəsi başa çatdırılmışdır.

Belə ki, il ərzində podratçı təşkilatlar və İsmayıllı şöbəsi tərəfindən 98722 metr FO-4 kabeli, 82064 metr FO-8 kabeli, 159324 metr FO-12 kabeli, 11670 metr FO-24 kabeli, 14874 metr FO-48 kabeli çəkilmişdir. Ümumi basdırılan dirəklərin sayı 6504 ədəd olmuşdur.

Kənd EATS-də profilaktik işlər aparılmış, 23 ədəd abunəçi qutusu dəyişdirilib, 107 ədəd abunəçi qutusu təmir olunmuşdur. Ümumilikdə şəhər və kənd ərzisində 1630 metr TPP-10x2 kabeli, 1401 metr TPP-20x2 kabeli, 1187 metr TPP-30x2 kabeli, 1319 metr TPP-50x2 kabeli, 1319 metr TPP-100x2 kabeli dəyişdirilmiş, 72 ədəd çürük dirək calaq olunaraq bərkidilmiş,   20 ədəd dəmir dirək basdırılmışdır. Şəhər ərazisində 800 ədəd, kənd şəbəkəsində 600 ədəd abunəçi xətti təmir olunmuşdur.

Mərkəzi və kənd EATS-də təlimata uyğun olaraq bütün proflaktiki işlər görülmüşdür. Mərkəzi EATS-də ilin birinci rübündə 14 ədəd SPS-248 blokunun nasaz işləməsi aşkar edilmiş və işlək bloklarla əvəz edilmiş, 13 ədəd 0/16 R kartı nasaz işləməsi səbəbindən yenisi ilə əvəz olunmuş, nasaz blok və kartlar təmirə göndərilmişdir. Qurbanəfəndi və Kəlbənd EATS-də dizel generatorlarına MUTLU 195 A\12 v-luq akkumlyator qoyulmuşdur. Bütün kənd və şəhər dizel generatorları yanacaqla vaxtlı-vaxtında təmin olunmuşdur. Təzəkənd EATS-nin və Topçu EATS-nin dizel generatorları təmir olunmuşdur. Hazırda hər iki generator  işlək vəziyyətdədir. Fevral ayında İsmayıllı TKQ-da yeni dizel generator montaj edilmişdir. Avadanlıq avtomat rejimində işləyir.  Mart ayında qovşağın mərkəzi EATS-nə yeni HUAWEİ CPON tipli 9216 nömrəli EATS montaj edilmişdir. Bundan əlavə Lahıc EATS-nə 2048 nömrəli, İvanovka EATS-nə 2048 nömrəli, Ruşan, Hacıhətəmli, Qalınçaq, Aşıqbayram Quşencə, Kürtmaşı EATS-nə 1024 tutumlu yeni GPON tipli HUAWEİ stansiya qoyulmuşdur.  Kürdmaşı EATS-nə 380 portluq ZyXEL DSLAM avadanlığı montaj olunmuşdur. Aşıqbayramlı EATS-nin  ZyXEL DSLAM avadanlığındakı qida bloku təmir edilmişdir. Topçu EATS-nin akkumlyatorlarına baxış keçirilmiş və işlək vəziyyətə gətirilmişdir. SPS-200 bloklarının nasazlıqları aradan qaldırılmışdır. Tircan EATS-nin transmissiya avadanlığı FOM-16 yeni ASR CİSKO ilə əvəz edilmişdir. Xanagah kəndindəki KAREL DS-200 stansiyası HUAWEİ MSAN tipli 128 nömrəli EATS-lə əvəz edilmişdir. İsmayilli şöbəsində kənd və şəhər EATS-də yanvar ayından indiyə qədər 1229 ədəd internet portu artırılmışdır. Göytəpə EATS-da  abonentlər GPON nömrələrə miqrasiya olunmuşdur. Lahıc, Diyalli, Aşıqbayramlı, Gəraybəyli, Təzəkənd, Sumağallı, Ruşan, Kürtmaşı, Qalacıq, Qubaxəlilli EATS-lərin dizel generatorlarına yeni 12V75A “İnci” markalı akumulyatorlar quraşdırılmışdır. Qurbanəfəndi EATS-a 1 ədəd  64 portluq HUAVEİ DSLAM avadanlığı, Kürtmaşı EATS-a 24 portluq, Təzəkənd EATS-a      64 portluq, Diyalli EATS-a 24 portluq, Qusencə EATS-a 32 portluq,  Aşağıbaş Şkaf 14-ə 24 portluq, EATS 2-yə 32 portluq, Aşağıbaş şkaf 13-ə 24 portluq DSLAM avadanlığı, Ağbulaq EATS-nə 48 portluq ZYXEL internet DSLAM avadanlığı quraşdırılmışdır. İvanovka, Qubaxəlilli, Sumağallı EATS-də yeni VERTİV qida dayaqları və yeni qrup akumulyatorları istifadəyə verilmişdir. Hacıhətəmli, Ağbulaq EATS-nə yeni qrup akumulyatorlar quraşdırılmışdır. 2023-cü ildə GPON çəkilişi və qoşulmalar davam etdiriləcəkdir.

2022-ci il ərzində İsmayıllı Poçt Filialı bir Müştəri Xidmətləri, bir şəhər və 25 kənd şöbəsi vasitəsi ilə əhali və təşkilatlara illik tarif gəliri 303,4 min manat olmaqla xidmət göstərmişdir. 

O cümlədən 66,2 min manat poçt xidməti və 105,1 min manat maliyyə xidməti göstərilmişdir. 2022-ci il ərzində əhaliyə göstərilən xidmətin həcmi 214,9 min manat təşkil etmişdir.

İl ərzində 1163 ədəd teleqram, 31871 ədəd sadə və sifarişli məktub, 997 ədəd bağlama qəbul edilmiş, əhaliyə 65743 ədəd məktub, 1805 ədəd teleqram, 3959 ədəd bağlama çatdırılmışdır.

Filial kommersiya xidmətlərini genişləndirərək Azərlotoreya uduş lotoreyalarının, iş dəftərləri və sair kommersiya mallarının satışını təşkil etmişdir. 

2022-ci  ildə İsmayıllı Kommunal Müəssisələri Kombinatı tərəfindən gündəlik 363841 m2 ərazi süpürülmüş, 25 ha yaşıllıq sahəsinə qulluq edilmiş,3699 ədəd işıq nöqtələrinin yanması daim  diqqətdə  saxlanılmışdır. 19525.2 m3 bərk tullantı isə daşınaraq poliqonda zərərsizlədrilmişdir.

Bundan başqa fəvvarələr (7 ədəd) təmizlənmiş, su ilə doldurulmuş və əhalinin istirahət etməsinə xidmət göstərmişdir. 2022-ci ildə göstərilən kommunal xidmətin həcmi 788174 manat  olmuşdur.

İsmayıllı şəhərindən əlavə Lahıc, Basqal, Basqal Otel, Qalacıq və İvanovka kəndlərindən,  İsmayıllı Şərab-2 zavodundan məişət tullantıları yığılıb daşınmışdır. Hazırda şəhərdə 250 ədəd irili-xırdalı zibil yeşikləri vardır.

Xidmət olunmayan sahələrdə təmizlik, abadlıq və yaşıllaşdırma işlərinin aparılması üçün “Dost İş Mərkəzi” MMC-nin xətti ilə işə qəbul edilmiş 296 nəfər işçi İsmayıllı şəhərində, Lahıc və Basqal qəsəbələrində, magistral yola yaxın olan kəndlərdə çalışırlar.

Şəhər ərazisindəki ağaclar aqrotexniki qaydada budanmış və dibləri bellənmiş, H.Əliyev  prospekti, Şəhidlər Xiyabanı, Ə.Ələkbərzadə küçəsi, Zəfər parkında 550 ədəd şam ağacı və 2000 ədəd müxtəlif çeşiddə qızılgül kolları əkilmişdir.

Şəhərin mərkəzində, H.Əliyev adına mədəniyyət və istirahət parkında sıradan çıxmış qazon  örtüyü ləğv edilərək yenidən bərpa edilmiş, yaşıllıq zolaqlarının suvarılması üçün 1300 metrə yaxın  müxtəlif ölçülü plastik borular və şlanklar alınmışdır. Havaların isti keçməsi ilə əlaqədar yaşıllıqların yanmaması üçün əlavə su maşınları cəlb edilmiş və qrafik əsasında növbətçilik yaradılmışdır. İri gövdəli ağacların budanmasından əldə edilmiş oduncaqlar kombinatda çalışan imkansız işçilərə  təmənnasız verilmişdir.

İşçilərə olan əmək haqqı borcları tam ödənilmiş, büdcəyə olan borclar vaxtlı-vaxtında ödənilir. Lakin buna baxmayaraq kommunal xidmətin təlabata uyğun və daha yüksək səviyyədə təşkil  olunması üçün müəssisənin yeni müasir tipli texnikalara və zibil qutularına böyük ehtiyacı vardır.

İsmayıllı Mənzil İstismar Sahəsinin xidmətində 43 çoxmərtəbəli, 83 isə birmərtəbəli kommunal yaşayış evi vardır ki, həmin yaşayış evlərində 977 mənzil mövcuddur. Həmin mənzillərdə 4315 nəfər əhali yaşayır. Bundan başqa 753 mənzil özəl, 224 mənzil isə qeyri özəldir.

2022-ci il ərzində istehlakçıların hüquqlarının müdafiə olunması ilə əlaqədar H.Əliyev prospekti 113 saylı ümumyaşayış binalarının dam örtüklərində cari  təmir işləri həyata keçirilmiş, Vahab Osmanov küçəsi 3 saylı ünvanda yerləşən ümumyaşayış  binasının damında pəncərələri təmir edilmiş, Natəvan küçəsi 6 saylı ünvanda yerləşən  ümumyaşayış binasında suötürücü navalçaların təmiri həyata keçirilmiş, H.Əliyev prospekti 111, 113 saylı ünvanda yerləşən ümumyaşayış binalarında isə pilləkən meydançaları təmir  edilmişdir.

İl ərzində vaxtaşırı olaraq ümumyaşayış binalarının tüstü bacalarının təmizlənməsi işləri  aparılmış, binaların ətrafında abadlıq, səliqə-sahman tədbirləri həyata keçirilmişdir.

Kommunal yaşayış evlərində yerləşən mənzillərə Dövlət Yanğın Təhlükəsizlik Xidməti  əməkdaşları ilə birlikdə reydlər keçirilərək sakinlərlə təhlükəsizlik qaydalarına əməl olunması  sahəsində izahat işləri aparılmışdır. Eyni zamanda kommunal yaşayış evlərində yaşayan sakinlərdən daxil olan şifahi şikayət və digər məzmunda müraciətlərlə əlaqədar lazımi tədbirlər görülmüşdür.

2022-ci il ərzində 1381 nəfər vətəndaş özünüməşğulluq proqramına müraciət etmişdir. Özünüməşğulluq proqramı üzrə 264 nəfər cəlb olunub. Həmçinin 1390 nəfər işaxtaran kimi qeydiyyata alınıb. Qeyd edilmiş dövrdə qeydiyyatda olan 1305 nəfər vətəndaşa iş yerlərinə göndəriş verilmiş və 1166 nəfəri işə qəbul olunmuşdur. İşlə təmin olunanlardan 227 nəfəri Basqal İstirahət Kompleksi ilə əmək müqaviləsi bağlanmışdır. İşlə təmin edilənlərin 716  nəfərini işsiz vətəndaşlar təşkil edir. İctimai işlərə cəlb olunan işsiz  vətəndaş sayı 41 nəfərdir. Ümumilikdə 36 nəfər vətəndaşa işsizlikdən sığorta təyin edilmişdir. Hesabat dövründə 72 işsiz vətəndaş peşə hazırlığına cəlb olunmuş və 51 nəfəri işlə təmin olunmuşdur, 24 işsiz vətəndaşa isə “Sosial iş yerlərində əmək haqqının birgə maliyyələşməsi proqramı” üzrə göndəriş verilmiş və işlə təmin olunmuşdur.

2022-ci il ərzində 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən İsmayıllı rayonu ərazisində “Ətraf mühitin mühafizəsi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında” və mövcud ekoloji qanunların tələblərinə əməl edilməsi və bu sahədə nəzarətin təmin edilməsi sahəsində 79 akt, 32 protokol tərtib edilmiş, 30 iş üzrə 84150,00 manat məbləğində cərimə qərarı tətbiq olunaraq, 36 iş üzrə 212609,73 manat məbləğində iddia qaldırılmış, eləcə də baş vermiş ekoloji pozuntuların aradan qaldırılması  məqsədilə 6 məcburi göstəriş verilmişdir.

İl ərzində yaşıllıqların mühafizəsi məqsədilə keçirilmiş reydlər zamanı 12 iş üzrə  123030,00 manat məbləğində iddia ilə bağlı tərtib edilmiş və toplanmış sənədlər  məsələlərə hüquqi qiymət verilməsi məqsədilə hüquq mühafiqə orqanlarına göndərilmişdir.

Rayon ərazisində bərk məişət tullantılarının düzgün idarə olunmasını təmin etmək məqsədilə 4 ədəd məcburi göstəriş verilmiş, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin  03.03.1992-ci il  tarixli 122 saylı qərarının tələblərinə uyğun olaraq rayon üzrə 68 fiziki, vəzifəli və hüquqi şəxslərə 14605 manat məbləğində ödəmə tapşırığı verilmiş, həmin məbləğin Ətraf Mühitin Mühafizəsi Fonduna ödənilməsi təmin edilmişdir.

2022-ci ildə Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən 44.04 ha sahədə meşə əkini və səpini işləri həyata keçirilmişdir ki, bundan 12.54 ha sahədə meşə əkini, 31.5 ha sahədə meşə səpini işləri olmuşdur. Mərkəzin əməkdaşları tərəfindən 2022-ci il ərzində meşəbərpa tədbirlərinin aparılması istiqamətində bir sıra təbbirlər görülmüşdür.

Mərkəzin tinglik sahələrində Göyrüc, Ağcaqayın, Akasia, Palıd cinslərindən ibarət 0,92 ha sahədə tinglik sahəsi, 0.24 ha sahədə kökləndirmə şöbəsi yaradılmış, 2,0 ha sahədə tinglik sahələrinə əl ilə xidmət olunmuş, 3,0 ha sahədə isə tinglik sahəsində suvarılma işləri aparılmışdır. Yeni əkilmiş 25,04 ha sahədə meşə əkinlərinə əl ilə xidmət olunmuş və meşə əkinlərinə suvarılma işləri aparılmışdır.

Mərkəz tərəfindən şəhid və qazi ailələrinə ümumilikdə 300 m3, təhsil müəssisələrinə ümumilikdə 460 m3, icra nümayəndəliklərinə isə ümumilikdə 181,3 m3 odun verilməsi təmin edilmişdir.

İsmayıllıda Dövlət təhsil siyasəti uğurla həyata keçirilir. 2022-ci ildə rayonda təhsil sahəsində inkişaf davam etdirilmiş, əsaslı şəkildə kəmiyyət və keyfiyyət dəyişiklikləri əldə edilmişdir.

Rayonda  74 ümumitəhsil məktəbi o cümlədən 46 tam orta, 21 ümumi orta  və 8 ibtidai məktəb, 10 məktəbəqədər təhsil müəsissəsi, 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Hesabat ilində 11990 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1320-dən artıq müəllim məşğul olmuşdur. Rayonda 2 məktəbdənkənar  təhsil müəssisəsi – Uşaq  Gənclər İnkişaf Mərkəzi və Uşaq Gənclər İdman - Şahmat Məktəbi fəaliyyətdədir.

Rayonda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi diqqət yetirilir. 2022- ci ildə Sumağallı kənd tam orta məktəbi üçün 264 şagird yerlik məktəb binası inşa edilmişdir. Şəhərdə 1296 yerlik yeni məktəb binasının təməli qoyulmuşdur. Şəhərin H.Əliyev prospektində 4  nömrəli tam orta məktəbi üçün 280 yerlik yeni binanın özül işləri aparılmışdır.  Yuxarı Zərnava kənd tam orta məktəbi üçün modul tipli 80 yerlik məktəb binası və Çəmənli kəndində  80 şagird yerlik  modul tipli ibtidai məktəbin tikintisinə başlanmışdır.

2022-ci ildə buraxılış imtahanlarının nəticələrinə görə 1016 nəfər IX sinif  şagirdi ümumi orta təhsil haqqında attestat alıb, onlardan 21 nəfəri fərqlənmə attestatına layiq görülüb. XI sinfi bitirmiş 756 nəfər məzun tam orta təhsil haqqında attestat alıb, onlardan 23-ü məktəbi fərqlənmə attestatı ilə bitirib.

2022-ci ilində Təhsil Nazirliyinin Təhsil İnstitutu tərəfindən Respublika Fənn Olimpiadalarının final mərhələsində finala çıxmış 22 nəfər şagirddən 11 nəfəri qalib gəlmişdir. 2 nəfər şagird Rus dili fənni üzrə Respublika olimpiadasının qalibi olmuşdur.

2022-ci ildə təhsildə qazandıqları yüksək nəticələrə görə rayonun ümumtəhsil məktəblərini 1 nəfər qızıl, 4 nəfər gümüş, 5 nəfər isə bürünc medalla başa vurmuşdur. 2022-ci ildə tam orta təhsili başa vuran 698 nəfər məzundan 668 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş, 318 nəfər respublikanın müxtəlif ali məktəblərinə qəbul olmuşdur. Bunlardan 66 nəfəri 500-dən, 22 nəfəri isə 600-dən yuxarı bal toplamışdır.

Tələbə  qəbulu  imtahanlarında  qazandıqları  ən yüksək nəticələrə görə  2022- ci ildə   2 məzun Prezident Təqaüdünə layiq görülmüşdür.

Rayonda istedadlı şagirdlərin inkişafı istiqamətində sistemli iş aparılır. Müxtəlif sahələr üzrə istedadlı şagirdlər haqqında Rayon Təhsil Sektorunda  “İstedad bankı” yaradılmışdır. Ümumtəhsil məktəblərində fəaliyyət göstərən “Kiçik akademiya” lar istedadlı şagirdlərin aşkara çıxarılması və onların inkişaf etdirilməsində mühüm əhəmiyyətə malikdir. 

Tədris ili ərzində rayonun istedadlı şagirdləri yarışlarda və müsabiqələrdə uğurlu nəticələr əldə etmişlər. “Ən yaxşı təqdimat” onlayn Respublika  müsabiqəsində rayonun         1 nəfər şagirdi II yerə layiq görülüb. Məktəbliyə Təhsil Nazirliyinin diplomu və qiymətli hədiyyəsi təqdim olunmuşdur. “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində STEAM layihəsi çəçivəsində məktəblərdə maddi-texniki bazalar möhkəmləndirilir və layihələrin işi uğurla davam etdirilmişdir.

“Sabahın alimləri Respublika müsabiqəsində rayonun ümumtəhsil məktəblərində         4 layihə xüsusi mükafata layiq görülmüşdür.

“Zəfər yolu” respublika inşa müsabiqəsində şəhid Sübhi Mürsəliyevin qızı- 5 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Aişə Mürsəliyeva I dərəcəli diploma layiq görülmüşdür.

Rayonumuzun ümumitəhsil məktəblərinin şagirdləri Respublika incəsənət festivalında, “Ruhumun qidası Şuşa” adlı Respublika festivalında, Milli Olimpiya komitəsi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə keçirilən “İstedad uşaqların müəyyən edilməsi” layihəsində, “ALP logo” və Google sketchUp” Respublika müsabiqələrində ənənəvi olaraq qalib sırasında yer almışlar.

Respublika Elm və Təhsil Nazirliyinin müəllimlərin seçib yerləşdirilməsi ilə bağlı son illərdə gördüyü işlər sayəsində məktəblər daha  bilikli və bacarıqlı gənc kadrlarla təmin olunmaqdadır.

Rayon Təhsil Sektoru yeni təyin olunmuş gənc müəllimlərə qayğı ilə yanaşmış, ilk növbədə onların sosial problemlərinin həllini diqqətdə saxlamışdır. Rayon Təhsil Sektorunda fəaliyyət göstərən “Gənc müəllimlər şurası”nın  keçirdiyi tədbirlər gənc müəllimlərin pedoqoji, metodik biliklərinin, təcrübələrinin artırılmasına xidmət etmişdir.

Müəllimlərin yaradıcı fəaliyyətinin stimullaşdırılmasına, sağlam rəqabətin yaradılmasına və qabaqcıl pedaqoji təcrübənin üzə çıxarılmasına xidmət edən “Təhsildə inkişaf və innovasiyalar üzrə Qrant müsabiqəsi”ndə müəllimlərimiz uğurlu nəticələrə nail olmuşlar. Əməyi ilə seçilən qabaqcıl müəllimlərin rəğbətləndirilməsi daim diqqətdə saxlanılır.

Rayonda “ Əməkdar müəllim”lərin sayı 16-ə, “Tərəqqi” medalı ilə  təltif olunanların sayı isə 11 nəfərə çatmışdır.

Bütün bunlarla yanaşı, rayonda təhsil sahəsində həlli vacib problemlər də mövcuddur. Məktəblər müasir  komputerlərlə təchiz edilsə də, bir çox məktəblərdə hələ də yeni komputerlərə ehtiyac duyulur. İstilik sistemləri dizel yanacağı ilə işləyən məktəblərin qazalaşdırılması əsas problemlərdəndir. Bir necə ibtidai və ümumi orta məktəbin özünəməxsus binası yoxdur.  Bir sıra dağ kəndlərində ibtidai məktəb açılmasına zəruri ehtiyac vardır.

Rayonda gənclərin peşə təhsilinə xüsusi diqqət yetirilir. 2010-cu ildən istifadəyə verilmiş 480 yerlik Peşə Tədris Mərkəzi müasir tələblərə cavab verən, rəqabətə davamlı, peşə təhsili sahəsində islahatların uğurla həyata keçirildiyi bir müəssisəyə çevrilmişdir.

Mərkəzdə cari dərs ilində 14 ixtisas üzrə 18 qrup fəaliyyət göstərir.Tədris prosesi yeni metodlarla, innovativ vasitələrlə həyata keçirilir.Keçən tədris ilində İsmayıllı Peşə Tədris Mərkəzini 181 nəfər məzun bitirmişdir. Onlardan 34 nəfəri müxtəlif ixtisaslar üzrə işlə təmin olunmuşdur. 4 məzun isə ali və orta-ixtisas müəsissələrində təhsilini davam etdirir.

İsmayıllı Peşə Tədris Mərkəzinin statusuna və kadr hazırlanacaq peşələrə uyğun maddi-texniki tədris bazası yaradılmış, tədris prosesinin səmərəli təşkilinin və kadr hazırlığının keyfiyyətcə yaxşılaşdırılması üçün lazım olan bütün tədbirlər həyata keçirilmişdir. İxtisaslı kadrların hazırlanmasında, xüsusilə turizm və kənd təsərrüfatı sektorunda əmək bazarının daha yaxından və dəqiq öyrənilməsində işçi qrupuna nəzarəti gücləndirmək və əmək bazarının tələblərinə uyğun kadrların hazırlanmasına diqqəti daha da artırmaq qarşıya əsas vəzifə kimi qoyulmuşdur.

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci rayonun sosial-iqtisadi inkişafında böyük əhəmiyyət daşıyan orta-ixtisas tədris müəssisəsidir. Kollecdə təlim və tərbiyə işi müasir təhsilin tələbləri əsasında ənənəvi və kredit sistemi ilə standartlara uyğun aparılır.

Kollecin yerləşdiyi bina cari təmir olunub, inventar-avadanlıq materialları ilə  təchiz edilib. Kollecdə 116 nəfər işçi çalışır. Onlardan 27 nəfərini inzibati-texniki heyət, 78 nəfər tam ştat üzrə müəllim, 11 nəfər saathesabı müəllim kimi fəaliyyət göstərir.

2021-2022-ci tədris ili üçün kollecə ümumi orta və tam orta təhsil bazasından 299 nəfər tələbə qəbul olunmuşdur. Hazırda burada 15 ixtisas üzrə 973 nəfər tələbə əyani və qiyabi təhsil forması üzrə təhsil alır.

Subbakalavrların ali təhsil müəssisələrinə imtahansız qəbulu qaydalarına əsasən 2021 və 2022-ci illər ərzində kollecin 100-dən  rtıq tələbəsi ölkənin müxtəlif ali təhsil müəssisələrinə qəbul olunmuşdur.

Kollecdə ideya-siyasi tərbiyə işi, gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirilir. 

Bütün bunlarla yanaşı kollecin idarə olunmasında və fəaliyyət sahələrində bir sıra çətinliklər və problemlər də mövcuddur. Tələbə sayının artması ilə əlaqədar yeni korpusun  inşası, tələbə yataqxanasının tikilməsi əsas problemlərdəndir.

Rayonda 10 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bunlardan 3-ü körpələr evi-uşaq bağçası, 7-i isə uşaq bağçasıdır. Məktəbəqədər təhsil müəssisələri öz fəaliyyətini Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları və Nümunəvi Nizamnaməsinə əsasən həyata keçirir.

İl boyu rayonda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinə,qida rasionuna düzgün əməl edilməsinə nəzarət olunmuşdur.

Bununla yanaşı rayonda yeni uşaq bağçalarının tikilməsinə ciddi ehtiyac vardır. Bir sıra iri yaşayış məntəqələrində,kənd və qəsəbələrdə uşaq bağçası yoxdur.

“Mədəniyyət və Turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən İsmayıllı Regional Mədəniyyət İdarəsi və İsmayıllı Turizm İnformasiya Mərkəzi yaradılmış, Regional İdarə 13, Turizm Mərkəzi isə 5 ştat vahidi ilə  2017-ci ildən fəaliyyətə başlamışdır. İsmayıllı Regional Mədəniyyət İdarəsi Şamaxı, Qobustan, İsmayıllı, Qəbələ və  Ağsu rayonlarını əhatə edir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin optimallaşdırmaya dair islahatları çərçivəsində İsmayıllı Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayonlarda, o cümlədən İsmayıllı rayonunda bir sıra klub müəssisəsi və kitabxana filiallarında islahatlar həyata keçirilmişdir.

Cari ildə kənd mədəniyyət müəssisələrinin fəaliyyətinin müzakirəsi aparılmış, rayonun elektron xəritəsi yaradılmış, mədəniyyət müəssisələrinin birgə fəaliyyət planı hazırlanmışdır.

Regional İdarənin İsmayıllı rayonu üzrə mədəniyyət müəssisələri tabeliyində Heydər Əliyev adına Mədəniyyət Mərkəzi və ona tabe olan 5 Mədəniyyət evi, 15 klub-müəssisə, Heydər Əliyev Mərkəzi, İsmayıllı rayon  Mərkəzləşdirilmiş Kitabxana Sistemi və ona tabe olan 39 qəsəbə və kənd  kitabxana filialları, İsmayıllı rayon Fazil Əzimov adına Uşaq İncəsənət məktəbi və İsmayıllı Dövlət Rəsm Qalereyası fəaliyyət göstərir.

İsmayıllı rayon Mədəniyyət müəssisələrində çalışan 325 nəfərdən 69 nəfəri ali,185 nəfəri orta ixtisas, 71 nəfəri isə orta təhsillidir. İşçilərin 68 nəfəri texniki sahədə çalışanlardır.

Rayon Mədəniyyət Mərkəzi və filiallarında 2022-ci il ərzində çoxsaylı mədəni-kütləvi tədbirlər keçirilmiş, konsert proqramları, teatr tamaşaları, məktəblilərin qış tətilinin maraqlı keçməsi üçün “Kukla teatrı”nın tamaşaları nümayiş olunmuşdur. Mədəniyyət Mərkəzinin “Xalq Teatrı” kollektivi tamaşalar, dövlət tədbirləri üçün  kompozisiyalar hazırlamışdır. 2022-ci il  ərzində Mədəniyyət Mərkəzi və tabe müəssisələri tərəfindən 16 rayon əhəmiyyətli olmaqla ümumilikdə 138 tədbir keçirilmişdir.

İsmayıllı rayonunda bir Mərkəzi Kitabxana, 2 şəhər, 2 qəsəbə və 34 kənd kitabxana filialı fəaliyyət göstərir. Bu müəssislərdə 99 nəfər inzibati və 6 nəfər texniki işçilər olmaqla, ümumilikdə 105 nəfər işçi çalışır ki, onlardan 28 nəfəri ali, 51 nəfəri orta-ixtisas, 26 nəfəri isə ümumi orta təhsillidir. 2022-ci ildə MKS üzrə oxucuların sayı 22638 (o cümlədən 90 nəfər elektron) nəfər, kitab verilişi 314780 nüsxə olmuşdur. İsmayıllı rayon MKS-də kitabxana fondu 308840 nüsxə, onlardan audiovizual kitab isə 1187 nüsxə təşkil edir. Hesabat ilində kitabxanaya 2056 nüsxə ədəbiyyat daxil olmuşdur.

2022-ci ili “Şuşa ili” əlaqədar və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin eyni zamanda Azərbaycanın elm və mədəniyyətinin təbliğində yüksək xidmətləri olmuş elm xadimlərinin, bəstəkar, şair və yazıçıların yubileylərinin keçirilməsi ilə bağlı imzaladığı sərəncamlara uyğun olaraq ölkəmizin bütün sahələrində olduğu kimi İsmayıllı Mədəniyyət müəssisələrində bir çox tədbirlər həyata keçirilmişdir.

İsmayıllı Dövət Rəsm Qalereyasının Rəsm fondunda 47 eksponat saxlanılır. Qalereyaya 2022-ci il ərzində 1287 nəfər tamaşaçı gəlmiş, 23 ekskursiya, 21 mühazirə,        23 sərgi keçirilmişdir.

Rayon Tarix Diyarşünaslıq Muzeyinin fondunda 2684 eksponat saxlanılır. Muzeydə 2022-ci il ərzində xeyli sayda mədəni-kütləvi tədbirlər keçirilmişdir. Bir sıra qeyri-hökumət təşkilatlarının və ictimai təşkilatların keçirdiyi tədbirlərin ünvanı da İsmayıllı rayon Tarix Diyarşünaslıq Muzeyi olmuşdur. İsmayıllı rayon Tarix Diyarşünaslıq Muzeyi İsmayıllının tarixini daha dərindən öyənmək, tədqiq etmək və yaşatmaq baxımından xüsusi əhəmiyyət kəsb edir. Burada eramızdan əvvəl III-I əsrlərə aid arxeoloji gil, tunc, dəmir, dulusçuluq, misgərlik, zərgərlik nümunələri,silahlar,toxuculuq məmulatları saxlanılır. Hesabat ili ərzində muzeydə müxtəlif xarakterli 25-dən çox tədbir keçirilmişdir.                                                                                              

Ümummilli lider Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, onun həyat və fəaliyyətini, xalq qarşısındakı xidmətlərini gələcək nəsillərə çatdırmaq məqsədilə rayonda ümumi sahəsi 2190 kv.metr olan Heydər Əliyev Mərkəzi fəaliyyət göstərir. Mərkəz 3 mərtəbədən ibaətdir. I mərtəbə 6 dərnək otağından və 1 foyedən ibarətdir. II mərtəbə 1 foye, ekspozisiya zalı və inzibati otaqlardan ibarətdir. III mərtəbə 3 iş otağı, 1 fond otağı, 1 kitabxana otağı və fondu,    2 qonaq otağı, 1 konfrans zalı, 1 mətbəxt, 1 inzibati otaqdan ibarətdir. Sahəsi 2100 kv.m-dir. Mərkəzin fondunda 453 eksponat saxlanılır. Mərkəzin ekspozisiyasında Ümummili lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, sənədlər, kitablar və s. nümayiş  edilir.

İl ərzində Heydər Əliyev Mərkəzində müxtəlif qrup vətəndaşlarla görüşlər, ictimai-siyasi tədbir keçirilmiş, bir çox peşə bayramları burada qeyd olunmuş, bir qayda olaraq “Heydər Əliyev İdarəetmə Məktəbi”nin məşğələləri Mərkəzdə tədris olunmuşdur. İl ərzində 75-dən çox tədbir keçirilmiş, 2022-ci ildə 7 minə yaxın ekskursiyaçı Mərkəzi ziyarət etmişdir. Rayona gələn xarici qonaqlar mütləq şəkildə Heydər Əliyev Mərkəzi ilə tanış edilmişlər.

İsmayıllı rayon F.Əzimov adına Uşaq İncəsənət məktəbi fəaliyyət göstərir. Tədris binası 36 sinif otağı, 100 nəfərlik zaldan ibarətdir. O cümlədən məktəbin nəzdində İvanovka kənd filialı fəaliyyət göstərir. Hal hazırda məktəbdə 70 nəfər müəllim heyyəti və 6 texniki işçi çalışır, 297 nəfər şagird təhsil alır. Məktəbin son illərdə 6 nəfər məzunu Milli Konservatoriyaya, orta ixtisas müəssisələrinə qəbul olunmuşdur. Məktəbdə 2022-ci il ərzində dövlət proqramına uyğun olaraq bir sıra tədbirlər keçirilmişdir.Azərbaycan Respublikası Dövlət günlərinə və Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş bəstəkar həftələrinə müəllimlər və şagirdlərin iştirakı ilə 15 tədbir keçirilib.

İsmayıllı Turizm İnformasiya Mərkəzi bölgədə daxili turizmin inkişaf etdirilməsinə, yerli və xarici turistlərin rayona cəlb olunmasına xidmət göstərir. Mərkəz informasiya texnologiyaları vasitəsi ilə bölgənin turizm  potensialı barədə məlumat yayır, sorğuları cavablandırır. Regiona gələn turistlərin gəzintisi Turizm İnformasiya Mərkəzi tərəfindən təşkil edilir, yerləşməsi təmin edilir. Kənd yaşıl turizm ilə məşğul olan sahibkarlarla sıx əlaqə saxlanılır.Turist marşurutları təyin olunur, işarələnməsi il ərzində həyata keçirilir.

Turizmin daha səmərəli təşkili ilə əlaqədar rayonda bir çox obyektlərin inşası aparılır. 2019-cu ildə Rayon Mərkəzində 4 ulduzlu otel kompleksi istifadəyə verilmişdir. Talıstan ərazisində yeni istirahət kompleksi tikilib istifadəyə verilmişdir. Tircan kəndi ərazisində “Bədo” sanatoriya-istirahət kompleksinin istifadəyə verilməsi gözlənilir. Ölkə Prezidentinin müvafiq Sərəncamına əsasən Basqal Tarix-Mədəniyyət Qoruğunda əsaslı və yenidənqurma, restovrasiya və bərpa işləri aparılır.Qəsəbə ərazisində geniş profilli istirahət kompleksinin tikintisi davam etdirilir. Lahıc Tarix-Mədəniyyət Qoruğu ərazisindədə bir sıra təmir-bərpa işləri aparılmışdır.

2018-ci ildə “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu ilə әlaqәdar Sәrәncamınızdan irəli gələn vəzifələrə uyğun olaraq ərazidə  tarix və mədəniyyət abidələri üzərində bərpa-konservasiya, rekonstruksiya işləri aparılır, həmçinin ənənəvi xalq sənətkarlığı növlərinin və turizimin dirçəldilməsi də nəzərdə tutulub. Bundan əlavə, 17.6 hektarlıq ərazidə “Basqal” Ailə Sağlamlıq və İstirahət Kompleksi tikilib başa çatdırlıb.

Şeyx Məhəmməd məscidinin içərisində, Bazar meydanında, Qalabaşı ərazisində aparılan fundamental arxeoloji tədqiqatlar nəticəsində tarixi Basqal qalasının divarlarının yeri aşkar edilib, XVII əsrə aid edilən tarixi hamamın ətrafında Azərbaycanın ən qədim kanalizasiya sistemlərindən biri hesab olunan kürəbənd sisteminin işləmə prinsipi aşkara çıxarılıb. Şeyx Məhəmməd məscidinin dəqiq yaşı tam şəkildə təyin edilərək mədəni qatları haqqında ilk dəfə tədqiqat işləri aparılıb, çoxsaylı maddi-mədəniyyət nümunələri tapılaraq tədqiq edilib və qoruğun muzey fonduna təhvil verilib. Etnoqrafik və elmi-tarixi araşdırmalar nəticəsində Basqalın tarixi dərindən araşdırılaraq qoruğun elmi-inventar fondu hazırlanıb, əski əlifba ilə yazılmış dini, elmi və sosial həyatla bağlı minlərlə qiymətli əlyazma mətni aşkar edilərək fonda təhvil verilib. Basqal və ətraf ərazilərin tarixi və mədəni irsi ilə birbaşa bağlı olan qeyri-maddi mədəni irs nümunələri toplanıb, qədim divarüstü yazılar, daş qəbirlər, müxtəlif kitabələr dərindən tədqiq edilib və dövlət mühafizəsinə götürülüb. Basqalda yaşayan əhalinin son iki yüz il ərzində məşğuliyyəti, sənətkarlıq nümunələrinin tarixi təkamülü üzə çıxarılıb, elmi-publisistika və mədəni turizm sahələrində istifadə ediləcək çoxsaylı tarixi materiallar əldə olunub. Basqalın mədəni irsinin əsas elementi olan kəlağayı naxışları toplanıb, inventarlaşdırılıb və nəşr edilib.

Həmçinin qoruğun ərazisində başladılan təmir-bərpa, konservasiya və yenidənqurma işlərinin elmi-nəzəri bazasını formalaşdırmaq, gələcəkdə aparılacaq tikinti və bərpa işlərinin mədəni irsin və yerli memarlıq ənənələrinin tələblərinə uyğun şəkildə həyata keçirilməsini təmin etmək üçün müvafiq normaların müəyyənləşdirildiyi “Basqal Mədəni İrsi: Təmir-bərpa kitabı” elmi-praktiki dərslik ərsəyə gətirilib.

Dövlət Turizm Agentliyi tərəfindən tarixən Basqalın mərkəzi hesab olunan orta əsrlər yol mədəniyyətinə xas olan pilləkənvari və daş döşəməli yolların, ənənəvi hasarların və qədim taxta qapı-darvazaların qorunub saxlanıldığı 8 tarixi məhəllənin birləşdiyi Bazar meydanının abadlaşdırılmasına xüsusi diqqət yetirilib. Qoruğun mühüm tarixi abidələrindən biri hesab olunan Basqal hamamı maddi-mədəniyyət nümunələrimizin qorunması məqsədilə dövlət nəzarətinə götürülüb, Bazar meydanında Hamam Muzeyi olaraq əsaslı şəkildə bərpa edilib. Aparılan tədqiqatlar nəticəsində 1854-cü ildə tikilən tarixi-memarlıq abidələrindən biri olan Hacı Bədəl məscidi, nəhəng gövdəsi və iri koğuşu ilə seçilən, dünyada əkilmə tarixi dəqiq bilinən yeganə ağac, 1563-cü ilə aid edilən və keçmişdə Basqal camaatı tərəfindən “Pir Çinar” adlandırılaraq müqəddəs hesab edilən çinar ağacı, XV əsrə aid olunan, 2020-ci ildə arxeoloji qazıntılar nəticəsində aşkara çıxarılıb tarixi üslubda yenidən təmir edilmiş “Pir çinar bulağı” və onlarla digər tarixi abidələr haqqında müfəssəl məlumatlar əldə edilib. Bundan əlavə, 7 sənətkar emalatxanası təmir olunub, magistral yoldan qoruğa qədər olan yol yenidən qurulub. Qoruq ərazisində 2 küçədə qaz xətləri yerin altına salınıb, ərazidə olan rabitə xətləri yenilənib. Həmçinin Basqal qəsəbəsinin elektrik təchizatı sisteminin yenidən qurulması işləri aparılıb, su və kanalizasiya şəbəkəsinin bərpası üzrə işlər başa çatdırılıb. Bazar meydanı ərazisində köhnə yarımçıq tikililər sökülüb, qəsəbənin girişində avtomobil dayanacağı, turizm məlumat mərkəzi tikilib. Ərazidə abadlıq işləri aparılaraq yol və səkilər düzəldilib, Bazar meydanında qoruq üçün inzibati bina inşa olunub. Küçələr boyunca divarlar, döşəmələr, qapı və darvazalar bərpa edilərək tarixi mühitə uyğunlaşdırılıb və işıqlandırma işləri görülüb.Qeyd edək ki, İsmayıllı rayonunun Basqal qəsəbəsi Bakıdan 160 kilometr məsafədə, dəniz səviyyəsindən 965 metr yüksəklikdə 240 hektarlıq ərazidə yerləşir. Bu ərazinin 50 hektarı 1989-cu ildə yaradılan “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğuna aiddir. Statistik məlumatlara görə, hazırda qəsəbədə rəsmi olaraq 1480 nəfər qeydiyyatdadır. Onlardan təxminən 600 nəfəri qoruq ərazisində yaşayır.Basqal qəsəbəsi nadir memarlığı, qədim ipəkçilik, dəmirçilik kimi xalq sənətkarlıq ənənələri və orta əsr şəhərsalma mədəniyyəti ilə Azərbaycanın mədəniyyət tarixində xüsusi əhəmiyyətə malikdir. Basqal tarixən Lahıc, Şəki, Qəbələ və Şamaxıdan gələn yolların kəsişməsində yerləşərək qovşaq funksiyasını, sosial-iqtisadi və ticarət mərkəzi rolunu oynayıb.

Xanagah kəndində mart ayında “Castle” resort spa otelin açılış mərasimi olub. 3 mərtəbədən ibarət olan oteldə ümumilikdə 23 otaq var. Onların hamısı qonaqların qalması və rahat istirahət etməsi üçün bütün zəruri infrastrukturla təchiz olunub. Bundan əlavə oteldə 2 konfrans zalı, 1 restoran, hovuz və SPA komleksi mövcuddur.Bu cür obyektlərin istifadəyə verilməsi Azərbaycanın mirvasi hesab edilən İsmayıllının turizm potensialının möhkəmləndirilməsində çox mühüm rol oynamaqla yanaşı, yeni iş yerlərinin açılması deməkdir.

Lakin turizmin inkişafı ilə bağlı rayonda hələ çox iş görülməli, bu sahənin inkişafı üçün meyarlar müəyyənləşdirilməlidir.

Ölkəmizdə baş verən sürətli iqtisadi inkişaf bütün sosial səhələrin,o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan vermişdir. Tam inamla demək olar ki, son illərdə dünya standartlarına uyğun inkişaf yolu tutmuş Azərbaycan səhiyyəsinin nüfuzu nəzərə çarpacaq dərəcədə artmışdır.

Dövlət başçısının diqqət və qayğısı nəticəsində Azərbaycan səhiyyə sistemində aparılan uğurlu islahatlar öz müsbət nəticəsini verməkdədir.

Əhaliyə göstərilən səhiyyə xidmətinin yaxşılaşdırılması, vətəndaşların sağlamlığının qorunması üçün İsmayıllı rayonunda da əsaslı tədbirlər həyata keçirilmişdir. 01.01.2020-ci il tarixindən ölkə üzrə mərhələli şəkildə İcbari Tibbi Sığorta sistemi tətbiq olunmağa başlamışdır. Respublikamızın 23 şimal rayonunda olduğu kimi İsmayıllı RMX-sı PHŞ-də həmin tarixdən əhaliyə Tibbi Sığorta ilə xidmət göstərilir. 2022-ci ildə rayonun tibb xidməti şəbəkəsi 101 çarpayılıq Rayon Mərkəzi Xəstəxanası, 7 Ailə Sağlamlıq Mərkəzi, 7 Həkim Məntəqəsi,  23 Tibb Məntəqəsi və Gigiyena Epidemiologiya mərkəzindən ibarət olmuşdur.

Rayonun səhiyyə müəssisələrində 93 nəfər həkim, 305 nəfər orta tibb işçisi, 311 nəfər kiçik tibb işçisi fəaliyyət göstərmişdir. 2022-ci ildə 34 həkim, 59 orta tibb işçisi təkmilləşmə və ixtisasartıma kurslarından keçmişdir.

İl ərzində rayonun səhiyyə müəssisələrinə ambulator xəstə qəbulu 136773 nəfər, stasionar qəbul 2073 nəfər, təcili təxirəsalınmaz tibbi yardım stansiyasına 8613 çağırış olmuşdur. RMX-da 285 doğuş həyata keçirilmişdir.İl ərzində 260 cərrahi əməliyyat aparılmış,bunlardan 132-i təxirəsalınmaz, 128-i isə planlı əməliyyatlar olmuşdur.

2022-ci ildə uşaq ölümü isə 6 nəfər olmuşdur. İl  ərzində 7125 göndəriş verilmişdir. Göndərişlərdən 2200 nəfəri İcbari Tibb Sığorta xətti ilə özəl tibb müəssələrinə göndərilmiş və bunlardan 34 nəfər xəstəyə “ Açıq  ürəy” əməliyyatı, 178 nəfər xəstənin ürəyinə “Stend” qoyulub.

Hesabat ilində 1854 nəfər şəkərli diabet, 343  nəfər vərəm xəstəsi, 66 nəfər talasemiya xəstəsi, 6 nəfər hemofiliya xəstəsi, 45 nəfər xroniki böyrək çatışmazlığı xəstəsi, 560 nəfər onkoloji xəstə, 1552 nəfər  Psixi xəstə qeydiyyatda olmuş, bu xəstələrə hərtərəfli tibbi xidmət göstərilmiş, dövlət tərəfindən nəzərdə tutulmuş imtiyazlardan istifadə üçün normal şərait yaradılmışdır.

Rayon üzrə 2022-ci il ərzinəd evdə ölənlərin sayı 44 nəfər, stasionarda isə 22 nəfər ölüm halı baş vermişdir.

Rayonda səhiyyə müəssisələrinin maddi bazasının möhkəmləndirilməsi, yeni səhiyyə müəssisələrinin tikilib istifadəyə verilməsi istiqamətində də müəyyən işlər görülmüşdür. RMX-nın binası, RMX-nın poliklinika şöbəsi yaxın illərdə təmir olunmuşdur. İvanovka, Lahıc xəstəxanları, Topçu, Tircan həkim məntəqələri, Zərnava, Gəraybəyli, Sumağallı, Sulut, Diyallı, Keyvəndi tibb məntəqələri yeni tikilmiş binalarda fəaliyyət göstərir. Qeyd edək ki, Diyallı tibb məntəqəsi Heydər Əliyev Fondunun,Sumağallı və Sulut tibb məntəqələri isə Yaponiya hökumətinin maliyyə dəstəyi ilə tikilərək vətəndaşların istifadəsinə verilmişdir. Quşencə, Qalacıq, Qubaxəlilli kənd həkim məntəqələri tam təmirlidir.    

2022-ci il ərzində uşaqlar arasında heç bir kütləvi xəstələnmə və kəskin infeksion xəstəlik müşahidə edilməmiş, yaş qruplarına uyğun peyvəndləşmə  aparılmışdır. Peyvənd təqviminə uyğun olaraq vaksinlər tibb müəssisələrinə paylanmış, peyvəndləşmə aparılmışdır.

Uşaqların peyvəndlə əhatə faizi Respublika səviyyəsinə uyğun olaraq 95 faiz təşkil edir. Doğum evində yeni doğulmuş uşaqlara aparılmış peyvəndlər 96 %, tibb müəssisələrində 2 ay-6 yaş arası uşaqlara aparılmış peyvəndlər isə 90 % olmuşdur.  Dövlət Proqramına uyğun olaraq uşaqların məcburi dispanserizasiyası  aparılmışdır.

İl ərzində yaşayış məntəqələrində sanitar-epidemioloji vəziyyətə tam nəzarət olunmuş, rayonda difteriya, tetanus, qızılca, məxmərək, göy öskürək və s. xəstəliklər qeydə alınmamışdır.

2020-ci ildə bütün dünyanı cənginə alan Karonavirus xəstəliyi bizim dövlətimizdəndə yan keçməmişdir. Bu xəstəlik ilə səhiyyə müəssisələrimizdə ciddi mübarizə aparılır, qabaqlayıcı tədbirlər və əhalinin bu istiqamətdə maarifləndirilməsində ciddi işlər görülmüşdür. Rayonumuzda 2022-ci il ərzində 602 nəfər  bu xəstəliyə yoluxmuş, 2 ölüm qeydə alınmışdır.

“Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən Təzəkənd, Talıstan, Kürdmaşı, Qalınçaq kəndlərində həkim, İstisu, Qalagah kəndlərində tibb məntəqələrinin tikintisi nəzərdə tutulmuşdur. Bütün bunlarla yanaşı hazırda rayonun 24 tibb məntəqəsinin təmirə və yeni binaya ehtiyacı vardır. Rayonda 39 həkim və 24 orta tibb işçisi yeri vakansiyadadır.Hal-hazırda müasir tipli aparatlara ehtiyyac vardır. Ucqar dağ kəndlərində səhiyyə xidmətinin təşkili bu gün əsas problemlərimizdəndir.

Ölkədə dövlət-gənclər siyasəti 2022-ci ildə də uğurla davam etdirilmiş,bir sıra yaddaqalan hadisələrlə əhəmiyyətli xarakter daşımışdır.

Hazırda ölkəmizdə müasir düşüncəli, istedadlı, intellektual səviyyəsi yüksək olan gənclərə üstünlük verilir. Aparılan kadr islahatlarında gənclərin yüksək vəzifələrə təyin edilməsi,onların potensialından maksimum istifadəyə yer verilməsi bunun bariz nümunəsidir. Yaşlı nəslin təcrübəsindən, gənclərin potensialından istifadə cənab Prezident İlham Əliyevin siyasətinin əsasını təşkil edir.

İsmayıllı rayonunda  gənclərə və idmanın inkişafına diqqət ildən-ilə artırılır. RGİ-nin Olimpiya İdman Kompleksi ilə əlbir fəaliyyəti gənclərin yüksək səviyyədə təşkilatlanmasına, rayonda idmanın inkişafına təkan vermiş, uğurlu nəticələr əldə olunmuşdur. Həmçinin RGİİ-nin YAP rayon təşkilatı gənclər birliyi, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci, Rayon Təhsil Şöbəsi, Peşə Tədris Mərkəzi ilə işgüzar əlaqələri gənclərin vətənpərvərlik, torpağa məhəbbət ruhunda tərbiyəsində əhəmiyyətli rol oynamışdır.

Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramının tələblərinə uyğun tədbirlərin icrası 2022-ci ildə  də davam etdirilmiş, pandemiya qaydalarına riaəyyət edilməklə şeir ifaçılığı, rəsm, inşa yazı müsabiqələri, bilik və idman yarışları, intellektual oyunlar keçirilmişdir. Dövlət bayramları və anım günlərinə həsr olunmuş tədbirlərdə gənclərin fəal iştirakı təmin olunmuş, 2 Fevral-Azərbaycan Gəncləri Günü yüksək səviyyədə qeyd olunmuşdur. Hesabat dövrü ərzində gənclərlə iş sahəsində mart ayına kimi və pandemiya dövründə ümumlikdə 56 tədbir keçirilmişdir. Tədbirlərdə 2094 nəfər  gəncin iştirakı təmin edilmişdir.   

II Qarabağ Müharibəsindən sonra isə idarə tərəfindən şəhid ailələrinin, qazilərin , gənc idmançıların evləri ziyarət olunmuş, gənclərə vətənpərvərlik, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərinin aşılanması üçün onlayn formatda bir sıra görüşlər təşkil edilmişdir.

Qeyd etmək istərdim ki, Olimpiya İdman Kompleksi rayonda gənc idmançıların yetişməsində, gənclərin fiziki hazırlığının inkişafı sahəsində məqsədyönlü iş aparır. Hesab edirik ki, Kompleksdə aparılmış yeni kadr dəyişiklikliyi rayonda idmanın inkişafına yeni tərzdə yanaşmanı təmin edəcəkdir.

2023-cü ildə rayonda gənclər siyasəti qarşısında daha mühüm vəzifələr durur. Rayonda gənclərin potensialından daha səmərəli istifadə olunmalı, bu istiqamətdə tədbirlər icra edilməlidir. Rayonda yeni fəaliyyətə başlayan Gənclərin İnkişaf və Karyera Mərkəzi də öz işini bu üslubda qurmalı, gənclərin təşkilatlanmasına öz töhfəsini verməlidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına, tapşırıq və tövsiyələrinə əsasən könüllülk fəaliyyətinin geniş şəkildə təşviq olunması ilə əlaqədar tədbirlər 2023-cü ildə də davam etdiriləcək, ölkənin gələcək inkişafına xidmət edəcək istedadlı gənclərin üzə çıxarılması istiqamətində səmərəli iş aparılacaqdır.

İqtisadi inkişafın əsasını təşkil edən ictimai-siyasi mühitin sabitliyi, siyasi fəaliyyətin qanuni əsasda təşkili RİH-nin gündəlik diqqətində olmuşdur. İdeya-siyasi işdə, ictimai-siyasi fəaliyyətdə Azərbaycan Respublikası Konstitusiyası, Respublika Prezidentinin fərman, sərəncam və tapşırıqları, müvafiq qanunvericilik aktları əsas götürülmüş, rayonda siyasi fəaliyyət Azərbaycan Respublikası Prezidenti Administrasiyasının göstəriş, tapşırıq və tövsiyələrinə uyğun aparılmış, bütün yaşayış məntəqələrini, əhalinin müxtəlif təbəqələrini əhatə etmişdir. Ölkədə həyata keçirdiyiniz sosial-iqtisadi siyasətin, apardığınız məqsədyönlü xarici siyasətin nəticələri əhali arasında geniş təbliğ olunmuşdur.

Bölgənin ictimai-siyasi həyatında baş verən proseslərə hesabat ilində ciddi nəzarət edilmişdir. Rayon İcra Hakimiyyəti başçısının rəhbərliyi, Millət Vəkillərinin, aid idarə və müəssisə rəhbərlərinin iştirakı ilə onlayn görüşlər keçirilmişdir.

Rayon İcra Hakimiyyəti siyasi-ideoloji işi bütün fəaliyyət istiqamətlərinin önündə görür. Apardığınız siyasətin bütün cəhətləri vaxtında və dəqiqliyi ilə ünvanına çatdırılır. Bunun nəticəsidir ki, rayonda ictimai-siyasi mühit getdikcə saflaşır, normal, işgüzar şərait formalaşır, yeni-yeni layihələrin icrası, abadlıq və quruculuq işləri uğurla davam etdirilir. Vətəndaşların dövlətə və onun rəhbərinə inam və etibarı getdikcə güclənir.

Qeyd etmək istərdik ki, rayonda İdeoloji Maarifləndirmə Konsepsiyasına uyğun təbliğat işinin qurulması barədə 29 dekabr 2021-ci il tarixdə 186 nömrəli Rayon İcra Hakimiyyətində Sərəncamı hazırlanmış və təsdiq olunmuşdur.

Təbliğat işinin təqdim olunan İdeoloji Maarifləndirmə Konsepsiyasına uyğun qurulmasını və bu məqsədlə ölkədə, o cümlədən yerlərdə baş verən prosesləri düzgün şərh edə bilən, natiqlik qabiliyyətinə malik tanınmış ziyalılar, alimlər, politoloqlar, ağsaqqallar, qazilər və digər nüfuzlu şəxslərdən ibarət 11 təbliğat qrupu yaradılmışdır. 

Sərəncamla bağlı İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ilin əvvəlində baş tutan görüşdə təbliğat qruplarına daxil olan idarə, təşkilat, müəssisə rəhbərləri, habelə şəhid ailələri, Vətən müharibəsi iştirakçıları ilə  birgə bir sıra tədbirlər keçirilmişdir.

İdeoloji maarifləndirmə işinin əsas misiyası rayon əhalisi arasında Konsepsiyada müəyyən edilmiş mövzularda davamlı təbliğat işləri aparmaqdan ibarət olmaqla qruplar ideoloji maarifləndirmə işində qanunçuluq, vətənə və dövlətə sədaqət, xalqa yüksək xidmət mədəniyyəti, əhalinin problemlərinə həssaslıq, vətəndaş həmrəyliyi və ictimai rəyin nəzərə alınmasını əsas prinsip kimi götürmüşlər.

Rayonda “Şəhidlər xiyabanı” davamlı olaraq ziyarət edilmiş, şəhərin Nizami Gəncəvi küçəsində ucaldılmış “Soyqırım xatirə  kompleksi”  bir çox  tədbirlərin keçirildiyi  məkana çevrilmişdir.

Rayonda 6 siyasi partiya-Yeni Azərbaycan Partiyası,Ana Vətən Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Vəhdət Partiyası, Real Partiyası qeydiyyatdadır.Yeni Azərbaycan Partiyasından başqa digər siyasi partiyalar əsasən fəaliyyətsizdir, sosial bazaları, informasiya resusları, ictimaiyyətlə, QHT-lərlə,digər ictimai birliklərlə əlaqələri yoxdur.

Öz ətrafında 80 ərazi partiya təşkilatını birləşdirən rayon təşkilatında hal-hazırda YAP üzvlərinin sayı 7866 nəfərdir. Onların 3187 nəfərini qadınlar, 1325 nəfərini  isə gənclər təşkil edir. Rayon İcra Hakimiyyəti siyasi, ictimai və ideoloji tədbirlərini Yeni Azərbaycan Partiyasının rayon təşkilatı ilə birgə aparır. Partiyanın nəzdində qadınlar şurası, gənclər birliyi və maarifləndirmə məqsədilə könüllülər qrupu fəaliyyət göstərir. YAP İsmayıllı rayon təşkilatının üzvləri  rayonda görülən işlərdə  yaxından iştirak edir, keçirilən siyasi və kütləvi tədbrilərdə fəallıq nümayiş etdirirlər.

YAP İsmayıllı Rayon Təşkilatı son illər, eyni zamanda 2022-ci ildə də ideoloji-siyasi istiqamətlərdə fəaliyyətini genişləndirmiş, partiya quruculuğunda əldə olunmuş yeni, müasir, müsbət təcrübədən istifadə edərək, səmərəli nəticələrə nail olmuşdur.

Rayonun bir sıra  xarici ölkələrlə-Yaponiya, Fransa, Belorus, Latviya, Çexiya, İsrail, Özbəkistanla dostluq əlaqələri yaranmışdır. Doqquz  ildən artıqdır ki, Yaponiyanın  İto şəhəri ilə rayonumuz arasında dostluq və qardaşlıq əlaqələri davam edir. İsmayıllıda salınmış “Yapon bağı” bu dostluğun rəmzinə çevrilmişdir. Yaponiya dövlətinin maliyyə dəstəyi ilə rayonun bir neçə kəndində  məktəb, uşaq bağçası, həkim məntəqəsi tikilib istifadəyə verilmiş, kanalizasiya, su xətləri çəkilmişdir. Dəfələrlə Yaponiya nümayəndə heyəti rayonumuzda olmuş, rayonun nümayəndə heyəti, məktəblilərimiz İto şəhərinə səfər etmişlər. İsmayıllı məktəbliləri distant təhsil yolu ilə yapon dilini, Yaponiya məktəbliləri isə Azərbaycan dilini öyrənirlər. İsmayıllı ilə İto şəhəri arasındakı dostluq və qardaşlıq əlaqələri davam etdirilməkdədir.

Fransanın Evian-Le Bən şəhəri, Çexiya Respublikası ilə də “Dostluq və Əməkdaşlıq Xartiyası” imzalanmışdır. Evian şəhərində klassik Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsi ucaldılmışdır. Belarus Respublikası ilə rayonumuz arasında qarşılıqlı dostluq əlaqələri formalaşmış, kənd təsərrüfatı və sənaye sahələri üzrə təcrübə mübadilələri aparılmış. 2019-cu  ildən Özbəkistan Respublikası ilə də dostluq əlaqələri yaranmışdır.

Ərazidə Gənclərin Anti-Narkomaniya İctimai Birliyi, “Qadınlar Cəmiyyətin İnkişafı Naminə” İctimai Birliyi, “İsmayıllı intellektual oyunları klubu” İctimai Birliyi və İsmayıllı Yazarları İctimai-ədəbi birliyi, Çernobıl Əlillər İttifaqının İsmayıllı rayon şöbəsi, AVMVB-nin rayon şöbəsi,Qarabağ Müharibəsi Əlilləri veteranları Şəhid Ailələri  İctimai Birliyi,QAC-nin İsmayıllı rayon təşkilatı,Rayon Ağsaqqallar Şurası  fəaliyyət göstərir.

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi 2011-ci ildən müstəqil fəaliyyətə başlamışdır. Təşkilatın başlıca vəzifəsi problemli ailələrin, xüsusi qayğıya ehtiyacı olan uşaqların problemlərini həll etmək, ailələrini gücləndirmək, sosial həyat şəraitini yaxşılaşdırmaqdan  ibarətdir. 2022-ci il ərzində Mərkəzə 517 müraciət olmuş, problemli ailələrlə ardıcıl iş aparılmışdır. Dövlət Proqramlarının icrası ilə bağlı il ərzində 68 tədbir keçirilmiş, tədbirlərdən 3446 nəfər bəhrələnmişdir. Boşanma təhlükəsi olan ailələrlə iş aparılmış və müsbət nəticələr əldə edilmişdir. Hesabat ili ərzində aktiv terapiya, ünsiyyət terapiyası, loqopedin psixoloji məsləhət və kompüter kursuna qəbulla bağlı müraciətlərin hamısı müsbət həll edilmiş, 218 nəfər Mərkəzin  xidmətlərindən bəhrələnmişdir. Qadın İcma İnformasiya Mərkəzindən 118 nəfər qadın və uşaq istifadə etmişdir. 81 ailəyə səfər edilmişdir.

İsmayıllıda əsil tolerantlıq mühiti hökm sürür. Dinlərə, müxtəlif milli və dini qruplara münasibətdə ayrıseçkiliyə yol verilmir. Rayonda  27 məscid, 16 dini icma, 4 ibadət evi vardır. Dini icmalardan 15-i İslam və biri xiristian  təmayüllüdür. Rayonda qeyri-ənənəvi dini cərəyanlara mənsubların fəaliyyətinə ciddi nəzarət olunur, “Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikası Qanunu”nun tələbləri ciddi şəkildə gözlənilir. Rayonda  fəaliyyət göstərən dini icmalar, din xadimləri Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə DK-nin, Qafqaz Müsəlmanları İdarəsinin, Rayon İcra Hakimiyyətinin həyata  keçirdiyi dövlət və din münasibətlərinin tənzimlənməsi, maarifləndirmə işi, tolerantlıq, ənənəvi İslam dəyərləri, multikulturalizmlə bağlı tədbirlərdə yaxından iştirak edirlər. Dini bayram və ayinlər tələblərə uyğun icra olunur. Keçirilən dövlət və dini bayramlarda, tarixi günlərin qeyd edilməsində din xadimlərinin iştirakı təmin olunur. Ramazan ayında yerlərdə təşkil olunan iftar axşamları mənəvi və dini zənginliyi ilə fərqlənir. Belə tədbirlərə xiristian icma nümayəndələri də dəvət olunurlar. Rayonda tolerantlıq, milli və dini dözümlülük, multikulturalizm mühiti hökm sürür. Malakanların, kürdlərin, hapıtların, ləzgilərin və digər xalqların adət-ənənələrinə, mədəni irsinə hörmətlə yanaşılır, onlarla görüşlər keçirilir, problemlərinin həllinə rayon rəhbərliyi yardımçı olur.

Rayonda ənənəvi dinlərə mənsublar üçün bərabər şərait yaradılmışdır, onların daxili işlərinə əsla qarışılmır. Bəzi radikal qrupların gizli fəaliyyəti nəzarətdə saxlanılır, onlara  qarşı mübarizə tədbirləri həyata keçirilir.

Rayonda radikal dini cərəyanlara mənsubların aktivliyi müşahidə edilmir. Bölgədə nəzarət markası ilə markalanmnış dini təyinatlı ədəbiyyatın,audio və video materialların, dini məzmunlu ədəbiyyatın satışı üzrə ixtisaslaşmış satış məntəqəsi yoxdur.

Rayonda multikulturalizm və tolerantlıq siyasətinin gücləndirilməsi məqsədilə mövcud normativ-hüquqi aktların, həmçinin digər sənədlərin  dərindən öyrənilməsi təmin edilmiş, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, bir sıra QHT-lər və ictimai təşkilatlarla  işgüzar əlaqələr qurulmuş, birgə tədbirlər həyata keçirilmişdir.

“İsmayıllı xəbərləri” qəzeti maraqlı və məzmunlu sayları ilə oxucuların diqqətini cəlb edir, rayonun ictimai-siyasi və mədəni həyatını dolğun işıqlandırır. Qəzetin nəzdində  “Dağ çiçəkləri” ədəbi məclisi fəaliyyət göstərir. Əlamətdar olan  hadisələrdən  biri də  bölgədə “İsmayıllı Yazarları Ədəbi-İctimai  Birliyi”nin yaradılmasıdır. Hər  iki ədəbi birlik  rayonun ədəbi mühitinin formalaşmasında mühüm rol oynayır, gənc istedadları üzə çıxarır, onları  bir araya gətirir. Ədəbi məclis üzvləri ilə tez-tez rayon ictimaiyyətinin görüşləri təşkil olunur. Yeni nəşr olunan kitabların təqdimatı keçirilir. Ən yaxşı yazarlar rayon rəhbərliyi tərəfindən mükafatlandırılır.

Hesabat ilində dövlət qəzetlərinə, obyektiv mövqedən çıxış edən informasiya vasitələrinə abunə yazılışı aparılmış, mətbuatın yerlərə operativ çatdırılması təmin edilmişdir.

İdeologiya sahəsində atılan ən mühüm addımlardan biri də rayondan olan bir sıra elm və mədəniyyət xadimlərinin, şair və yazıçıların, qabaqcıl həkim, müəllim və pedaqoqların, sadə peşə adamlarının, əmək və müharibə veteranlarının, Milli Qəhrəmanların yubileylərinin, xatirə gecələrinin, görüşlərinin keçirilməsidir. 2022-ci ildə də bu xarakterli çoxsaylı onlayn qaydada tədbirlər icra olunmuş, gənclərin, yetişən nəslin mənəvi tərbiyəsinə xüsusi diqqət yetirilmişdir.

Ölkəmizdə həssas və qayğıya ehtiyacı olan insanların problemlərinin həlli daima dövlət başçısının diqqətində olan məsələdir. Ermənistanın hərbi təcavüzü nəticəsində doğma yurd-yuvasından, ev-eşiyindən didərgin düşmüş məcburi köçkünlərin sosial problemlərinin həlli apardığınız siyasətin prioritet istiqamətlərindəndir. Uğurlu sosial siyasət,ölkə iqtisadiyyatının inkişafı bu insanlara dövlət qayğısını ildən-ilə artırır.  

İsmayıllı rayonunda 931 ailədən olan 3432 nəfər məcburi köçkün müvəqqəti qeydiyyatdadır. Onlar dövlətin nəzərdə tutduğu bütün imtiyazlardan lazımınca istifadə edirlər. Dövlət tərəfindən məcburi köçkünlər üçün  İsmayıllı şəhəri ərazisində 45 evdən ibarət “Qarabağ” qəsəbəsi salınmış, qəsəbə bütün infrastrukturla təmin edilmişdir. Məcburi köçkünlərin problemlərinin həllində Rayon İcra Hakimiyyəti, idarə, müəssisə və təşkilatlar yaxından iştirak edir, vaxtaşırı onlarla görüşlər keçirilir. Hesabat ilində rayonda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin nümayəndələri ilə RİH başçısının görüşü keçirilmiş, onların problemlərinin həlli istiqamətində tədbirlər müəyyənləşdirilmiş, icrası təmin olunmuşdur.Hal-hazırda faktiki olaraq  747 ailə rayon əraizisndə müvəqqəti məskulaşmışdır. Məcburi köçkünlər inzibati binalarda, fermalarda, əmlak  paylarında, kirayədə, qohum evlərində, bağçalarda, vaqonlarda və sığınacaqlarda məskunlaşmışlar. Məktəblərdə yaşayan məcburi köçkünlər üçün 45 fərdi yaşayış evi tikilərək istifadəyə verilib.

Hər bir Azərbaycan vətəndaşının, o cümlədən İsmayıllı rayonunda məskunlaşmış  qaçqınlar və məcburi köçkünlərin əsas  arzuları torpaqlarımızın düşmən tapdağından azad edilməsi,  öz doğma yurdlarına dönmələri idi. Bu gün böyük qürur hissi ilə söyləyə bilərik ki, Azərbaycan xalqı böyük Zəfərlə ərazilərini Ermənistan işğalından azad edərək, tarixinin ən yaddaqalan və şanlı dövrünə qədəm qoydu. Ölkənin ərazi bütövlüyünün bərpası dövlətimiz üçün beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyinin nümayişidir. Otuz ilə yaxın bir müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən həyata qaytarılması ölkənin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biri olacaqdır.

Azərbaycan iqtisadiyyatının tərkib hissəsinə çevrilməsi məqsədilə işğaldan azad edilmiş bölgələrdə məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallıq təmin ediləcək, bu ərazilərdə həyata keçiriləcək quruculuq-bərpa işləri ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını daha da möhkəmləndirməklə yanaşı, Azərbaycanın yeni inkişaf prosesində mühüm mərhələ olacaq. İşğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılması istiqamətində hər bir şəxsin göstərəcəyi dəstək tarixi qələbəmizə, qüdrətli və güclü Azərbaycan naminə milli birlik ideyasına, suveren və təhlükəsiz yaşamaq məqsədimizə mühüm töhfə olacaq. Bu sahədə bütün potensialın fədakarlıqla səfərbər edilməsi ölkəmizin inkişafında birgə uğur salnaməsi yaradaraq, qələbəmizi daha da parlaq edəcək. 

Rayonda yaşayan məcburi köçkünlər bələdiyyə torpaqlarından da səmərləli istifadə edir, taxıl, tərəvəz məhsulları əkib-becərir, öz şəxsi təsərrüfatlarını genişləndirir, mal-qara saxlayırlar. Fındıq bağlarının salınmasına, barama saxlanmasına məcburi köçkünlər də qoşulublar.

Rəhbərliyinizlə ölkədə ordu quruculuğu sahəsində böyük uğurlar əldə edilmiş, Azərbaycanın güclü ordusu yaranmışdır. Ordumuzun döyüş və müdafiə qabiliyyəti gündən-günə artır.

Rayonda ordu sıralarına çağırış, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi daim diqqətdə saxlanılır. Orduya yola salınan gənclərlə təntənəli görüşlər keçirilir. 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarının və digər normativ –hüquqi aktların tələblərinə uyğun olaraq hərbi xidmətə çağırış planı 100% yerinə yetirilmişdir. Ümumi və qismən səfərbərliyə daim hazır olmaq məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsi mütəmadi olaraq təlim-toplanış məşğələləri keçirir, ordu quruculuğunda idarə və müəssisələrin, digər təşkilatların rolunun nədən ibarət olmasını onlara izah edir. Hesabat ili ərzində ümumtəhsil məktəblərində gənclərin çağırışaqədərki hərbi hazırlıq dərslərinin tədrisi keyfiyyətinin yüksəldilməsinə, hərbi-idman oyunlarının keçirilməsinə, hərbi yönümlü ali və orta ixtisas məktəblərinə məzunların istiqamətləndirilməsinə diqqət ayrılmışdır.

İsmayıllı Rayon İcra Hakimiyyətində 1 oktyabr 2021-ci il tarixində yeni  “Hadisə” sistemi fəaliyyətə başlamış və ötən dövr ərzində müxtəlif mövzularda  213 hadisə daxil olmuş və hər biri cavablandırılmışdır. Həmçinin RİH-in sosial şəbəklərdəki rəsmi səhifələrinə gələn müraciətlər də qanunamüvafiq olaraq cavablandırılmışdır.

Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Şanlı Ordumuz tərəfindən Ermənistanın məğlub edilməsi və qələbənin təmin olunması dünya ictimaiyyətinə Azərbaycan xalqının haqq səsinin çatdırılmasına, əsrlər boyu davam edən erməni yalanlarının ifşasına və ən vacibi də ölkəmizin vətənpərvərliyinin, qələbə əzminin və xalq-iqtidar birliyinin nümayiş olunmasına gətirib-çıxardı.

Böyük zəfərdən sonra daima rayon  rəhbərliyi və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri döyüşdən qayıdan qaziləri mütəmadi olaraq ziyarət edirlər. Onlar Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması istiqamətində uğurlu hərbi əməliyyatlarda qazi adını qazanan döyüşçülər və ailələri ilə evlərində görüşürlər.

İsmayıllıda şəhid ailələri və qazilər daim diqqətdə saxlanılır. Onlarla mütəmadi görüşlər keçirilir, qayğıları ilə maraqlanılır, problemləri öyrənilir və həlli istiqamətində tədbirlər görülür.

2022-ci il ərzində artıq 7 abidə kompleksi, 13 şəhidin adın daşıyan bulaq kompleksləri, 1 şəhidin adını daşıyan su artezian quyusu qazılaraq sakinlərin istifadəsinə verilmişdir. 

Rayon İcra Hakimiyyəti tərəfindən 2022-ci il ərzində 25 şəhid və qazi ailəsinin üzvü müxtəlif müəssisə və təşkilatlarda işlə təmin olunmuşdur.

2022-ci ildə Şəhid ailəsi üzvlərindən 26-sı, qazilərdən isə 96-sı aqrar təsərrüfat, avtomobillərin yuyulması və təmiri avadanlıqları, tekstil, qadın gözəllik salonu, şirniyyat sexi və başqa sahələri əhatə edən özünüməşğulluq proqramına qoşulması təmin olunub, digərlərinin də istəklərinə uyğun məşğulluq tədbirləri ilə təmin olunması üçün müvafiq işlər görülüb.

2022-ci ilin 12-13 sentyabr tarixlərində cəbhə xəttində baş verən döyüşlərdə İsmayıllı rayonundan 4 hərbçimiz (onlardan 1-i Sumqayıt 1-i isə Mingəçevir şəhərində  yaşayırdı. Onlar yaşadıqları şəhərdə dəfn ediliblər) şəhid olmuşdur. Hər bir şəhidimiz böyük izdihamla qarşılanıb və daha sonra dəfn edilmişdir. Şəhidlərin dəfn və mərasim xərcləri   Rayon İcra Hakimiyyəti tərəfindən qarşılanmışdır

2022-ci ildə Rayon İcra Hakimiyyəti tərəfindən 13 şəhid ailəsinə, 25 nəfər qaziyə, 52 nəfər müharibə iştirakçısına maddi yardım edilmişdir. Bütün şəhid ailələrinə və qazilərə Rayon İcra Hakimiyyəti tərəfindən mütamadi olaraq ərzaq yardımları edilir.

Prezident Adminstrasiyasından göndərilən tezislər və onlardan irəli gələn müddəalarla  əlaqədar ictimaiyyəti düşündürən məsələlər ətrafında  müvafiq  təhlillər aparılmaqla, bu tezislərin  əhali arasında geniş yayılması və təbliğ olunması məqsədilə 800-dən çox məqalə  Rayon İcra Hakimiyyətinin saytında, facebook, instagram və twiter səhifələrində  yerləşdirilmişdir. Tezislər, eyni zamanda ayda 1 dəfə nəşr olunan “İsmayıllı xəbərləri” qəzetinin səhifələrində dərc olunur, bu məqsədlə geniş izahat və maarifləndirmə işləri aparılır.

2022-ci ilin hesabat dövrü ərzində İsmayıllı rayonunda cinayətkarlığa qarşı mübarizə sahəsində dövlət maraqlarının, insan hüquq və azadlıqlarının müdaifəsi üzrə bir sıra tədbirlər həyata keçirilmiş , həmin tədbirlərin keçirilməsi zamanı hüquq mühafizə orqanları ilə birgə ictimai asayişin qorunması işi qənaətbəxş olmuşdur.

Rayonda  kriminogen durum hüquq-mühafizə orqanları tərəfindən  daimi nəzarətdə saxlanılır və bununla əlaqədar  xüsusi tədbirlər həyata keçirilir. 2022-ci ildə qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində əlaslı işlər görülmüş, qanun pozuntularına qarşı mübarizə tədbirləri gücləndirilmişdir.

Hüquq-mühafizə orqanları öz vəzifələrini yüksək səviyyədə yerinə yetirməklə yanaşı, rayonun ictimai həyatının sabit saxlanılmasında, mənəvi mühitin saflaşdırılması və qorunmasında, əhalinin qarşılıqlı anlaşma şəraitində yaşayıb işləməsində, insan hüquqlarının qorunmasında fəal iştirak etmişdir.

Belə ki, Rayon Polis Şöbəsində İctimai Şura yaradılmışdır. “İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2 mart 2016-cı il tarixli, 813 nömrəli Fərmanına uyğun olaraq hüquq-mühafizə orqanları tərəfindən şəxsi keyfiyyətləri ilə fərqlənən könüllülər ictimai asayişin qorunmasına   cəlb olunmuşlar.

Koronavirus pandemiyası ilə əlaqədar əhali arasında aparılan maarifləndirmə tədbirlərində rayon polis şöbəsinin əməkdaşları yaxından iştirak edir.

2022-ci ilin on iki ayı ərzində rayon ərazisində 180 cinayət hadisəsi qeydə alınmış, onlardan 136-nın açılması təmin edilmiş, 36-ı bağlı qalmışdır. Ümumilikdə, cinayətlərin açılması 80,9 faiz təşkil edir. Axtarışda olan cinayətkarların tutulması, xəbərsiz itkin düşmüş şəxslərin tapılması istiqamətində aparılan əməliyyat axtarış tədbirləri nəticəsində hesabat dövründə 25 nəfər axtarışda olan cinayətkarlardan 22 nəfəri tutuluraq aidiyyəti olaraq təhvil verilmişdir. 3 nəfər barəsində cinayət axtarış tədbirləri davam etdirilir.

2022-ci ilin 12 ayı ərzində Dövlət Yol Polis Bölməsi əməkdaşlarının xidmət apardıqları ərazidə 6 yol nəqliyyat hadisəsi baş vermişdir.     

2022-ci il ərzində İsmayıllı rayonu üzrə 757 doğum, 565  ölum faktı, 367 nikah, 96 nikahın pozulması halı qeydə alınmışdır.

2022-ci il  ərzində İsmayıllı rayonu üzrə İsmayıllı Rayon Məhkəməsinin icraatına 89 cinayət işi, 1760 mülki iş, 520 inzibati material, 51 məhkəmənin qərarı əsasında tətbiq edilən prosessual məcburiyyət tədbirləri haqqında material daxil olmuşdur.

Rayonda 152 yanğın hadisəsi baş vermiş, yanğınlar nəticəsində vətəndaşlara  ümumilikdə 223400 manat ziyan dəymişdir.

Rayon İcra Hakimiyyəti yanında inzibati Komissiyaya 17 inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta törətmiş 11 nəfər barəsində inzibati Xətalar Məcəlləsinin 395.1-ci (özbaşına tikinti) maddəsi ilə cəmi 3300 manat cərimə tətbiq olunmuşdur. Abadlıq və şəhərsalma qaydalarını pozduğuna görə barəsində İnzibati Xətalar Məcəlləsinin 396-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş 1 nəfər vətəndaş isə cərimə edilmişdir.    

Hesabat dövründə İsmayıllı Rayon İcra Hakimiyyətinə müxtəlif instansiya məhkəmələrindən 171 məktub daxil olmuşdur. Daxil olan  məhkəmə sənədləri əsasən mülki mübahisə övladlığa götürmə və uşaq tələbi barədə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə olmuşdur. Məhkəmə işləri ilə bağlı sənədlər daim nəzarətdə saxlanılır.

Hesabat ilində yetkinlik yaşına çatmayanların hüquqlarının və mənafelərinin qorunması üçün Komissiya tərəfindən konkret tədbirlər həyata keçirilmişdir.

2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək  və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 15 fevral tarixli 1599 nömrəli Fərmanı ilə nəzərdə tutulmuş valideyn himayəsindən məhrum olmuş uşaqların valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrə yerləşdirilməsi, habelə həmin müəssisələri tərk etməsi ilə bağlı qərarların qəbul edilməsi ilə əlaqədar səlahiyyətlərin 2022-ci il noyabrın 1-dən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilməsi ilə bağlı müraciət etmiş  2 nəfər vətəndaşın müraciəti nəzərə alınaraq 3 nəfər uşaq Bakı SOS Uşaq Kəndindən götürülərək analarının himayəsinə verilmişdir.

2022-ci ildə Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə 6 nəfərin nikah yaşı azaldılmışdır.

Hesabat dövründə Rayon Polis Şöbəsi tərəfindən sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən yetkinlik yaşına çatmayanlar barəsində 7, yol hərəkəti qaydalarını pozan (piyada keçidindən düzgün istifadə etməyənlər) 4 nəfər barəsində izibati protokol daxil olmuşdur

Komissiya Rayon Təhsil Şöbəsi ilə birlikdə rayonun ümumtəhsil məktəblərində, yetkinlik yaşına çatmayanların tərbiyəsinin təşkilini daim diqqətdə saxlayır. Məktəblərdə tərbiyə mövzusunda keçirilən tədbirlərin səmərəliliyini artırır, bu sahədə çalışanların tərkibi yaxşılaşdırılır, məktəblərdə vaxtaşırı tərbiyə işinin monitorinqi keçirilir, aşkar edilən nöqsanlar aradan qaldırılır.

Təhsil müəssisələri ilə qarşılıqlı iş mübadiləsi genişləndirilmiş, rayon ərazisində yerləşən təhsil müəssisələrində şagirdlərlə, eyni zamanda əhali ilə “Radikal dini cərəyanlar”, “Erkən nikah”,”Erkən nikahlara “yox deyək” “Narkomaniya - ağ ölüm” mövzularında mühazirələr oxunmuş, məktəblilər arasında intihar hallarının baş verməsinin qarşısının alınması məqsədilə profilaktiki söhbətlər aparılmış, təhsil müəssisələri və təşkilatlarla birlikdə tədbirlər həyata keçirilmişdir.

Yetkinlik yaşına çatmayanların hüquq pozmalarının profilaktikası, eləcə də onların qanunsuz əməyə cəlb edilməsi hallarının qarşısının alınması məqsədilə Rayon Polis Şöbəsinin sahə rəisləri və digər aidiyyəti qurumlar cəlb edilməklə rayon ərazisində mütəmadi olaraq reydlər keçirilmişdir. Keçirilmiş reydlər zamanı yetkinlik yaşına çatmayanlara qarşı hüquq pozuntularına rast gəlinməmişdir. İşəgötürən tərəfindən əmək müqaviləsinin əsassız olaraq ləğv edilməsi ilə bağlı Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyaya müraciəti daxil olmamışdır.  

Ötən dövr ərzində sosial təhlükəli vəziyyətdə olan uşaqlar və ailələr aşkar edilməmiş, spirtli içkilər, narkotik vasitələr, psixotrop maddələr və onların analoqlarını qəbul edən yetkinlik yaşına çatmayanlar qeydə alınmamışdır.

Rayonumuzda insan alverinin qurbanı olmuş uşaqlar yoxdur.

2022-ci il ərzində övladlığa götürülmənin ləğvi ilə bağlı heç bir işə baxılmamışdır.

Qəyyumluq və himayəçilik orqanının üzvləri yetkinlik yaşına çatmayanların hüquqlarının və mənafelərinin qorunması ilə bağlı keçirilən hər bir məhkəmə işində iştirak edərək qanunauyğun rəy vermişdir.

2022-ci ildə valideyn himayəsindən məhrum olmuş 6 nəfər uşaq aşkar olunmuş və onlar da öz yaxın qohumlarının qəyyumluğuna və himayəsinə verilmişdir.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq  2022-ci il ərzində uşağın övladlığa götürülməsi ilə bağlı 1 müraciət  müraciət daxil olmuşdur

Uşağın ad və soyadının dəyişilməsi ilə bağlı 2 müraciət olmuşdur. Onlardan 1 nəfər uşağın adının valideynlərinin istəklərinə əsasən dəyişdirilməsi ilə bağlı  RİH başçısı tərəfindən sərəncam imzalanmışdır.

Ölkə başçısının tövsiyə və tapşırıqları əsas götürülərək vətəndaşların qəbuluna, onların ərizə və şikayətlərinə baxılmasına xüsusi diqqət yetirilir. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi hər bir dövlət məmuru xalqın xidmətçisidir, heç bir xüsusi imtiyaza malik deyildir. Dövlət məmuru vətəndaşlara həssas münasibət bəsləməli, problemlərinin həllinə çalışmalı, onlara lazım olan xidməti göstərməlidir.

Rayonda bu məsələyə həssaslıqla yanaşılır, xüsusi diqqət yetirilir. Vətəndaşlar tərəfindən Rayon İcra Hakimiyyətinə, digər idarə və təşkilatlara daxil olan müraciətlər diqqətlə araşdırılır, həlli istiqamətində tədbirlər həyata keçirilir.

2022-ci ildə İsmayıllı Rayon İcra Hakimiyyətinə cəmi 1620  vətəndaş müraciəti, o cümlədən, Prezident Administrasiyasından 250, Milli Məclisdən 9, Nazirlər Kabinetindən 13, respublikanın digər təşkilatlarından 63, vətəndaşlardan birbaşa RİH-nə daxil olan müraciətlər isə 1285 ədəd olmuşdur.

Daxil olan müraciətlərin 1449-u ərizə, 163-ü şikayət, 8-i təklif olmuşdur. Şikayət ərizələri ümumi ərizələrin  10%-ni təşkil etmişdir.

Dövlət orqanlarından baxılmaq üçün Rayon İcra Hakimiyyətinə göndərilən müraciətlər əsasən mənzil (67), sosial müdafiə məsələləri (41), torpaq (39), şəhər, Rayon İH və bələdiyyələrin fəaliyyəti (37), təbii fəlakət hadisələri və fövqəladə hallarla bağlı məsələlər (28), İkinci Qarabağ müharibəsi ilə bağlı məsələlər (27), qalanı isə digər məsələlər barədə olmuşdur. Bu müraciətlərin hamısı diqqətlə araşdırılmış, icrası ilə əlaqədar səlahiyyətlərimiz daxilində müvafiq işlər görülmüş və vətəndaşlara qanunamüvafiq izahat verilmişdir.

Rayon İcra Hakimiyyətinə daxil olan müraciətlərin 78-nə nəzarət qaydasında baxılmışdır. Bunun 5-i Prezident Administrasiyasının nəzarəti qaydasında daxil olmuşdur.

2022-ci ildə vətəndaşlar daha çox sosial müdafiə məsələləri (563), şəhərsalma və tikinti məsələləri (182), mənzil məsələləri (167), rayon İH və bələdiyyələrin fəaliyyəti məsələləri (142), torpaq məsələləri (101), İkinci Qarabağ müharibəsi ilə bağlı məsələlər (93), təbii fəlakət hadisələri və fövqəladə hallar (74), enerji daşıyıcıları və su təchizatı məsələləri (40), qəbul məsələləri (29), məişət məsələləri (26), müraciətlərə baxılma (24), mədəniyyət və turizm məsələləri (24), nəqliyyat məsələləri (20), Qarabağ münaqişəsi, orduya çağırış məsələləri (20), dövlət qulluğu və kadr məsələləri (19), səhiyyə məsələləri (17), dövlət quruculuğu və qanunvericilik (11), kənd təsərrüfatı məsələləri (12), elm və təhsil məsələləri (12), ədliyyə orqanlarının fəaliyyəti (9), milli təhlükəsizlik və hüquq mühafizə orqanlarının fəaliyyəti (8), sənaye, iqtisadiyyat və sahibkarlığın inkişafı ilə bağlı(7), ictimai-siyasi məsələlər(7), ekalogiya və təbbi sərvətlər(6) və digər məsələlər barədə müraciət etmişlər.

Rayon İcra Hakimiyyətinin saytı və elektron poçt ünvanı fəaliyyətini davam etdirmiş,  həmin ünvan vasitəsilə 2022-ci ildə  vətəndaşlardan 165  müraciət daxil olmuşdur. “Hadisə” sistemi vasitəsi ilə 213 müraciət, bundan əlavə, RİH-nin “Facebook” və “İnstaqram” səhifələrindən çoxlu sayda müraciət daxil olmuşdur. Həm elektron poçt ünvanına, “Qaynar xətt”ə,  həm də sosial şəbəkə  vasitəsilə daxil olan müraciətlər təhlil edilərək operativ həlli üçün tərəfimizdən lazımi tədbirlər görülmüşdür.

2022-ci ildə Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən 164 saylı “Qaynar xətt” vasitəsilə günün bütün saatlarında fasiləsiz olaraq vətəndaşlardan müraciətlər qəbul edilmişdir. ”Qaynar xətt”ə daxil olan bütün müraciətlər RİH başçısı tərəfindən qanunauyğun baxılması üçün aidiyyəti vəzifəli şəxslərə yönləndirilir. “Qaynar xətt”ə 2022-ci ildə 272 müraciət daxil olmuşdur. Müraciətlər əsasən əhalinin sosial müdafiə məsələləri (ərzaq yardımı və maddi yardım verilməsi, işlə təmin olunma) (73), enerji təhcizatı (42), qaz təhcizatı (28), su və kanalizasiya məsələləri (25), rabitə və informasiya texnologiyaları məsələləri (19), sahibsiz itlərlə bağlı tədbir görülməsi (12),  qalanı isə  digər mövzularla bağlı olmuşdur.

2022-ci ildə daxil olmuş müraciətlərin 528-i (32,6%) müsbət, 134-ü (8,2%) qismən həll edilmiş, 810-na (50%) müvafiq izahat verilmiş,10-u (0,6%) əsassız sayılmış, 10-u isə “Vətəndaşların müraciətləri haqqında”  Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır. Daxil olan müraciətlərə əsasən Rayon İcra Hakimiyyəti başçısı aparatında baxılmış, 58-i isə baxılmaq üçün  aid qurumlara göndərilmişdir.

Bundan əlavə 2022-ci ildə “Rəqəmsal İcra Hakimiyyəti” portalı fəaliyyətə başlamışdır. Dövr ərzində vətəndaşlar tərəfindən elektron formatda “Xidmətlər” bölməsinə 48, “Vətəndaşların qəbulu” bölməsinə 18, “Müraciətlər” bölməsinə 68 müraciət daxil olmuşdur. Bütün müraciətlərə qanunauyğun baxılmış, icrası ilə bağlı zəruri tədbirlər görülmüş və cavablandırılmışdır.

405 nəfər vətəndaşın ərizəsi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən yaradılmış “Aztəminatlı ailələrə, pensiyaçılara, təbii fəlakət, yanğın və digər səbəbdən ziyan çəkən vətəndaşlara maddi yardım, əlavə güzəştlər və müavinətlərin təyin edilməsi üçün müayinə komissiyası”nda müzakirə olunmuş və onlara 121796 (yüz iyirmi bir min yeddi yüz doxsan altı) manat yardım göstərilmişdir. Bunlar əsasən şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və müxtəlif kateqoriyadan olan birinci qrup əlillər, uzun sürən xəstəliklərdən əziyyət çəkən aztəminatlı vətəndaşlar olmuşdur. 

Azəbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2020-ci il tarixli 336 saylı qərarına əsasən İsmayıllı RİH-də qəbul otağında vətəndaşların fərdi və qrup şəklində qəbulları, həmçinin yerlərdə səyyar qəbulların keçirilməsi təxirə salınmışdır. Məhdudiyyətlərə baxmayaraq, 2022-ci ilin mart ayının 6-nadək  RİH başçısı aparatına gələn bütün vətəndaşlar karantin qaydalarına uyğun olaraq Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin işçiləri və RİH-də fəaliyyət göstərən məsul növbətçi tərəfindən qəbul edilmiş, dinlənilmişdir. Müraciətlərinin mövzularına uyğun olaraq vətəndaşlar müraciətlərini çatdırmaq üçün RİH-nin müavinlərinə, şöbə müdirlərinə, aidiyyətli idarə, təşkilatlara yönəldilmiş və onlara müraciət etmə qaydaları izah edilmişdir. Vətəndaşlar istəklərinə görə karantin qaydalarına uyğun olaraq həmin vəzifəli şəxslər tərəfindən qəbul edilmişdir. Baxılması vacib olan müraciətləri ilə bağlı  vətəndaşların RİH başçısı tərəfindən qəbul edilməsi ilə bağlı cədvəl hazırlanmış və karantin qaydalarına uyğun olaraq qəbullar həyata keçirilmişdir.

Nazirlər Kabinetinin 05 mart 2022-ci il tarixli 71 nömrəli qərarlarına əsasən mart ayının 6-sından dövlət orqanlarında vətəndaşların yerində qrup və fərdi qaydada qəbuluna icazə verilmişdir. Bu tarixdən RİH-də təsdiq olunmuş qrafiqə uyğun olaraq aparatda və yerlərdə qəbulların keçirilməsinə başlanılmışdır.

2022-ci il ərzində RİH başçısı aparatında cəmi 3369 nəfər vətəndaş qəbul edilmişdir. Bunun 1397 nəfəri RİH başçısı tərəfindən, digərləri isə aparatın müavinləri və şöbə müdirləri tərəfindən qəbul edilmişdir. RİH başçısı tərəfindən qəbul edilən vətəndaşlar əsasən sosial müdafiə məsələləri, pensiya təminatı məsələləri, xəstəliklə bağlı müalicələrinə maddi köməklik göstərilməsi, mənzil məsələləri, torpaq məsələləri, İkinci Qarabağ müharibəsi ilə bağlı məsələlər, kənd təsərrüfatı məsələləri, təbii fəlakət hadisələri və fövqəladə hallar, qaz təhcizatı, bələdiyyələrin fəaliyyəti və digər məslələrlə bağlı müraciət etmişlər.

2022-ci il ərzində RİH başçısı tərəfindən yerlərdə 37 səyyar görüş-qəbul keçirilmiş, qəbullarda 2946 nəfər iştirak etmiş, 389 nəfər Rayon İcra Hakimiyyətinin başçısına müraciət etmiş, 516 məsələ barəsində fikirlərini bildirmişlər. Müraciətlərin 261-na yerindəcə qanunamüvafiq izahat verilmiş, 12 müraciətə isə nəzarət qaydasında baxılmışdır. Qalan müraciətlərin araşdırılması və həlli ilə bağlı aidiyyəti şəxslərə tapşırıqlar verilmişdir. 2022-ci ildə səyyar qəbullarda vətəndaşlar daha çox enerji təhcizatı məsələləri, su-kanalizasiya məsələləri, işlə təmin olunma, yaşadıqları ərazilərə mavi yanacağın verilməsi, yollarının təmir edilməsi, səhiyyə məsələləri, maddi yardım verilməsi, torpaq və kənd təsərrüfatı məsələləri və digər  məsələlərlə bağlı müraciət etmişlər.

Əlavə olaraq bildirmək istəyirik ki, 2022-ci ildə də şəhid ailələləri, Vətən müharibəsi qaziləri və iştirakçıları RİH-nin diqqətində olmuşdur. Onların qaldırdığı məsələlər diqqətlə araşdırılmış, müsbət həlli mümkün olan müraciətlər ilə bağlı tədbirlər görülmüş, onlara qanuna müvafiq cavablar verilmişdir. Bundan əlavə, bir çox ailələrə onların müraciətinə əsasən  RİH-nin daxili imkanları hesabına  yardımlar edilmişdir.

2022-ci ildə həm qəbullarda vətəndaşlar tərəfindən edilən müraciətlər, həm də Rayon İcra Hakimiyyətinə daxil olan bütün müraciətlər diqqətlə araşdırılmış, şikayətlərin yaranma səbəbləri təhlil edilmiş, onların həlli istiqamətində tədbirlər görülmüşdür.

İnformasiya təminatı və təhlil sektoru Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə uyğun şəkildə fəaliyyət göstərir.

Sektor tərəfindən 2022-ci ildə Prezident Administrasiyası tərəfindən hazırlanmış şablon formalar müəyyən olunmuş qrafik üzrə RİH-nin aidiyyəti şöbələrindən, rayonun müvafiq idarə və təşkilatlarından əldə edilərək, kompüterdə xüsusi proqram vasitəsi ilə yığılmış, informasiyalar dəqiqləşdirildikdən sonra xüsusi kodlaşdırılmış internet əlaqəsi ilə Regionların İnkişafının Analitik İnformasiya Sisteminin (RİAİS) serverinə ötürülmüşdür.

Sektor RİH-nin “mail@ismayilli-ih.gov.az” və “info@ismayilli-ih.gov.az” elektron poçtuna daim nəzarət etməklə, daxil olan məktubları Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə təqdim etmişdir. Həmçinin Rayon İcra Hakimiyyətindən elektron poçt vasitəsi ilə məlumatların ünvanlara göndərilməsi təmin edilmişdir.

Xüsusi Dövlət Mühafizə Xidməti RİH-nin “ismayilli-ih.gov.az” veb saytının təhlükəsizliyini təmin edir. Veb saytın idarəetmə paneli İnformasiya təminatı və təhlil sektorunda olduğu üçün məlumat bazasının yenilənməsi, keçirilmiş tədbirlər barədə xəbərlərin yerləşdirilməsi Sektor tərəfindən həyata keçirilir. 2022-ci ildə  RİH-nin rəsmi veb saytı təkmilləşdirilərək yenilənmiş, saytda yaradılmış İcra Hakimiyyətinə elektron müraciət, RİH başçısının qəbuluna elektron yazılma və Apelyasiya Şurasına onlayın müraciət bölmələrinin aktiv və işlək qalması üçün işlər aparılmışdır. 2022-ci ildə RİH-nin fəaliyyəti sosial şəbəkələrdə də təbliğ olunmuşdur. Belə ki, Sektor tərəfindən icra hakimiyyətinin www.facebook.com, www.twitter.com, www.instagram.comwww.yootube.com sosial şəbəkələrində yaradılmış rəsmi səhifələrində rayonda keçirilən tədbirlər və rayon haqqında məlumatlar həmin sosial şəbəkələr vasitəsi ilə ictimaiyyətə çatdırılmışdır.

Sektor elektron kütləvi informasiya vasitələrini izləyir, rayon haqqında gedən informasiyalar barədə RİH başçını məlumatlandırır. Bundan başqa rayonda keçirilən tədbirlər barədə məlumatları RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşlıq etdiyi KİV-də, eləcə də sosial şəbəkələrdə yayımlayır. Hesabat ilində Rayon İcra Hakimiyyəti rəsmi dövlət agentlikləri və KİV-i (Azərtac, “Azərbaycan” qəzeti, “Xalq qəzeti”, “Respublika” qəzeti)  ilə yanaşı, digər 15-dən artıq xəbər portalları ilə əməkdaşlıq etmişdir.

RİH başçısının İƏD üzrə nümayəndəlikləri 2022-ci il ərzində fəaliyyətlərini  Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamənin tələblərinə uyğun qurmuş, iş  planlarında nəzərdə tutulmuş məsələlərin həllini təmin etmiş, əmək və icra intizamını gücləndirmiş, fəaliyyətlərinin səmərəli təşkilinə nail olmuşlar.

İl ərzində rayonun bütün yaşayış məntəqələrində ictimai-siyasi sabitliyin qorunması, ictimai asayişin mühafizəsi təmin edilmiş, hər bir nümayəndəlikdə baş vermiş hadisələr barədə gündəlik məlumatlar aidiyyəti üzrə rəhbərliyə məruzə edilmişdir.

Hesabat ili ərzində Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarının, Nazirlər Kabinetinin qərarlarının və digər hüquqi-normativ aktlarının öyrənilməsi və əhali arasında təbliği təmin edilmişdir.  Ölkə Prezidenti cənab İlham Əliyevin  səfərləri və görüşləri zamanı söylədiyi məruzə və çıxışlar nümayəndəlik əməkdaşları tərəfindən dərindən öyrənilmiş, təbliğat aparılmışdır.

İl ərzində nümayəndəliklərdə uçot-hesabat işlərinin təkmilləşdirilməsinə diqqət artırılmışdır. 2022-ci ilin yanvar ayında nümayəndəliklərdə “Təsərrüfatbaşına uçot kitab”larında məlumatların dəqiqləşdirilməsi işinə əvvəlki illərdən daha ciddi yanaşılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə üzrə statistik uçotun təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq müvafiq tədbirlər həyata keçirilmişdir. Bütün inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə aparılan təsərrüfatbaşına uçotun sənədləri üzrə məlumatların Dövlət Statistika Komitəsinin elektron bazasına daxil edilməsi təmin edilmişdir.

İl ərzində tələb olunan bütün uçot-hesabat formaları aidiyyəti təşkilatlara vaxtında  təqdim olunmuşdur.

2022-ci il ərzində İƏD üzrə nümayəndəliklərdə sənədləşmə və kargüzarlıq işlərinin aparılmasına xüsusi diqqət yetirilmiş, bu sahədə əvvəlki illərdə yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə tədbirlər icra olunmuşdur. Rəqəmsal İcra Hakimiyyəti portalında vətəndaşlara lazım olan xidmətlərin göstərilməsinə nəzarət gücləndirilmişdir. Eləcə də əhalini narahat edən məsələlər qeydiyyata götürülmüş,icrası istiqamətində tədbirlər planı hazırlanmışdır.

Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması istiqamətində uğurlu hərbi əməliyyatlarda şəhid və qazi olan döyüşçülərin  ailələri ilə mütəmadi görüşlər keçirilir onların problemləri ilə maraqlanılır, ehtiyacları öyrənilir və sosial problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır.

İl ərzində ayda bir dəfədən az olmayaraq  “Nümayəndə günü” keçirilmişdir. Keçirilmiş “Nümayəndə günü” iclaslarının gündəliyinə İƏD üzrə nümayəndəliklərin fəaliyyətində zəruri hesab olunan vacib məsələlər daxil edilməklə qəbul edilmiş qərarların icrası nəzarətdə saxlanılmışdır.

Müvafiq təlimatlara əsasən 2022-ci ildə nümayəndəliklərdə vətəndaşların qəbulu keçirilmiş, onların ərizə və şikayətlərinə mövcud normativ hüquqi aktlara əsaslanaraq baxılmışdır.

2022-ci il ərzində rayonun 37 kəndində səyyar görüş-qəbullar keçirilmiş, vətəndaşların səsləndirdiyi problem və təklifləri dinlənilərək həlli istiqamətində müvafiq tədbirlər görülmüşdür.

İl ərzində bələdiyyələrin də fəaliyyəti diqqətdə saxlanılmışdır. Vətəndaşların müraciətlərinə baxılması, ərazilərin sosial problemlərinin həlli, təmizlik, abadlıq və yaşıllaşdırma işlərinin həyata keçirilməsi, layihələrin icrası, vergilərin toplanması, şəffaflığın təmin edilməsi  bələdiyyələrin fəaliyyət sahəsinin əsasını təşkil etmişdir.

Qeyd etməliyik ki, bələdiyyələrin fəaliyyətində müsbət işlərlə yanaşı nöqsanlar da az deyil. Vergilərin toplanmasına zəif münasibət ciddi nöqsanlardandır. Vətəndaşlar tərəfindən zəbt edilmiş bələdiyyə mülkiyyətində olan torpaqlar açılaraq ümumi istifadəyə verilmiş və bu işlər davam etdirilir.

2022-ci ildə olduğu kimi 2023-ci ildə rayonumuz üçün əlamətdar olacağına heç şübhəmiz yoxdur. Bütün İƏD üzrə nümayəndəliklərdə investisiya qoyulacaq sahələr müəyyənləşdirilməli, investorların hesabına kəndlərimizdə sahibkarlığın inkişafına nail olmalıyıq. Rayonumuz üçün xarakterik olan fındıqçılığın, baramaçılığın, tütünçülüyün, taxılçılığın, heyvandarlığın və digər kənd təsərrüfatı sahələrinin inkişafı üçün əhalini səfərbər etməklə məhsul bolluğu yaratmağa çalışmalıyıq.

2023-cü ildə əvvəlki illərdən fərqli olaraq daha effektli tədbirlərin görülməsi zərurətini və məsuliyyətini dərindən dərk edərək biz rayon üzrə icrası davam etdiriləcək və yeni start veriləcək layihələr müəyyənləşdirmişik.

Belə ki, yeni iş yerlərinin açılması üçün mövcud imkanlardan tam şəkildə istifadə etmək cari ildə əsas vəzifələrimizdən olacaqdır. 2023-cü ildə və növbəti illərdə rayona investorların cəlb edilməsi ilə turizmin, aqrar sektorun, yeni istehsal və emal müəssislərinin yaradılması nəticəsində yeni iş yerləri açılacaq və daha çox qeyri-məşğul vətəndaşı işlə təmin etmək mümkün olacaqdır. Bu, bizim gələcək fəaliyyətimizin əsasını təşkil edir.

Cari ildə yaşayış məntəqələrində elektrik təsərrüfatının yenidən qurulmasının davam etdirilməsi və SİP kabellərin çəkilməsi, yeni transformatorların quraşdırılması həyata keçiriləcəkdir.

Yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində qarşıda daha böyük vəzifələr durur. 2023-cü ildə rayonda 6 yaşayış məntəqəsinin qazlaşdırılması ilə bağlı tədbirlər görüləcəkdir.

            2023-cü ildə İsmayıllı şəhərində layihə dəyəri 4,5 milyon manat olan “Otel-biznes mərkəzinin”,  İvanovka kəndində 80 yerlik uşaq bağçasının və layihə dəyəri 4,6 milyon manat olan karamel-qənnadı fabrikinin, Bizlan kəndi ərazisində layihə dəyəri 3,4 milyon manat olan çaxır zavodunun, Talıstan kəndində 1320 şagird yerlik tam otra məktəb binasının, layihə dəyəri   5,2 milyon manat olan “DOST EVİ” yaradıcılıq, sərgi və satış mərkəzinin, Xanagah kəndi ərazisində layihə dəyəri 3 milyon manat olan Ekoloji Turizm Kompleksinin açılışı və Topçu kəndi ərazisində layihə dəyəri 39-41 milyon manat olan Coca-Cola istehsal müəssisəsinin təməlinin qoyulması nəzərdə tutulmuşdur.                                                                         

Rayon ərazisində yol təsərrüfatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdiriləcək.

Rayonda aqrar sahənin və sənayenin inkişaf etdirilməsi üçün zəruri tədbirlərin görülməsi cari ildə də nəzərdə tutulmuşdur. Ənənəvi sahələrdən olan tütünçülüyün inkişaf etdirilməsi əsas hədəflərimizdəndir.

Dövlət səviyyəsində həyata keçirilən stimullaşdırıcı tədbirlər nəticəsində ölkədə baramaçılığın inkişaf etdirilməsi də prioritet sahələrdəndir. Baramaçılıq rayonumuz üçün ənənəvi sahələrdəndir. Bu məqsədlə tut tinglərinin  əkilməsi davam etdiriləcəkdir.

Şəhərdə çoxmənzilli binaların qızdırılması üçün yeni qazanxanaların tikilməsi də vacib məsələ kimi qarşıda durur.

Təhsil, mədəniyyət və səhiyyə sahəsində də zamanın tələbinə uyğun tədbirlərin reallaşdırılması, maddi bazanın möhkəmləndirilməsi, innovasiyayönümlü layihələrin icrası, tikinti və təmir işlərinin aparılması nəzərdə tutulmuşdur.

Prezident İlham Əliyevin 19 illik Prezidentlik fəaliyyəti ölkə həyatı üçün strateji əhəmiyyət kəsb edən inkişaf Proqramlarının hazırlanıb həyata keçirilməsi, ən müxtəlif sahələr üzrə intibah və tərəqqi prosesinin geniş vüsət alması ilə səciyyələnir.

Ötən 19 ildə ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atıb, dövlətçiliyimiz, siyasi və iqtisadi müstəqilliyimiz daha da möhkəmlənib, Azərbaycanın davamlı və dayanıqlı inkişafı, modernləşməsi təmin edilib, Respublikamız iqtisadi müstəqilliyini tam təmin edib, infrastruktur baxımından dünyanın qabaqcıl ölkələri səviyyəsinə yüksəlib, insanların həyat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşıb.

Biz əminik ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan uzun illər, həmçinin 2023-cü ildə öz uğurlu inkişafını davam etdirəcəkdir. Biz dünya ölkələri sırasında öz mövqeyimizi bir qədər də möhkəmləndirəcəyik.

Qeyd etmək istərdim ki, Azərbaycan öz inkişafının indiki mərhələsində köhnə idarəçilik metodlarından uzaqlaşır, yeni düşüncəli, gənc kadrlara üstünlük verilir. İdarəçilikdə yeni düşüncəli gənc kadrlara verdiyiniz üstünlük, innovativ düşüncə tərzi, işlək idarəçilik mexanizmi ölkəmizin gələcək inkişafı naminə atılan addımlardandır.

Dövlət Proqramında nəzərdə tutulmuş bütün məsələlərin uğurlu həllinə ismayıllılar da öz töfhəsini verəcəkdir.

Biz, dövlətimizin başçısı, güclü elmi və siyasi zəkaya malik bir lider olan Prezident cənab İlham Əliyevlə fəxr edir, qürur duyuruq. Biz ismayıllılar da ölkəmizin sürətli inkişafına qoşularaq bütün fəaliyyətimizi, Fərman, Sərəncam, tövsiyə və tapşırıqlarınız əsasında həyata keçirəcək, bölgəmizin inkişafı üçün var-qüvvəmizlə çalışacağıq.

                                                                                                                                                         Hörmətlə,

İsmayıllı Rayon

İcra Hakimiyyətinin başçısı:                                                        Nahid Bağırov

 

 

Keçidlər