“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə əlaqədar İsmayıllı rayonu ərazisində açıq və qapalı toplantı yerlərinin ayrılması barədə
Azərbaycan Respublikası
İsmayıllı Rayonu İcra Hakimiyyəti Başçısının
SƏRƏNCAMI
№ 01 «10 » yanvar 2024-cü il
“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası
Qanununun icrası ilə əlaqədar İsmayıllı rayonu ərazisində
açıq və qapalı toplantı yerlərinin ayrılması
barədə
Azərbaycan Respublikasında 07 fevral 2024-cü il tarixə təyin edilmiş Prezident seçkiləri ilə əlaqədar təbliğat işi aparmaq məqsədilə yaranmış zərurəti və “Sərbəst toplaşma azadlığı haqqında” 13 noyabr 1998-ci il tarixli, 537-İQ nömrəli Qanunu rəhbər tutaraq
qərara alıram:
-
-
- İsmayıllı rayon seçicilərinin sərbəst toplaşması üçün nəzərdə tutulmuş ərazilərdə açıq və qapalı yerlər ayrılsın (siyahı-məlumat əlavə olunur).
- İsmayıllı RİH başçısının İsmayıllı şəhər İƏD üzrə nümayəndəsinə tapşırılsın və İsmayıllı bələdiyyəsinə tövsiyə olunsun ki, həmin yerləri seçki təbliğatı, icazəli sərbəst toplantı, dinc yığıncaqlar və nümayişlər keçirmək üçün uyğunlaşdırsınlar.
- Sərəncamın icrasına nəzarət Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mahmud Süleymanova tapşırılsın.
-
Nahid Bağırov