Şriftin ölçüsü :

Saytın rəngi :

Zülfüqarov Rasim Seyfət oğlu

  1963-cü ilin oktyabr ayının 10-da İstisu kəndində anadan olub. 1970-ci ildə İstisu kənd 8-illik məktəbinin birinci sinifinə daxil olub. 1978-ci ildən həmin məktəbin 8-ci sinifini bitirərək Göyçay rayonunda texniki peşə məktəbinin elektrik qaynaqçısı peşəsinə qəbul olunub. 1982-ci ildə texniki peşə məktəbini bitirmiş və həmin il Rusiya Federasiyasının Mejdureçenski rayonunda tikinti batalyonunda hərbi xidmətdə olub.
      1984-cü ildə hərbi xidmətdən tərxis olunduqdan sonra öz doğma kəndinə qayıdıb və F.Engels adına kolxozda kolxozçu, sonralar isə ferma müdiri işləyib. R.Zülfüqarov 1998-ci ildə fermer təsərrüfatını yaradıb. Onun təsərrüfatında 810 baş xırda və 25 baş iri buynuzlu mal-qara var. Fermer hər 100 baş ana qoyundan 95-100 baş sağlam quzu alır. Hər qoyundan isə 2 - 2,5 kq yun alır. Fermerin istifadəsində 30 hektar yay, 420 hektar isə qış otlaq sahəsi var. Bundan başqa R.Zülfüqarov heyvanları qış aylarında qüvvəli yemlə təmin etmək üçün 30 hektardan çox sahədə payızlıq taxıl bitkiləri əkib-becərir.
       O, taxıl sahəsinin hər hektarından 28-30 sentner məhsul əldə edir. Belə ki, fermer 2010-cu ildə 60 ton, 2011-ci ildə 65 ton, 2012-ci ildə 80 ton və 2013-cü ildə isə 90 tona yaxın məhsul istehsal etmişdir. Dövlət tərəfindən fermerlərə edilən güzəştlərdən R.Zülfüqarov da faydalanır fermer daim yeniliyə can atır, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində öz tövhəsini verir. Təsərrüfatda  4 ailə çalışır və əmək haqqı alır.

 

Keçidlər