Fətullayev İslam Babakişi oğlu
05.09.1963-cü ildə İsmayıllı rayon Tircan kəndində arıçı ailəsində anadan olmuşdur. 1970-1980-cı illərdə Tircan kənd orta məktəbində orta təhsil almışdır. 1980-1981-ci illərdə Bakı şəhərində 67 nömrəli Texniki Peşə məktəbini fərqlənmə diplomu ilə bitirib. “Azərdənizinşaat” trestinin Tikinti Quraşdırma İdarəsində əmək fəaliyyətinə başlamışdır. 1981-1983-cü illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. Əsgərlik xidmətini başa vurduqdan sonra həmin iş yerində əmək fəaliyyətini 1996-cı ilə kimi davam etdirib.
1993-cü ildə Dağlıq Qarabağ ətrafında gedən döyüşlər zamanı könüllü olaraq Milli ordumuzun tərkibində cəbhəyə getmiş, 1995-ci ildə ordudan tərxis olunmuşdur.
1996-cı ildən səs-küylü şəhər otmosferindən uzaqlaşıb doğma kəndinə qayıdıb, babasından yadıgar qalan arıçılıq sənəti ilə məşğul olmağa başlamışdır. 1997-ci ildən müstəqil təsərrüfat quraraq bu günə qədər həvəslə çalışır. Hal-hazırda 100 arı ailəsinə qulluq edir. Arıxanasında arılardan olan bal, arı südü, vərəmum, çiçək tozu, mum kimi məhsullar istehsal edir.
Arıçılıq fəaliyyəti dövründə Hollandiya, Amerika, Rusiya, Türkiyə və s. arıçıları ilə əməkdaşlıq edib, onları rayonumuza dəvət edib proktik təcrübəsindən istifadə edib və müəyyən ədəbiyyatlar əldə edərək arıçılıq sənətini öyrənməyə çalışmışdır. Türkiyə Respublikasında 2 dəfə arıçılıq kursunda iştirak etmişdir.
İslam Fətullayevin arıxanasındakı arılar Lonqstret konusturuksiyalı pətəklərdə bəslənilir. Arılar Boz Qafqaz cinsinə aiddir. Bu cinsi qormaq üçün arıxanada yaz-yay aylarında damazlıq işi aparılır. Qocalmış yəni 2 ili ötmüş ana arılar mayalanmış cavan ana arılar ilə dəyişdirilir. Bu həm məhsuldarlığa müsbət təsir edir, həm də arı ailələrinin mələzləşməsinin qarşısını alır. Məhsuldarlıq illərdən asılı olaraq hər arı ailəsindən 12-25 kq arasında dəişir
2002-ci ildə Avrasiya Fondunun köməyi ilə keçirilən Azərbaycanda ilk arıçılıq məhsullarının I satışı sərgisində, Arıçılıq məhsullarının geniş çeşidlərinin istehsalı təşkilinə görə I yer diploma layiq görülmüşdür.
2004-cü ildə azərbaycan-ingilis dillərdində çap olunan “Azərbaycanda kim kimdir” ensklopedik Sorğu kitabına ilk arıçı olaraq İslam Fətullayev haqqında məlumat yerləşdirilib.
O, rayonumuzun 600-dən yuxarı arçısını birləşdirən və 2009-cu ildə təsis olunan İsmayıllı Arıçılar Birliyinin Sədridir.
İ.Fətullayev Respublikamızda arıçılıqla bağlı yerli və xarici ölkə nümayəndələrinin təşkil etdiyi seminarlarda vaxtaşırı iştirak edir. Televiziya verlişlərində, canlı yayımda arıçılıqla bağlı verlişlərdə bir arıçı kimi rayonumuzu böyük həvəslə təmsil edir. Onlarca məqalənin müəllifidir.
İslam Fətullayev 2010-cu ildə Kənd Təsərrüfatı Kreditləri Üzrə Dövlət Agentliyinin elan etdiyi Müsabiqəli Qrant Proqramına “Arıçılıq məhsullarının qablaşdırılması, etiketləşdirilməsi və satış imkanlarının genişləndirilməsi” mövzusunda layihə təqdim etmiş və müsbət cavab almışdır. Bu məqsədlə layihənin həyata keçirilməsi üçün tələblərə uyğun bina ilə təmin edilmiş, burada Türkiyə və İtalyada istehsal olunan avadanlıqlar quraşdırılmışdır.