Şriftin ölçüsü :

Saytın rəngi :

Mirzəyev Sayadxan Ərziman oğlu

  1931-ci ildə Qubaxəlilli kəndində anadan olub. Natamam orta təhsillidir. 1949-1952-ci illərdə keçmiş Sovetlər Birliyininin hərbi hissələrinin birində hərbi xidmət keçmişdir. Keçmiş “Sovet Azərbaycanın 40 illiyi” sovxozunda çalışmışdır. 
    Ölkəmizdə həyata keçirilən aqrar islahatlar nəticəsində ictimai təsərrüfatlarda islahat aparmış və 1997-ci ildə Sayadxan Mirzəyev özünə heyvandarlıq təsərrüfatı yaratmışdır. Onun təsərrüfatında 605 baş xırda buynuzlu, 96 baş iri buynuzlu heyvan bəslənilir. Heyvanların yay və qış dövründə saxlamaq üçün təsərrüfat rəhbəri 240 ha qış və 120 ha yay otlaq sahəsini müqavilə əsasında uzunmüddətli icarəyə götürmüşdür. Heyvandarlığı yemlə təmin etmək məqsədilə S.Mirzəyev 30 ha sahədə taxıl və yem bitkiləri əkib becərir.

 

 

Keçidlər