Şriftin ölçüsü :

Saytın rəngi :

Ağayev Ağaməmməd Zinhar oğlu

  01 aprel 1954-cü ildə Cülyan kəndində anadan olub. Cülyan kənd 8 illik məktəbinin 1-ci sinfinə gedən Ağaməmməd 1970-ci ildə İsmayıllı şəhər 1 nömrəli məktəbinin 10-cu sinfini bitirib və Nizami adına kolxozda əmək fəaliyyətinə başlayıb. 1974-1976-cı illərdə Qazaxıstan Respublikasının N saylı hərbi hissəsində hərbi xidmətdə olub. Hərbi xidmətdən tərxis olunduqdan sonra İsmayıllı rayon Texniki Peşə məktəbində şərabçılıq peşəsinə yiyələnib. 1980-1983-cü illərdə Tovuz Sovxoz Texnikumunda qiyabi təhsil alıb.
    1979-cu ildə İnqilab sovxozunun nəzdində olan şərab zavodunda, sonralar Hacıhətəmli və Keyvəndi kəndlərində olan şərab zavodlarında müxtəlif vəzifələrdə çalışmışdır. İslahatla əlaqədar şərab zavodları fəaliyyətini dayandırdığı üçün Ağaməmməd yeni iş yeri kimi mövcud təsərrüfatını 1996-cı ildə yaratmışdır. Onun təsərrüfatında 750 baş xırda və 25 baş iri buynuzlu mal-qara var. Fermer hər 100 baş ana qoyundan 95-100 baş sağlam quzu və hər qoyundan 2,5-2,8 kq yun əldə edir. Fermerin icarəsində 335 hektar yay və 280 hektar qış otlaq sahəsi var.
    A.Ağayev heyvandarlıqla yanaşı əkinçiliklə də məşğul olur və hər il 80 hektardan çox sahədə payızlıq dənli taxıl bitkiləri əkib becərir. O, hər hektardan 25-27 sentner məhsul götürərək ildə 200 tondan çox taxıl istehsal edir. İstehsal edilmiş heyvandarlıq və taxıl məhsulları daxili bazarda satılır. Dövlət tərəfindən verilən yardımlardan fermer Ağaməmməd də faydalanır. Təsərrüfatda  5 ailə çalışır.

 

 

Keçidlər