Şriftin ölçüsü :

Saytın rəngi :

“BUTA qrup” MMC

Rayon ərazisində 2013-cü ildən fəaliyyət göstərən “BUTA qrup” MMC Kürdmaşı kəndində 200 hektardan çox əkinə yararlı torpaq sahəsinin 100 hektarında müasir suvarma sistemi qurmuşdur. Burada əkilmiş rayonlaşmış məhsuldar taxıl sortlarının hər hektardan 40-45 sentner məhsul əldə olunaraq 200 tondan çox taxıl istehsal olunmuşdur. Əkilmiş 90 hektar məhsuldar qarğıdalı sahəsindən isə 130-140 sentner məhsul götürülmüşdür. Təsərrüfat tərəvəz və kartof əkin sahələrindən yüksək məhsul götürür və son texnologiyalardan istifadə edir. Təsərrüfatın bazasında aqroparkın yaradılması istiqamətində işlər davam etdirilir. Burada əsasən ixrac yönümlü məhsul istehsalı həyata keçiriləcəkdir. Məhsulların saxlanılması üçün tutumu 3000 ton olan saxlama kamerasının tikintisində son tamamlama işləri aparılır. Aqropark fəaliyyətə başladığı halda 200 nəfər işlə təmin olunacaqdır. 
      

“AKA qrup”un əkin sahəsi “AKA qrup” un pilot suvarma sistemi “AKA qrup” un pilot suvarma sistemi

“AKA qrup” un suvarma sistemi üçün nasos “AKA qrup” un suvarma sistemi üçün paylayıcı şəbəkə “AKA qrup” un suvarma sistemi üçün qida mənbəyi

 

Keçidlər