Şriftin ölçüsü :

Saytın rəngi :

Bağırlı Oktay Məmməd oğlu

  12 fevral 1954-cü ildə Qubaxəlilli kəndində anadan olub. 1961-ci ildə Qubaxəlilli kənd orta məktəbinə gedib və 1971-ci ildə 10-cu sinfi bitirib.  O.Bağırlı 1976-cı ildə Azərbaycan Dövlət Pedoqoji Universitetini, 1994-cü ildə isə Dövlət Aqrar Universitetini bitirmişdir. Pedoqoji universiteti bitirən gənc riyaziyyatçı öz doğma kəndində müəllimlik etmiş, daha sonra ictimai fəallığı ilə fərqlənən Oktay müəllim 1981-ci ildə “Sovet Azərbaycanın 40 illiyi” sovxozunun ilk komsomol təşkilatının katibi seçilmişdir.
     1984-cü ildə Kürdmaşı kənd orta məktəbinə direktor vəzifəsinə təyin olunan Oktay Bağırlı 1989-cu ildə isə "Sovet Azərbaycanın 40 illiyi” sovxozuna ilk partiya təşkilat katibi vəzifəsinə seçilir.
    Yaxşı təşkilatçılıq qabiliyyətinə görə 1991-ci ildə onu rayonun Rusiya, 1992-ci ildə isə Qubaxəlilli sovxozlarına direktor təyin edirlər. Sonradan Oktay müəllimə 1998-ci ildə yenidən etimad göstərilmiş və o, RİHB-nın Qubaxəlilli İƏD üzrə nümayəndəsi təyin edilmişdir. 2006-cı ilədək həmin vəzifəni icra edən O.Bağırlı eyni zamanda kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmağa başlayır. O, hər il 380 hektardan çox sahədə payızlıq və yazlıq dənli və dənli-paxlalı bitkilər əkib becərir. Torpağı lazımi aqrotexniki səviyyədə əkib-becərməyi bacaran fermer orta hesabla hər hektardan 25-30 sentner məhsul götürərək ildə 600 tondan çox taxıl istehsal edir. Onun hər birinin tutumu 300 ton olan 2 taxıl anbarı və 15 adda kənd təsərrüfatı texnikası var.
    Kənd Təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarından ruhlanan bu qabaqcıl fermer daha əzmlə işləməyi öhdəsinə götürmüşdür.

 

Keçidlər