Şriftin ölçüsü :

Saytın rəngi :

Salmanov Məzahir Xasay oğlu

  1957-ci ilin martın 31-də İsmayıllı rayonunun Tağlabiyan kəndində anadan olmuşdur. 1964-cü ildə Tağlabiyan kənd 8-illik məktəbinə gedib, 1974-cü ildə Basqal qəsəbə orta məktəbini bitirmişdir.
     1980-ci ildə Tovuz sovxoz texnikumunu, 2008-ci ildə isə Azərbaycan Texnologiya Universitetini bitirmişdir.
    1979-cu ildə İsmayıllı rayon “Bakı fəhləsi” üzümçülük sovxozunun şərab emalı məntəqəsinə anbardar təyin olunmuşdur. 1992-ci ilə kimi həmin vəzifədə işləyən Məzahir Salmanov 1992-ci ildə İsmayıllı rayon 7 nömrəli üzüm emalı zavoduna direktor təyin olunmuşdur. 1995-ci ildə isə “Niyal” kolxozuna sədr təyin olunmuşdur. 2000-2004-cü ilə kimi Tağlabiyan kənd bələdiyyəsinin sədri vəzifəsində işləmişdir. 2005-ci ildən hal-hazıra kimi sahibkarlıq fəaliyyəti ilə məşğuldur.
     Evlidir, 5 övladı var, hamısı ali təhsillidir. 5 nəvəsi var.
    Məzahir Salmanovun 580 baş xırda, 50 baş iri buynuzlu mal-qarası vardır. Onun icarəsində 123 hektar yay və 200 hektar qış otlaq sahəsi var. fermer hər 100 baş ana qoyundan 100 baş quzu və hər qoyundan 2,5-2,8 kq yun əldə edir. İstehsal olunmuş heyvandarlıq məhsulları daxili bazarda satılır.
      Fermer heyvandarlığın yem bazasını möhkəmləndirmək üçün əkinçiliklə də məşğul olur. O, hər il 80 hektara yaxın taxıl bitkiləri əkir. Əkin sahələrinə düzgün aqrotexniki qaydada qulluq etdiyi üçün hər hektardan 30 sentnerdən çox məhsul əldə edərək ildə 240-250 ton taxıl istehsal edir. Fermer dövlət tərəfindən verilən yardımlardan da lazımi qaydada faydalanır.

  

Keçidlər