Şriftin ölçüsü :

Saytın rəngi :

Şirinov Abuzər Qurban oğlu

  “İrəmə” Kəndli-Fermer Təsərrüfatının rəhbəri.
    Abuzər Şirinov 26 sentyabr 1981-ci ildə İsmayıllı rayonunun Mollaisaqlı kəndində anadan olmuş, 1988-ci ildə Mollaisaqlı kənd orta məktəninin birinci sinifinə getmiş, 1999-cu ildə həmin məktəbin onuncu sinifini bitirmişdir.
    A.Şirinov 1999-2001-ci illərdə Azərbaycan Milli Ordusunda hərbi xidmət keçmiş və 2001-ci ildə doğma kəndinə qayıtmışdır.
    Hərbi xidməti başa vuran gənc Abuzər öz taleyini doğma kəndinə bağlamış və tanınmış təsərrüfatçı, “İrəmə”  Kəndli-Fermer Təsərrüfatının başçısı olan atası Qurban müəllimin təsərrüfatında işləməyə başlamışdır.
    Atasının əkinçilikdə qazandığı uğurların səbəblərini dərindən öyrənməyə çalışan Abuzər ilk əmək fəaliyyətinə kənd təsərrüfatı texnikalarını öyrənməklə başlamış, bu məqsədlə Göyçay şəhərində traktorçu-mexanizator peşəsinə yiyələnmişdir. O, yaxşı anlayırdı ki, kənd təsərrüfatında texnikasız heç nəyə nail olmaq mümkün deyil.
    Odur ki, nəinki traktorun, eləcə də taxılyığan kombaynın, yem toplayan traktorların və digər kənd təsərrüfatı alət və avadanlıqlarının dilini öyrənməyə cəhd göstərirdi.
    Mərhum atası Qurban Şirinovun rəhbərlik etdiyi təsərrüfat toxumçuluq üzrə sertifikatlaşdığı üçün Abuzər toxum təmizləyən aqreqatları da işlətməyə alışır.
    Abuzər dövlətimizin aqrar sahəyə göstərdiyi qayğıdan bəhrələnərək lizinq krediti ilə 2 ədəd yeni “Belorus” traktoru almışdır.
    Təsərrüfatın 80 tonluq taxıl anbarı, toxum təmizləmək üçün talvar və 60 m2 –lik asfalt döşəməsi və ümumilikdə 18 adda müxtəlif kənd təsərrüfatı texnikaları vardır.
     A.Şirinov 2016-cı ilin məhsulu üçün 98 ha sahədə buğda və arpa əkmişdir. Fermer yüksək məsuldar toxum sortlarını öz təsərrüfatında sınaqdan keçirir, onları artıraraq digər təsərrüfatlarada satır. O, daim yeniliyə can atır  

Keçidlər