Şriftin ölçüsü :

Saytın rəngi :

“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun nəzarətin təmin edilməsi üçün müvafiq Komissiyanın yaradılması barədə

№ 179                                                                                           «30»  oktyabr  2014-cü il

“Reklam haqqında” Azərbaycan Respublikasının
Qanununun tələblərinə İsmayıllı rayonu ərazisində
həm hüquqi, həm fiziki şəxslərin, həmçinin aidiyyəti qurumların
əməl etməsinə nəzarət mexanizminin müəyyənləşdirilməsi,
nəzarətin təmin edilməsi üçün müvafiq Komissiyanın yaradılması və Komissiyanın

“İş Planı”nın təsdiq edilməsi barədə

Rayon ərazisində “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi vəziyyətinin o dərəcədə də qənaətbəxş olmamasını, xüsusilə də qanunsuz reklamların günü-gündən artmasını, reklam qaydalarına əməl olunmaması üçün müəyyən məsuliyyətə cəlb etmə işinin tətbiqindəki boşluqları nəzərə alaraq bu sahəyə nəzarətin rayon səviyyəsində gücləndirilməsi zərurəti yaranmışdır.   Buna görə də reklam fəaliyyətinin qanunvericiliklə tənzimlənən prinsiplərinə həm fiziki və hüquqi şəxslər, həm də aidiyyəti qurum və təşkilatlar tərəfindən əməl olunmasına nəzarəti təmin etmək və nəzarət mexanizmini həyata keçirmək üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.17-ci maddəsini və “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.15-ci maddəsini rəhbər tutaraq
                                                        q ə r a r a   a l ı r a m:
1. Rayon ərazisində “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi vəziyyətinə nəzarəti həyata keçirmək üçün aşağıdakı tərkibdə Komissiya yaradılsın:
Sədr – Xətai Abbasov, İsmayıllı RİH hüquq şöbəsinin müdiri
Üzvlər:
Rüstəm Səmədov – İsmayıllı RİH Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri;
Vüsal Abdullayev – İsmayıllı RİH Memarlıq və tikinti şöbəsinin aparıcı məsləhətçisi (mühəndis);
Məhərrəm Əhmədov – İsmayıllı şəhər İƏD üzrə nümayəndə;
Vidadi Məmmədov – İsmayıllı rayon KMK-nın rəisi.

2. Komissiya ayda iki dəfədən az olmamaq şərtilə ərazidə monitorinq keçirməklə mövcud durumla tanış olsun və vəziyyətlə bağlı RİH başçısına arayış təqdim etsin.
3. İƏD üzrə nümayəndələr hər ayın 20-ə qədər ərazisində reklam fəaliyyəti haqqında son vəziyyət barədə RİH-nin Hüquq şöbəsinə arayış təqdim etsin.
4. Komissiyanın sədri hər ayın sonunda İƏD üzrə nümayəndələrin təqdim etdiyi arayışları ümumiləşdirərək RİH başçısına bu barədə yekun arayış təqdim etsin.
5. Komissiyanın “İş planı” təsdiq edilsin.
6. Sərəncamın icrasına nəzarət RİH başçısının birinci müavini Rövşən Ağayevə həvalə edilsin.


Mirdaməd Sadıqov

 

                                                                                                                                              

İsmayıllı rayonu ərazisində “Reklam haqqında” Azərbaycan Respublikası qanununun tətbiqi vəziyyətinə 

nəzarəti həyata keçirmək üçün yaradılan Nəzarət Komissiyasının

İŞ PLANI:

S-s

Görüləcək işin qısa məzmunu

İcra vaxtı

İcraya məsul

şəxs

Qeyd

 

1

Rayon ərazisində monitorinq keçirməklə vəziyyətlə tanış olmaq

ayda 2 (iki) dəfədən az olmamaq şərtilə

Nəzarət Komissiyası

 

 

2

Monitorinqin nəticəsi barədə RİH başçısına arayış təqdim etmək

Hər ayın sonunda

Nəzarət Komissiyasının sədri

 

 

3

Ərazisində reklam fəaliyyəti haqqında son vəziyyət barədə RİH-nin Hüquq şöbəsinə arayış təqdim etmək

Hər ayın 20-nə qədər

RİH başçısının İƏD üzrə nümayəndəlikləri

 

 

4

RİH başçısının İƏD üzrə nümayəndəliklərinin təqdim etdiyi arayışları ümumiləşdirərək yekun arayışı RİH başçısına təqdim etmək

Hər ayın sonunda

Nəzarət Komissiyasının sədri

 

 

 

RİH Hüquq şöbəsinin müdiri:                                                   Xətai Abbasov

Keçidlər