Şriftin ölçüsü :

Saytın rəngi :

“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə əlaqədar İsmayıllı rayonu ərazisində açıq və qapalı toplantı yerlərinin ayrılması barədə

Azərbaycan Respublikası
İsmayıllı Rayonu İcra Hakimiyyəti Başçısının
SƏRƏNCAMI

№_190_                                                                                                                         «_11_»_dekabr_ 2019-cu il


“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası
Qanununun icrası ilə əlaqədar İsmayıllı rayonu ərazisində
açıq və qapalı toplantı yerlərinin ayrılması
barədə
    Azərbaycan Respublikasında09 fevral 2020-ci il tarixə təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar təbliğat işi aparmaq məqsədilə yaranmış zərurəti və “Sərbəst toplaşmaq azadlığı haqqında” 13 noyabr 1998-ci tarixli,               537-İQ nömrəli Qanunu rəhbər tutaraq
q ə r a r a  a l ı r a m:
1. İsmayıllı rayon seciçilərinin sərbəst toplaşması üçün nəzərdə tutulmuş ərazilərdə açıq və qapalı yerlər ayrılsın (siyahı-məlumat əlavə olunur).
2. İsmayıllı RİH başçısının İsmayıllı şəhər İƏD üzrə nümayəndəsinə tapşırılsın və İsmayıllı bələdiyyəsinə tövsiyə olunsun ki, həmin yerləri seçki təbliğatı, icazəli sərbəst toplantı, dinc yığıncaqlar və nümayişlər keçirmək üçün uyğunlaşdırsınlar.
3. Sərəncamın icrasına nəzarət Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayevə tapşırılsın.

 

Mirdaməd Sadıqov

 

 

 

Keçidlər