Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısının

S Ə R Ə N C A M I

  №  145                                                                                            «03» dekabr 2015-ci il

İsmayıllı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili
məqsədi ilə Komissiyanın yaradılması haqqında


“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinin icrası ilə əlaqədar hazırlanmış “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 171 saylı 30 may 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamənin 2.3-cü və “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin  6.8-ci bəndlərini rəhbər tutaraq

qə r a r a   a l ı r a m:

1. İsmayıllı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə 9 nəfərdən ibarət seçki komissiyası yaradılsın.
2. Seçki komissiyasının tərkibi yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 5 üzv olmaqla aşağıdakı kimi təsdiq edilsin:


                                         Komissiyanın sədri

- Rövşən Ağayev İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini

Komissiyanın üzvləri

- Sevil Əhmədova  İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri
- Xətai Abbasov İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri
- Pərviz Ağayev       İsmayıllı bələdiyyəsinin sədri
- Hacıməmməd Məmmədov “İsmayıllı Yazarları” Ədəbi İctimai Birliyinin təsisçisi
- Şahməmməd Soltanov “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru
- Kamil Dadaşov AR “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin İsmayıllı rayon filialının sədr müavini
- Kamran Məlikzadə AR “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
- Hafiz Kərimov Təhsil işçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı rayon komitəsinin sədri

3. İsmayıllı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın tərkibi 9 nəfər müəyyən edilsin.
4. Seçki komissiyasına tapşırılsın ki, Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində (www.ismayilli-ih.gov.az), “İsmayıllı xəbərləri” qəzetində, Rayon İcra Hakimiyyətinin məlumat lövhəsində və digər müvafiq yerlərdə İctimai Şuraya seçkilərin təşkili ilə əlaqədar olaraq namizədlərin irəli sürülməsi, qeydiyyatının başlanması və başa çatması vaxtını elan etsin.
5. Komissiyaya tapşırılsın ki, İsmayıllı Rayon İcra Hakimiyyəti yanında İctimai şuraya namizədlərin irəli sürülməsi və qeydiyyatını “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 2.9-cu maddəsinə uyğun olaraq 20 gün müddətinə başa çatdırsın və seçkilərin “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun olaraq həyata keçirilməsini təmin etsin.
6. Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Nazim Səfərova tapşırılsın ki, sərəncamın aidiyyəti üzrə çatdırılmasını təmin etsin.
7. Sərəncamın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

                                                                   
Mirdaməd Sadıqov

Keçidlər