Şriftin ölçüsü :

Saytın rəngi :

Kənd təsərrüfatı

Kənd təsərrüfatı idarələri

Nikitin adına kolxoz

Fermerlər

Subsidiyalar

 

Kənd təsərrüfatı idarələri

 



İsmayıllı rayonu İvanovka kəndi
Nikitin adına kolxoz

İvanovka kəndi dəniz səviyyəsindən 848 metr yüksəklikdə, İsmayıllı şəhərindən cənub-qərbdə - 13 km məsafədə yerləşir. yerləşir. Kənd rus icmasının birgə şəkildə yaşadığı ən böyük yaşayış məntəqələrindən biridir.
Kəndin əhalisi hazırda 3085 nəfərdir. Əhalinin 1905 nəfərini (61,7%) ruslar, 690 nəfərini (22,3 %) ləzgilər, 475 nəfərini ( 15,3 %) azərbaycanlılar, 15 nəfərini (0,7 %) digər millətlərin nümayəndələri təşkil edir.
Təsərrüfat Kalinin adına kolxoz kimi 1936-cı ildə yaradılıb. 1953-cü ildən 1994-cü ilə kimi kolxoza Nikolay Vasilyeviç Nikitin rəhbərlik etmişdir. N.V.Nikitin kolxoza rəhbərlik etdiyi dövrlərdə təsərrüfat böyük uğurlar qazanmışdır. Onun bu zəhməti dövlət tərəfindən qiymətləndirilərək Sosialist Əməyi Qəhrəmanı kimi yüksək ada layiq görülmüşdür.
Azərbaycan Respublikasında 1996-cı ildən başlanan aqrar islahatlar zamanı İvanovka kəndinin rus icması ümummilli lider Heydər Əliyevə müraciət edərək kolxoz quruluşunun saxlanmasını xahiş etmişlər. Ümummilli lider icmanın müraciətini nəzərə alaraq kolxozun saxlanmasını və kolxoza həmin təsərrüfata 41 il rəhbərlik etmiş Nikolay Vasilyeviç Nikitinin adının verilməsinə razılıq vermişdir.

İqtisadi potensialı
Təsərrüfat bitkiçilik (buğda, arpa, noxud, günəbaxan, tərəvəz, üzüm) və heyvandarlıq (iribuynuzlu, xırdabuynuzlu, donuzçuluq, quşçuluq) istiqaməti üzrə fəaliyyət göstərir. Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı sahəsindədir.
01 yanvar 2012-ci il tarixinə kolxozun balansında 8497 hektar ümumi, o cümlədən 5757 hektar kənd təsərrüfatına yararlı və 4977 hektar əkin yeri torpaqları vardır. Əsas fondların dəyəri 7 milyon manata yaxındır. Kəndin bütün infrastrukturu, sosial obyektlər kolxozun balansında və idarəçiliyindədir. Belə ki, kəndin daxilində olan qaz, elektrik və su təsərrüfatının saxlanması və idarə olunması kolxoz tərəfindən həyata keçirilir. Mədəniyyət evi, uşaq bağçası, xəstəxana kimi sosial obyektlər də kolxozun vəsaiti hesabına saxlanılır.

Əmək resursları
Kolxoz işçilərinin sayına görə rayonun ən iri müəssisəsidir. Mövsümi işlərə muzdlu işçilər də cəlb edilir.

Dövlət dəstəyi
Kolxozun bazar iqtisasdiyyatı şəraitində rəqabət qabiliyyətini qoruyub saxlamasına, kəndin infrastrukturu ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinə köməklik göstərilməsi məqsədilə İsmayıllı rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumlar qarşısında məsələlər qaldırılmaqla həllinə nail olunmuşdur.
-2007-ci ildə kənddə 780 şagird yerlik məktəb binası və üzgüçülük hovuzu tikilərək istifadəyə verilmişdir.
- 2008-ci ildə Heydər Əliyev Fondu tərəfindən məktəbə “HYUNDAI” markalı avtobus hədiyyə edilmişdir.
-Həmin ildə İvanovka kənd xəstəxanasına Heydər Əliyev Fondu tərəfindən 1 ədəd reanimasiya atomobili hədiyyə edilmişdir.
-2009-cu ildə İvanovka kənd xəstəxanasının doğum şöbəsi Yaponiya səfirliyi ilə İsmayıllı rayon İcra Hakimiyyətinin birgə layihəsi əsasında yenidən qurularaq avadanlıqlarla və təcili yardım avtomobili ilə təmin edilmişdir.
-2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 21 avqust tarixli 3000 nömrəli sərəncamının 4.3 və 4.4 bəndlərinin icrası ilə əlaqədar “Aqrolizinq” ASC-nin xətti ilə kolxoza Almaniya Respublikasından gətirilmiş yüksək məhsuldarlıq keyfiyyətlərinə məxsus 96 baş damazlıq düyə satılmışdır.
-Kəndin mərkəzi küçəsinə 10000 kv.metr asfalt örtük vurulmuş, kəndə aparan avtomobil yolu əsaslı təmir edilmişdir.
-İvanovka kəndindən Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə kompleksi əsaslı təmir edilmişdir.
-Kəndin mərkəzi hissəsində geniş abadlıq, quruculuq işləri aparılmış, yeni park salınmış, Mədəniyyət evinin mərasimlər zalına yeni avadanlıqlar alınmış, yeni işıqlandırma sistemi quraşdırılmışdır.
-İvanovka kəndində sutkalıq istehsal gücü 16 ton olan çörək zavodunun tikintisi başa çatmaq üzrədir. Zavod kolxozda istehsal edilən taxıl məhsullarının reallaşdırılmasına kömək etməklə yeni iş yerləri yaradılması üçün tikilir.
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 noyabr 2009-cu il 604 nömrəli sərəncamına əsasən rayonun İvanovka, Qalagah, Uştal, Ruşan, Soltankənd, Vəng, Hacıhətəmli kəndlərinin su təminatının yaxşılaşdırılması məqsədilə yeni su xətti çəkilərək istifadəyə verilmişdir.
-İvanovka kəndində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sifarişi ilə Dünya Bankının kredit vəsaiti hesabına yeni xəstəxana tikilməkdədir.
-Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 mart 2012-ci il tarixli Sərəncamı ilə İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan İsmayıllı Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılmış, yolun layihə smeta sənədlərinin hazırlanmasına başlanmışdır.
-Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına verilən yardıma uyğun olaraq kolxoz 2007-2012-ci illər üzrə buğda əkininə görə 433280,00 manat, taxıl və digər çoxillik əkmələrə görə isə 1205640,00 manat olmaqla cəmi 1638920,00 manat yardım almışdır.
-2008-2011-ci illərdə kolxoz tərəfindən satılan I və II reproduksiyalı 1268 ton toxuma görə kolxoza 91248 manat subsidiya verilmişdir.
-2007-2011-ci illərdə kolxoz tərəfindən alınmış 353 ton fosforlu və 951 ton azotlu gübrələrin 357650,00 manat dəyərinin 50 %-i yəni 178825 manatını dövlət ödəmişdir.
- 2012-ci ilin ilyul ayında İvanovka kəndinin daxili küçələrinə 34 min kv.metr asfalt örtük vurulmuşdur.

Keçidlər